İsmayıl xan hamamı və ya Şərq hamamı — Azərbaycanın Naxçıvan şəhərində yerləşən hamam və tarix-memarlıq abidəsi.
İsmayıl xan hamamı | |
---|---|
![]() | |
![]() | |
![]() | |
39°12′35″ şm. e. 45°24′32″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər | Naxçıvan |
Yerləşir | H.Əliyev prospekti və Təbriz küçəsinin kəsişməsi |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
İstinad nöm. | 396 |
Kateqoriya | Hamam |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
![]() |
Hamam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərarı və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.
İsmayıl xan hamamı Naxçıvan şəhərində, H. Əliyev prospekti və Təbriz küçəsinin kəsişməsində, Dədə Qorqud meydanında yerləşir.[1] XVIII əsrin ortalarına aid olan hamam giriş, xidmət zalı, çarhovuzlu çimərlik, xəzinə və ocaqxanadan ibarətdir. Ümumi sahəsi 526 m²-dir.[1][2] Düzbucaqlı formada olan hamam bişmiş kərpiclə inşa olunub.[1] Çatmatağlı portalının eksteryeri kaşılarla bəzədilib. Soyunma zalı səkkizbucaqlı formadadır.[3] Zalın divarları boyunca 6 ədəd dərin taxça yerləşir. Yuyunma zalının iki keçidi var. Keçidlərdən biri digər otağa açılır. Zalın mərkəzində 2x2 metr ölçüdə çarhovuz inşa edilib. 108 m² sahəsi olan zalın tavanı sferik günbəzlə örtülüb. Hamam zalların divarlarına yerləşdirilmiş kiçik pəncərələr və günbəzin üstündəki bacalarla işıqlandırılır.[1]
Hamamın xəzinəsi binanın qərbində, yuyunma zalına bitişikdir.[4] Su təchizatı kəhriz vasitəsilə ödənilir.[5] Otaqlara istilik yeraltı kanallar vasitəsilə verilir. Hamam Naxçıvanın hakimi olmuş Kərim sultan Kəngərlinin oğlu İsmayıl xan tərəfindən tikilib.[4][6][7]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[8]
2005-ci ildə hamam əsaslı şəkildə bərpa olunub.[3][9][10]
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə hamam ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.[11]