532-ci ildə Albaniya, İberiya və bir sıra Bizans bölgələri hunlar daxil olmaqla, vir sıra Şimali Qafqaz tayfaları tərəfindən işğal edildi. VI əsrin ortalarında isə xəzərlər Albaniyaya hücum etdilər və böyük fəlakətlərə səbəb oldular. Moisey Kalankatlı Alban ölkəsinin tarixi əsərində yazır: "Ölkəmiz xəzərlərin hakimiyyəti altına düşdü; kilsələr və müqəddəs yazılar atəşə verildi. Sonra, şahənşah Xosrovun ikinci ilində, erməni təqviminin əvvəlində, Tanrının xaçının düşmənlərinin yırtıcı basqınlarını nəzərə alaraq, patriarxal taxtını Xora şəhərindən paytaxt Partava köçürdülər."[1]
620-ci illərdə Albaniya özünü Bizans və Sasanilər arasındakı yeni müharibənin ortasında tapdı. Bizans imperatoru I Herakli xəzər müttəfiqlərini köməyə çağırdı. Moisey Kalankatlı yazırdı: "Bu vaxt ərzində o, bütün Bizans torpaqlarını öz hakimiyyətini altına alıb ordu toplayır ki, şimal-şərq ölkələrinə yolu bağlayan böyük Qafqaz dağlarında yarıq açmaq üçün kömək etsin və Çola qapılarını açdırıb çoxlu Barbar qəbilələrini içəriyə buraxaraq onların köməyilə məğrur İran şahı Xostova qalib gəlsin." 626-cı ildə Albaniya türk-xəzər işğalına məruz qaldı. Bu zaman xəzərlər Xəzər keçidlərindən keçib, Dərbənd istehkamlarına hücum etdilər və cənubda Partava çatdılar. Şəhəri tutub, İberiyaya tələsdilər və Tiflisi mühasirəyə aldılar.[2]
628-ci ildə xəzərlər təzədən Cənubi Qafqaza hücum etdilər. Tiflis ələ keçirilib, talan edildi. Qərbi Göytürk xaqanı Tonq Yabqunun oğlu olan, xəzər ordusu komandiri Albaniya sərhədinə üz tutdu. Moisey Kalankatlı Tonq Yabqunun əmrini yazırdı: "Əgər o ölkənin hökmdarları və əyanları oğlumun qarşısına çıxsalar, öz ölkələrini ona tabeliyə versələr, şəhərləri, qalaları və ticarəti mənim qoşunlarıma versələr, onda siz də onların yaşayıb mənə xidmət etmələrinə icazə verəcəksiniz; amma olmasa…" Bu artıq, qənimət və əsir tutmaq üçün planlaşdırılmış bir səfər deyildi, iki böyük gücün başının qarışıq olmasına və uzaq Albaniyaya fikir vermədiklərinə görə (Bizansda dini mübarizə, Sasanilərdə taxt uğrunda mübarizə), səfər Albaniyanı xəzərlərə siyasi cəhətdən tabe etmək məqsədi daşıyırdı.
The Western Turkic Khaganate demanded that the Khazars be granted the right to free use of trade routes.[208] The Persian marzpan fled the country. Catholicos Viro took refuge in the fortress of Jraberd in the mountains of Artsakh, but he was overtaken and offered to surrender voluntarily and hand over the country to the Khazars to avoid the total extermination of the population.[209] The population, which had fled as the Khazars approached, hid in the mountains, fields and gardens were not cultivated, livestock died, and a terrible famine engulfed the country and led to the extinction of the population. Meanwhile, the Khazars, who considered Albania to be a territory subject to them, began collecting taxes in 629 and intended to subjugate all of Transcaucasia. Only internal strife that arose in Khazaria saved the countries of Transcaucasia from terrible destruction and ruin.[210]