. Love.az

Isnov - Wikipedia - Love.az

Ana Səhifə - Isnov

İsnov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.

İsnov
41°14′ şm. e. 48°46′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 399 (2009) nəfər
Xəritəni göstər/gizlə
İsnov xəritədə
İsnov
İsnov

Mündəricat

  • 1 Toponimikası
  • 2 Əhalisi
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Toponimikası

redaktə

İsnov oyk., sadə. Quba r-nunun Zərqava i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. İstinov adının təhrif formasıdır. Bu ərazidə bir neçə kəndin adı su novları ilə bağlıdır. Belə ki bu sözün kökündəki "İs" birləşməsi tat dilində "əs" sözündəndir, yəni "at"ların su içdiyi nov deməkdir. Kəndin adının tərcüməsi "at üçün su novu" kimi tərçümə edilə bilər. Qədim zamanlarda bu kənddə at təsərrüfatının olması ehtimal edilir. Qonşu kənd olan Kələnov kəndinin də adında Kələ və nov sözləri də tat dilindən Kəl(camışın erkəyi) üçün su novu kimi tərcümə edilə bilər. Kələnov kəndində qədim zamanlarda camış təsərrüfatının olması ehtimal edilir. Kəndin ərazisində müalicə əhəmiyyətli çoxlu min. bulaq var. Keçmişdə bu bulaqların yaxınlığında müalicə üçün hovuzu əvəz edən novlar düzəldilirdi. Bunun üçün çala qazılır, içərisi daşla hörülürdü. Bulaqların suyu arxla bu novlara doldurulur, kənarda qızdırılmış daşlar oraya tökülürdü. Yel xəstəliyi olan adamlar həmin novlarda uzanırdılar. Tatlar belə novları vərov, adlandırırdılar.

Əhalisi

redaktə
  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 399 nəfər əhali yaşayır. Əhalisi tamamilə tatlardır. [1]

Həmçinin bax

redaktə
  • Quba rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsnov&oldid=7810821"
LOVE.AZ