İspaniya unitar bir dövlətdir. İspaniyada əsas inzibati ərazi vahidi muxtar birlikdir (muxtar vilayət, isp. comunidad autónoma) [1][2][3]. Hazırda ölkədə Basklar ölkəsi, Kataloniya, Navarra, Qalisiya və Andalusiyanın geniş muxtariyyətlərə sahib olduğu 17 muxtar birlik var.
İcma Məclisi bir palatalı parlamentdir və icmaya görə bu qanunverici orqanın növləri fərqlənir:
Parlament: Andalusiya, Balear adaları, Kanar adaları, Kataloniya, Qalisiya, Rioja, Navarra, Bask ölkəsi Kortes: Araqon, Kastilla la Mança, Kastilla və Leon, Valensiya Məclis: Estremadura, Madrid və Murcia Xunta: Asturiya
İcma seçkiləri ümumi səsvermə hüququ əsasında keçirilir. Seçkilər Andalusiya, Kataloniya, Qalisiya və Bask ölkəsi xaricində bütün muxtar icmalarda hər dörd ildən bir mayın son bazar günü keçirilir. Valensiya, Navarra və Araqon bu sistemə uyğun olaraq seçki keçirir, lakin muxtariyyət qanunlarında (nizamnamələrdə) islahatlar aparıldıqdan sonra Muxtar İcma Sədrinin səlahiyyət müddəti başa çatmadığı təqdirdə, hər hansı bir tarixdə parlamenti buraxmaq və seçki təyin etmək hüququ vardır.
Komarka (isp. comarca) — İspaniyada müxtəlif vilayət sistemlərinə görə bir mahalın ümumi adı.