. Love.az

Israilin Istiqlaliyyet Beyannamesi - Wikipedia - Love.az

Ana Səhifə - Israilin Istiqlaliyyet Beyannamesi

14 may 1948-ci ildə bəyan edilmiş olan İsrailin Müstəqillik Bəyannaməsi və ya İsrailin İstiqlaliyyət Bəyannaməsi (ivr. ‏הכרזת העצמאות‏‎,‎ Rom: Hakhrazat HaAtzma'ut və ya ivr. ‏מגילת העצמאות‎‏‎, Rom: Megilat HaAtzma'ut) ingilis mandatının başa çatdığı gündə, yeni müstəqil bir dövlət olan İsrail dövlətinin rəsmi olaraq yaradıldığını bütün dünyaya elan etmişdir. Bəyannaməni David Ben-Qurion oxumuş və eyni zamanda özü də yeni ölkənin ilk baş naziri olmuşdur. Müstəqillik bəyannaməsinin imzalandığı gün olan 5 İyar günü İsraildə bayram günü kimi qeyd olunur.[1]

İstiqlaliyyətin elan olunduğu gün Eliahu Epstein Harry S. Trumana yazmışdır ki, dövlət “ Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 29 noyabr 1947-ci il tarixli qətnaməsində təsdiq edilmiş olan sərhədlərin daxilində” elan edilmişdir.

İstinadlar

redaktə
  1. ↑ "Jewish History: Iyar 5". aishcom (ingilis). 14 may 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2021.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsrailin_İstiqlaliyyət_Bəyannaməsi&oldid=7607630"
LOVE.AZ