. Love.az

Istehlak Mallarinin Ekspertizasi Merkezi - Wikipedia - Love.az

Ana Səhifə - Istehlak Mallarinin Ekspertizasi Merkezi
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. (mart 2024)
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. (mart 2024)
(Learn how and when to remove this template message)

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC — ödənişli yolla, ixrac olunan, eləcə də istehlak bazarında dövriyyədə olan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların həyata keçirilməsini və nəticələrini təsdiq edən sənədlərin verilməsini təmin edən təşkilatdır. Mərkəz həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 495 nömrəli Qərarına əsasən, satınalma güzəştinin tətbiqi zamanı malların mənşəyi barədə rəyin verilməsi xidmətini həyata keçirir.

"İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC
(İMEM)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 15 yanvar 2001
Tabelik Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
Ştat sayı 170
Ünvan Azərbaycan Respublikası, AZ 1141 Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 269
Rəhbərlik
Rəhbər Əhmədov Emil Rasim oğlu

Rəsmi saytı ekspertiza.az

Mündəricat

  • 1 Fəaliyyət xronologiyası
  • 2 Fəaliyyət istiqamətləri
  • 3 Göstərilən xidmətlər
  • 4 Regional bölmələr
  • 5 Həmçinin bax
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Fəaliyyət xronologiyası

redaktə
  • 15 yanvar 2001-ci ildə Ticarət Nazirliyinin tabeliyində İstehlak Mallarının Ekspertizası Mərkəzi yaradılmışdır.
  • 27 aprel 2007-ci ildə “İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində “Yeyinti Məhsullarının Keyfiyyəti və Təhlükəsizliyi Bürosu” MMC kimi dövlət qeydiyyatına alınmışdır.
  • 11 aprel 2008-ci il tarixində qurumun adı dəyişdirilərək “İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində İstehlak Mallarının Ekspertizası Bürosu” MMC adlandırılmışdır.
  • 17 aprel 2012-ci il tarixdə Cəmiyyətin adı yenidən dəyişdirilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC adlandırılmışdır.
  • Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanının 10-cu bəndinə əsasən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə keçirilməsi barədə göstəriş verilmişdir.

Fəaliyyət istiqamətləri

redaktə
  • Malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədin – Malın mənşə ölkəsinin müəyyən edilməsi barədə ekspertiza aktının verilməsi
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 495 nömrəli qərarına əsasən satınalma güzəştinin tətbiqi zamanı malların mənşəyi barədə rəyin verilməsi
  • “Bir pəncərə” prinsipi əsasında mənşə sənədlərinin, eləcə də uyğunluq sertifikatlarının əldə edilməsi üzrə məsləhət xidmətlərinin göstərilməsi

Göstərilən xidmətlər

redaktə
  • Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə eskpertizaların keçirilməsi
  • "Malın mənşə ölkəsinin müəyyən edilməsi barədə ekspertiza aktı"ndakı məlumatlar əsasında xarici dildə tərtib edilən sənədin verilməsi
  • Satınalma zamanı güzəştli düzəlişin tətbiqi məqsədilə malların mənşəyi barədə rəyin verilməsi
  • Vahid Çağrı Mərkəzi xidmətinin göstərilməsi
  • Məsləhət xidmətləri
  • Uyğunluq sertifikatının alınmasının təşkili
  • Metroloji xidmətlərlə bağlı təsdiqedici sənədlərin alınmasının təşkili

Regional bölmələr

redaktə

İstehlak Mallarının Ekspertizası Mərkəzinin 6 regional bölməsi fəaliyyət göstərir:

  • 1 saylı regional bölmə (Sumqayıt, Abşeron, Xızı)
  • 2 saylı regional bölmə (Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən)
  • 3 saylı regional bölmə (Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, İsmayıllı)
  • 4 saylı regional bölmə (Lənkəran, Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı, İmişli, Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Neftçala)
  • 5 saylı regional bölmə (Mingəçevir, Yevlax, Ağcabədi, Ağdaş, Bərdə, Beyləqan, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Ağsu)
  • 6 saylı regional bölmə (Gəncə, Naftalan, Goranboy, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa, Qazax)

Həmçinin bax

redaktə
  • Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

İstinadlar

redaktə

1. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilməyi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-cı il tarixli 1382 nömrəli Fərmanı;

2. Azərbaycan Respublikasının 2020-ci il 31 may tarixli 115-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “2020-ci il 25 fevral tarixli Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”;

3. Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 24 sentyabr 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Malların mənşə ölkəsinin təyin edilməsi Qaydası”;

4. Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 30 noyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları”;

5. “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı;

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları”;

7. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 1046 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “20 noyabr 2009-cu il tarixli Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında Saziş”;

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2012-ci il 25 aprel tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”;

9. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2015-ci il 28 oktyabr tarixli 11 nömrəli Qərarı.

Xarici keçidlər

redaktə
  • Mərkəzin "X" hesabı
  • Mərkəzin "LinkedIn" hesabı
  • Mərkəzin "Facebook" hesabı
  • Mərkəzin "İnstagram" hesabı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İstehlak_Mallarının_Ekspertizası_Mərkəzi&oldid=8092643"
LOVE.AZ