. Love.az

Israfil Aga Kerbelayev - Wikipedia - Love.az

Ana Səhifə - Israfil Aga Kerbelayev
Bu məqalənin neytrallığı şübhə doğurur.
Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən, və ya mübaliğəli fikirlərin olduğu iddia edilir. Xahiş olunur, bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. (mart 2025)
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

İsrafil ağa Kərbəlayev (1866, Qıraq Kəsəmən – 1917, Poylu, Qazax qəzası) — XX əsrin əvvəllərinə kimi Qazax qəzasının tanınmış bəylərindən, xeyriyyəçi. Qaçaq Kərəm ilə qan düşməni olmuşdur.

İsrafil ağa Kərbəlayev
İsrafil ağa Oruc oğlu Kərbəlayev
Doğum tarixi 1866
Doğum yeri
  • Qıraq Kəsəmən, Azərbaycan
Vəfat tarixi 1917
Vəfat yeri
  • Poylu, Qazax qəzası, Yelizavetpol quberniyası
Əbdülrəhman ağa Hacıkərim ağa oğlu Dilbazov ortada Kəsəmənli İsrafil ağa Kərbalayev sağda və soldan Salahlı Alinaq bəy Alinaqov.Şəkil 1890-ci ildə Batumda çəkilmişdir
Poylu körpusü
İsrafil ağanın evi
İsrafil ağanın hamamı

Mündəricat

  • 1 Həyatı
  • 2 Ölümü
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Həyatı

redaktə

İsrafil ağa Oruc oğlu Kərbəlayev 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən (İndiki Ağstafa Rayon Qıraq Kəsəmən) kəndində varlı bəy ailəsində anadan olmuşdur.

İsrafil ağa Qazax şəhərində qədim hamam, Cümə məscidi və 3 nömrəli məktəbin binasını tikdirib.Yeniyetmə vaxtlarından qorxmaz, cəngavər bir bəy oğlu böyük hörmət qazanmışdır. Qıraq Kəsəmən kəndinin ağası olduqdan sonra isə gördüyü işlərlə nəinki öz kəndində, hətta bütün Qazax qəzası, Borçalı Göyçə mahaları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanmışdır. İsrafil Ağa Qıraq Kəsəmən kəndinin sakinlərinin malına və canından həmişə muğayat olar, kənddə çoxlu xeyriyyəçilik və abadlıq işləri görərdi.

Bu mənada o, kəndə ara sıra basqınlar edən erməni və gürcü oğuru dəstələrini əzib bura basqınlarının qarşısını almışdır. Onun xəbəri və icazəsi olmadan hətta bir çar məmuru belə kəndə gələ bilməzdi. Kovxası olduğu kəndin vergisini həmişə özü ödəyərdi. Əvizində isə kənd sakinlərindən mal-pul yox bir-biri ilə mehriban dolanmağı və oğurluq etməməyi tələb edərdi. Buna riayət etməyənləri isə cəzalandırardı.

Onun gənc vaxtlarda gücünə güc qatan qardaşlığı Molla Zal oğlu İsgəndərin oğlu Kərəm igidliyi idi. Amma onların necə möhkəm dost olmalarına baxmayaraq sonra bir-birinə düşmən olmuşdurlar. Belə ki, Kərəmin atasının (İsgəndər) torpaq məsələsində yaranan narazılığa görə İsrafil ağanın atası Oruc ağa ilə araları pozulmuş, məsələ məhkəməyə müraciətlə yekunlaşmışdı. Rəhim Hüseynov kitabında qeyd edir ki, Oruc ağa məhkəmə və polis vasitəsilə ilə İsgəndərə cürbəcür cəzalar verdirmişdi (Sibirə sürgün edilir, sürgündən qaçdıqdan sonra kəndinə qayıdır, burada öldürülür).[1][2] Müəllifin eyni əsərində İsgəndərin oğlu Kərəmin atasının intiqamını almaq üçün Oruc ağanı öldürdüyü deyilir. Bundan sonra Oruc ağanın oğlu İsrafil ağa ilə Kərəm arasında qan düşmənliyi yaranır. Kərəm qaçaqlıq etməyə başlayır. Qaçaq Kərəm adı ilə məşhurlaşır. Ancaq onlar düşmən olsalar da mərdanə düşmənçilik etdilər. Hətta İsrafil ağanın özü Qaçaq Kərəm üçün mahnılar da yazıb.[2] Qaçaq Kərəm qohumlarını təqibdən qorumaq üçün Təbrizə qaçır. Orada isə kəndlilərə əziyyət edən Zal xanı öldürdüyü qeyd olunur.[2]

Ölümü

redaktə

Azərbaycanı bolşeviklər işğal etdikdən sonra İsrafil Ağanın bütün malı-mülki müsadirə edilib. 1917-ci ilin mart ayında Qıraq Kəsəmən kəndində "qolpun" deyilən su dərəsinin kənarında xaincəsinə güllələnib. Həmin yerə, bu gün də "Ağavurulan" deyirlər.

Həmçinin bax

redaktə
  • İsrafil ağa hamamı

İstinadlar

redaktə
  1. ↑ Mikayılov, Şəmistan. Azərbaycan ədəbiyyatında at mənəvi dəyər kimi (az.). Bakı: Təhsil problemləri. 8–15 iyul 2016. səh. 4–6.
  2. ↑ 1 2 3 Hüseynov, Rəhim. Azərbaycanda inqilab hərəkatı xülasələri (az.). Bakı: Çapar. 2024. 45. ISBN 978-9952-8528-3-7.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsrafil_ağa_Kərbəlayev&oldid=8083848"
LOVE.AZ