=== 1949-cu il iyulun 7-də Azərbaycan Respublikasının Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur. 1968-1970-ci illərdə Sovet Ordusunda xidmət etmişdir.
=== 1971-1977ci illərdə xidməti başa vurduqdan sonra Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunda və 1983-1988-ci illərdə Dərbənd Humanitar Universitetinin Rus dili və ədəbiyyatı fakültəsində təhsil almışdır.
SSRİ-nin süqutundan sonra səhmdar cəmiyyətini yaradıb, Türkiyə, Ukrayna və İsveçrə ilə əməkdaşlıq edərək bizneslə məşğul olub. 1995-ci ildə heraldika müəllif şirkəti yaratmışdır. O, Azərbaycan üçün mükafatlar, orden, medal və suvenirlər istehsal edən fabrikə rəhbərlik edib, bu günə kimi fabrikin təsisçisidir.
Türk tarixini araşdırmaq üçün müxtəlif qazıntı işləri təşkil etmişdir.
1998-ci ildə “Azərbaycan Dünyası” Beynəlxalq jurnalını yaratmışdır. Hal hazırda jurnalının təsisçisi və baş redaktorudur. Jurnalın Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, ABŞ, Moldova, Ukrayna, Rusiya, İsveçrə, Almaniya, Rumıniya və digər dünya ölkələrinə həmçinin dünya azərbaycanlılarına həsr olunmuş bir çox layihələri vardır. Jurnalın bütün nömrələri və xüsusi buraxılışları ilə www.mir-azerbaydjana.az saytında tanış ola bilərsiniz.
=== Hazırda Azərbaycan Dövlət Diaspora Komitəsi, müxtəlif ölkələrin diaspor komitələri və dünyada yaşayan azərbaycanlılarla sıx və səmərəli əməkdaşlıq edir.
“Dədə Qorqud” Milli Fondunun yaradıcısı və Prezidentidir.
Rus dilində “Brifinq” qəzetinin yaradıcısıdır.
Rəsm əsərləri sərgilərinin təşkilatçısıdır (Dədə Qorqud uşaqların gözü ilə, müharibəyə həsr edilən əsərlər və s.)
2016-cı ildə Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidenti təyin edilmişdir.
Dərbənd şəhərinin fəxri vətəndaşıdır,
İstambul “Yedi Tepe”Universitetinin Fəxri doktorudur,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Qızıl qələm sahibi,
Dünya Azərbaycanlıları Konqresinin üzvü,
Bir çox Avropa və beynəlxalq universitetlərin fəxri professoru.
Mesenatlığına görə Ukrayna Pravoslav Kilsəsinin " II Müqəddəs Vladimir " qızıl medalı ilə təltif olunmuşdur,
BMT-nin nəzdində Beynəlxalq İctimai Fondunun “Altın Kıran " ordeni (Qızıl Qartal) Almatı şəhərində,
Qazaxıstan Respublikasının “El Ardaktysy” medalı Millətin fəxri – Türküstan,
Əl-Farabi adına Qazax Xalq Universitetinin (KazNu) yubiley medalı . Almatı şəhəri,
=== “Dədə Qorqud” Beynəlxalq Milli Fonduna aid “Dünyaya Sülh Naminə”(“Во Имя Мира на Земле”) mükafatı.
Azərbaycanda və müxtəlif dünya ölkələrində gördükləri işlərlə Azərbaycan üçün misilsiz xidmətləri olan siyasi və ictimai xadimlərin təltif olunduqları orden və medallar:
Ordenlər:- == “Ulu Türk”, “Vətən Övladı”, “Qızıl Ürək”, “Mehriban Ana“, “Zeynalabdin Tağıyev”, “Əziz Əliyev” və “Həzi Aslanov”. ==Qalın mətnBöyük mətn