Məmmədov İsmayıl Bəqiyyət oğlu (4 aprel 1968, Culfa rayonu) — AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, dosent.
İsmayıl Məmmədov | |
---|---|
Məmmədov İsmayıl Bəqiyyət oğlu | |
Doğum tarixi | (57 yaş) |
Doğum yeri | Xanağa, Culfa rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | biologiya üzrə elmlər doktoru |
Elmi adı | dosent |
İş yeri | |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı Akademiyası |
4 aprel 1968-ci ildə Naxçıvan MSSR Culfa rayonunun Xanağa kəndində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1991-ci ilin dekabr ayında Ümumrusuya Heyvandarlıqda Menecerlik Akademiyasında “ İnsan və heyvan fiziologiyası” ixtisası üzrə əyani aspiranturuya qəbul olunmuşdur. 1995-ci ildə Ümumrusuya Heyvandarlıq İnstitutunda “ İnəklərdə böyrəküstü vəzilərin hormonlarının yumurtalıqların ovulyasiyasına təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, elmlər namizədi elmi dərəcəsi almışdır. 1995-2003-ci illərdə Naxçıvan Araz Elm İstehsalar Birliyində böyük elmi işçi və elmi işlər üzrə direktor müavini, 2003-cü ildən AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Zooloji” tədqiqatlar” şöbəsinin müdiri, 2005-ci ildən bu günə qədər İnstitutunun Elmi işlər üzrə direktot müavini vəzifəsində işləyir. 2015-ci ilin dekabr 5-də Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikası şəraitində kənd təsərrfatı heyvanlarının və quşların koksidiozları, onların orqanizmində fizioloji göstəricilərə təsiri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
1996-2004-cü lllərdə Naxçıvan Dövlət Universitetinin “ Zoologiya” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2003-cü ildən bu günə kimi həmin universitetin “Baytarlıq təbabəti” kafedrasının dosentidir.
Naxçıvan Muxtar Respublikası şəraitində ilk dəfə olaraq kənd təsərrfatı və heyvanları və quşlarının koksidiləri elmi əsaslarla hərtərəfli tədqiq edilmişdir. iri və sarkosporidi invaziyalarının törədiciləri, onların aralıq sahiblərinin bioloji xüsusiyyətləri, kənd təsərrüfatı heyvanlarında və quşlarında koksidilərin yaş və mövsümi dinamikası, epizootologiyası kimi elmi və böyük praktiki əhəmiyyət daşıyan məsələlər araşdırılmışdır. Sarkosporidilərin aralıq sahibləri iri və xırdabunuzlu heyvanlar, ev quşları, əsas sahibləri isə itlər, pişiklər, gəmiricilər və s. heyvanlardır. Şəxsi və fermer təsərrüfatlarında pişiklərin, itlərin ferma ərazisindəki yem saxlanılan anbarlara, tövlələrə, ot tayalarının ətrafına buraxılmamasına çalışmaq lazımdır. Ferma ərazisində və heyvan saxlanılan binalarda gəmiricilərə qarşı ciddi mübarizə tədbirləri aparmaq lazımdır. Kəsilmiş heyvanların yoluxmuş orqanları ətrafa atılmamalı, biotermiki zərərsizləşdirilməsi tövsiyə edilmişdir [1].