Bu səhifədə Vikipediyanı biznesə çevirib gəlir əldə etməyə çalışan istifadəçi hesablarıyla bağlı etdiyim açıq mənbə kəşfiyyatının nəticələrini paylaşacam. Zəhmət olmasa bura müdaxilə etməyin, təkliflərinizi müzakirə səhifəmdə yazın.
İstifadəçi səhifəsinin köhnə versiyalarına nəzər yetirəndə istifadəçinin Namiq Qaraçuxurlunun qardaşı oğlu və meneceri olduğunu öyrənirik. Namiq Qaraçuxurlu səhifəsində ən çox redaktə edən (165) istifadəçi olması bunun ayrı bir sübutu sayıla bilər. Ortada maraqların toqquşması problemi var.
Qeyd: İstifadəçi müvafiq qaydaya əsasən bunla bağlı heç bir açıqlama verməyib. Həmçinin Google Knowledge Panel yaratmaq üçün Vikiverilənlər elementinin vacib olduğunu bilir.