İsmayıl Babaş oğlu Kazımov (1 oktyabr 1955, Soltanlı, Cəbrayıl rayonu) — dilçi-alim, filologiya elmləri doktoru, professor.
İsmayıl Kazımov | |
---|---|
İsmayıl Babaş oğlu Kazımov | |
Doğum tarixi | 1 oktyabr 1955(1955-10-01) (69 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | türkologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
İsmayıl Babaş oğlu Kazımov 1955-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. 1976-cı ildə APİ-nin filologiya fakültəsini bitirmişdir. 1989-cu ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2010-cu ildən institutun türk dilləri şöbəsinin baş elmi işçisidir.
1987-ci ildə «Oğuz qrupu türk dillərində yarımçıq cümlə» mövzusunda namizədlik, 2002-ci ildə «Axısqa türklərinin dili» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[1] 100-dən çox elmi-publisistik məqalənin və aşağıdakı kitab və monoqrafiya və proqramların müəllifidir.