![]() Ana səhifə |
![]() Boş vərəq |
![]() Qeydlər |
![]() Qaralamalar |
![]() Vikikitabxana |
Azərbaycan idman ənənəsində atla oynanılan oyunlar xüsusilə populyardır. Bunlara papaq oyunu, qız-qov, sür-papaq və çovqanı misal çəkmək olar.[9] Qız-qov oyununda 400 metr məsafə boyunca atlı oğlan öz rəqibi ilə yarışır. Əgər oğlan qıza çata bilsə onu qucaqlamaq və öpmək şansı əldə edir. Geri qayıdanda isə qız oğlana çata bilsə, onu qamçının ağır zərbələrilə cəzalandırır. Papaq oyununun isə məzəli xarakteri var: biri qadın olan beş iştirakçı digər iştirakçıların başından papağı götürməyə çalışır. Ancaq qızın papağını götürməyə icazə verilmir. Sür-papaq oyunu isə basketbola oxşayır: iki komanda xəz papaqla oynayırlar və meydançanın uclarında halqası olan iki uzun ağac var. Oyunun məqsədi papağı rəqibin halqasından daha çox keçirməkdir. Yerə düşən papaq isə yalnız atdan düşmədən götürülməlidir.[10]
Azərbaycanda geniş yayılmış oyunlardan biri olan çovqanda iki komanda atüstündə ağac vasitəsilə topu qarşı komandanın qapısından keçirməyə çalışır. Azərbaycanlı atlıların ağacı çobanların yarlığını xatırladır. Azərbaycan at oyunlarında Qarabağ atı və Dilbaz atı kimi yerli atlar xüsusilə istifadə olunub.[10] Azərbaycanda çovqan idmanın milli növü hesab edilir.[11]
Nərd də Azərbaycan mədəniyyətində önəmli rol oynayır. Oyun Azərbaycanda çox populyardır və yerli camaat tərəfindən oynanılır. Azərbaycan ekspertləri tərəfindən nərdin müxtəlif növləri yaradılmışdır.[12]
Bülbül Kazımova 1923-44-cü illərdə İrəvanda Bakıdakı Əli Bayramov adına Mərkəzi Qadınlar klubu tipində mədəniyyət mərkəzi təşkil edir, uşaq bağçaları və savad kursları qurur, qadınları ictimai işlərə yönləndirir. İrəvandakı klub azərbaycanlı qadınların təhsilində və mədəni hayata atılmasında rolu böyükdür.[14]
— Bu körpə uşaxlar ağlaşıb sənnən su isdiyəcəhlər, sən də verməzsən.
...Keşiş də çox ürəyiyumşax olur. Uşaqlar ağlaşanda o kövrəlib, deyir
— Ağa, vallah, man siza su veraram, amba bu musurmannar qoymur...
İrəvan çuxuru lətifələri Molla Nəsrəddin və Bəhlul Danəndədən başqa lokal mənşəli qəhrəmanları ilə də diqqət çəkir. Bunlara hazırcavab kəndlilər, bağçacıqlı Kərim, goravanlı Mustafa kişi, bölgənin sadə insanları daxildir. Lətifə mövzularına yerli əhalinin qarşılaşdığı problemlər, ailə, məişət, iş məsələləri daxildir.[16]
Zəngəzur lətifələrinin baş qəhrəmanları Kəlniyyət, Şah Abbas, Molla Cavad, kənd kişiləri, həmçinin Azərbaycan lətifələrində tez-tez qarşılaşılan Molla Nəsrəddin və Bəhlul Danəndədir. Bu lətifələrdə anti-qəhrəman kimi "erməni", "keşiş" adı altında azərbaycanlıların qonşuları tənqid edilir. Digər lətifələrdə Kəlniyyət və Şah Abbas tərəf müqabili kimi çıxışlarına rast gəlinir. Kəlniyyətlə bağlı lətifələr Zəngəzurdan başqa qismən Muğan və Şirvan bölgəsində də yayılmışdır.[17][18]
Zəngəzurdan toplanmış mifoloji mətnlərdə ucubılıx, təkgöz div, qaraçuxa, virğın, hal (albastı), kaftarkuş kimi varlıqlar vardır. Ən çox rast gəlinən isə tale, bəxt tanrısının cizgilərini daşıyan qaraçuxadır.[19] Bu bölgənin folklorunda Dədə Qorqudun advermə funksiyasını Bəhlul Danəndə oynayır. Bu da onun əcdad funksiyasını göstərir. Sarı Aşıqla bağlı rəvayətlərdə isə onun tərəkəmələrin duası ilə "haqdan yaranması", baxıcılıq qabiliyyəti və haqq aşığı statusu təsvir edilir.[18]
Zəngəzur bölgəsində cin çıxarmaq üçün icra edilən "Tas qurma" mərasimində İslam elementlərinin şamanizmlə birləşməsi müşahidə edilir. Bu bölgənin evlilik adətinə görə, toya qara qoyun, qara inək kəsməzlər.[19]
Zəngəzur bölgəsində ocaq və pir olaraq təbiət obyektləri — dağların başı, ağac, axar sular, bulaq, daşlar istifadə edilir. Ziyarətgahların çoxluğu bölgənin dağlıq ərazidə izolyasiyada olması, xalqın məişətindəki sabitliklə izah edilir. Təbiət obyektləri ilə bağlı ziyarətgahlar daha çox köçəri tərəkəmələr tərəfindən ziyarət edilən məkanlardır,[19]
1871-1898-ci illərdə İrəvanda Azərbaycan maarifpərvərləri xarici ədəbiyyatdan etdikləri tərcümələri, bədii əsərləri və hazırladıqları dərsliklərini Təbriz, Tiflis və Baxçasaray şəhərlərində çap etdirirdilər. Çünki İrəvanda mətbəə mövcud deyildi. İrəvanda Azərbaycan dilində kitab çapı isə XIX əsrin sonlarında baş vermişdir (Məhəmmədvəli Qəmərlinin 1899-cu ildə çap edilən “Atalar sözü” kitabı).[20]
2006-cı ildə Azərbaycanda Uluxanlı məktəbinin 125 illiyi qeyd edilmişdir.[23]
<ref>
teqi; ulduzq
adlı istinad üçün mətn göstərilməyib
<ref>
teqi; ulu
adlı istinad üçün mətn göstərilməyib
The Place of Mythopoetical Symbolic Characters in Thought World of Nassimi. Seadet Shikhiyeva