. Love.az

Ismayil Katib - Wikipedia - Love.az

Ana Səhifə - Ismayil Katib
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

İsmayıl Novruz oğlu Zeynalov (25 mart 1898, Qıraq Kəsəmən, Qazax qəzası – 3 iyul 1938) — şair, 1934-cü ildən AYB-nin üzvü.[1]

İsmayıl Katib
İsmayıl Novruz oğlu Zeynalov
Azərbaycan Dövlət Nəşriyyatı direktor
1934 – 1937
ƏvvəlkiHəmzə Axundov
SonrakıƏsəd bəy Axundov
Azərbaycan Kommunist Partiyası Ağdaş Rayon Komitəsinin birinci katibi
Azərbaycan Kommunist Partiyası Qazax Qəza Komitəsinin birinci katibi
1922 – ?
Şəxsi məlumatlar
Doğum tarixi 25 mart 1898(1898-03-25)
Doğum yeri
  • Qıraq Kəsəmən, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 3 iyul 1938(1938-07-03) (40 yaşında)
Fəaliyyəti şair

Həyatı

redaktə

İsmayıl Novruz oğlu Zeynalov (İsmayıl Katib) 1898-ci il martın 25-də Azərbaycanın Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. İlk təhsilini birdərəcəli kənd məktəbində almışdır. Qazax Qəza Partiya Komitəsinə birinci katib seçilmişdir (1922). Moskvada Ali partiya məktəbində təhsil almışdır. Zaqafqaziya ölkə komitəsinin və MİK-in üzvü olmuşdur (1922–1932), Tovuz, Lənkəran, Nuxa, Sabirabad və s. rayonlarda partiya komitəsinin katibi, icraiyyə komitəsinin sədri, Ağdaş partiya komitəsinin birinci katibi, Azərbaycan Dövlət Nəşriyyatında direktor (1934–1937) vəzifələrində çalışmışdır.

3 iyul 1938-ci ildə cəza tədbirləri dövründə vəfat etmişdir.[1]

Əsərləri

redaktə
  • "Talış elləri" (1929),
  • "Şura qızı" (1934),
  • "Şeirlər və poemalar" (1960)

İstinadlar

redaktə
  1. ↑ 1 2 "İsmayıl Katib (1898–1938)". Azərbaycan Yazıçılar Birliyi. 2008. 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-27.
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsmayıl_Katib&oldid=7848498"
LOVE.AZ