. Love.az

Istifadeci Zakir1948 - Wikipedia - Love.az

Ana Səhifə - Istifadeci Zakir1948

                             

Zakir Bayramlı, tam adı Bayramov Zakir Həmid oğlu 20 iyul 1948-ci ildə Şabran ( keçmiş Dəvəçi) rayonunun Sumaqava kəndi

                   Zakir Bayramlı

Zakir Bayramlı, tam adı Bayramov Zakir Həmid oğlu 20 iyul 1948-ci il Şabran  rayonunun Sumağava kəndi, şair-publisist və yurnalist Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

                       Zakir Bayramlı






Zakir Bayramov

şair-publisist,jurnalist

          

Şəxsi  məlumatlar

Doğulduğu tarix      20 iyul 1948 76 yaş

Doğum yeri         Şabran   rayonu, Sumaqava kəndi, Azərbaycan SSR, SSRİ

Təhsili    Bakı Plan-uçot texnikumunun planlaşdırma şöbəsi, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsi, Azərbaycan KP Mk-nın  Marksizm- Leninizm Universitetinin  ideoloji kadrlar fakultəsinin  siyasi iqtisad şöbəsi

Fəaliyyəti   şair-publisist, jurnalist , 20 iyul 2011-ci il tarixdən pensiyadadır , yaradıcılıqla məşğuldur.

Həyatı

Zakir Bayramlı 1948-ci ildə Şabran rayonunun Sumaqava kəndində müəllim ailəsində anadan olub. 1959-cu ilə kimi Sumağava kəndində yaşayıb. 1960-cı ildə Şabran şəhərinə köçüb. 1963-cü ildə  Şabran şəhər Tofiq Abbasov adına 1 saylı orta məktəbin VIII sinfini, (orta məktəbi texnikumda təhsi almaqla yanaşı axşam ümumtəhsil məktəbində başa çatdırıb) 1966-cı ildə isə Bakı Plan-uçot yexnikumunun planlaşdırma şöbəsini  bitirib. İlk əmək fəaliyyətinə  1966-cı ildə Şabran rayonundakı 10 saylı Texiki -Peşə məktəbində hesabdar vəzifəsində  işləməklə başlayıb. 4 ay orada işlədikdən sonra ştatı ixtisar düşdüyünə görə gənc mütəxəssis kimi  payon Təhsil Şöbəsinə mühasib vəzifəsinə köçürülüb. 10 ay orada işlədikdən sonra 1967-ci ilin noyabr ayında  ikiillik icbarı hərbi xidmətə çağırılıb. Hərbi qulluğunu  Ukrayna və Moldova respublikalarında  keçib. Hərbi hissənin ərzaq təchizatı xidmətində katib vəzifəsində çalışıb. 1969-cu ildə  ordudan tərxis olunduqdan sonra  əvvəlki ışinə davam edib.

  Yeniyetmə çağlarından ədəbiyyata böyük həvəs göstərib.1963-1966-cı illərdə texnikumda oxuduğu dövrdə nüfuzlu şair və yazıçılarımız - Cabir Novruzun, Kələntət Kələntərlinin və Sabir Əhmədovun  rəhbərlik etdikləri üç ədəbi məclisin üzvü olub."Abşeron", "Qurucu" və "Şabran" rayon qəzetlərinin ştatdankənar müxbiri kimi də fəaliyyət göstərmişdir. Ədəbi yaradıcılığa ilk addımlarını hələ keçən əsrin 60-cı illərindən atıb. Zakirin ilk məqalə və şeirləri "Abşeron" qəzetində işıq üzü görüb.Sonralar onun şeirləri və digər bədii yazıları "Azərbaycan gəncləri","Ədəbiyyat və incəsənət" qəzetlərində, "Kirpi" və "Əbədi Şirvan" jurnallarında, həmçinin "Şabran nəğmələri","Səni vəsf edirəm Dəvəçi", "Çıraqqala" və "Çıraqqala işığında" adlı bədii toplularda oxuculara təqdim olunub.Yeniyetmə və gənclik illərində rayondakı "Çıraqqala" ədəbi məclisinin üzvü olmuşdur. Qırx ildən çoxdur ki, "Şabran" ədəbi məclisinin üzvüdür.

Son illərdə ədəbi yaradıcılıqla yanaşı jurnalistika  üzrə  də məhsuldar fəaliyyət göstərir.  Təkcə 2023-2024-cü illərdə  şeir,qəzəl ,rübai və bayatıları ilə yanaşı onun 40-dan artıq iri həcmli məqaləsi respublikamızın  mərkəzi mətbuatında çap olunmuşdur. Məqalələrin hamısı  masir günümüzlə səsləşir. Yazıların  əksər hissəsi gənclərimizin ideya-siyasi tərbiyəsinə  və vətənpərvərlik məsələlərinə həsr olunub.  Məqalələrrin cəmiyyət səviyyəsində faydalı olduğunu nəzərə alaraq həmin yazılarin 2025-ci ildə “Gənclər, sizə deyiləsi sözüm var ! “ adlı kitabda  çap olunası nəzərdə tutulub.

1972-1980-cı illərdə rayon Təhsil Şöbəsinin baş mühasib işləyib.Rayon  İcraiyyə Komitəsinin qərarı ilə  ciddi kadr ehtiyacına görə rayon Sosial Təminat Şöbəsinə baş inspektor vəzifəsinə köçürülmüşdür. 1980-1984-cü illərdə  həmin vəzifədə çalışmışdır. 1984-cü ildə rayon rəhbərliyinin qərarı ilə yenidən rayon Təhsil Şöbəsinə, əvvəlki vəzifəsinə qaytarılmış və 2011-ci ilədək baş mühasib kjimi  şöbənin mühasibat uçotu şöbəsinə rəhbərlik etmişdir. 2011-2013-cü illərdə isə  rayonun 11 saylı Kənd Tikinti Trestində kadr üzrə müfəttiş vəzifəsində işləmişdir. 2011-ci ildən yaşa görə pensiyadadır.  Heç yerdə işləmir,ancaq yaradıcılıqla məşğuldur.


Təltifləri və mükafatları

      “Qızıl qələm” media mükafatı laureatı diplomu

       Mətbuatda uzun illər səmərəli fəaliyyətinə görə və anadan olmasının  70 illik yubileyi  münasibətilə  Azərbaycan Jurbalistlər Birliyinin diplomu

        Vətən müharibəsində xalqımızın  Zəfər qələbəsinə həsr edilmiş məqalələrinə görə və anadan  olmasının  75 illik  yubileyi münasibəti ilə Azərbaycan Jurnalistlər Birliyinin diplomu

Kitabları

40 il təhsilə bağlı ömür (2008), Bakı,”Şirvannəşr”, 280+ 28 səh.

Bir ömür yaşadım (şeirlər) (2012), Bakı,”Müəllim” nəşriyyatı, 142 səhifə

Min ilə bərabər yüz il (2014), “Müəllim, 516 səh.

Günəşdən nur alanlar (2015), “Müəllim”, 448 səh.

İkinci görüş (2015), “Müəllim”, 196 səh.

Arzuları qovuşduran məkan (2016), “Müəllim”,354 səh.

Dünyaya açılan pəncərə (2017), “ Müəllim”, 456 səh.

Mən çağlayan bir bulağam (2017), “Müəllim”,112 səh.

Seçilmiş əsərləri I cild (şeirlər, qəzəllər, təmsillər, bayatılar və poema) (2018),  “Müəllim”, 220 səh.

Uğurlara  gedın yollar  (2018), Bakı, “Müəllim”, 478 səh.

Qocalıqdan cavanlığa qayıdış (2020), Bakı, “Müəllim”,464 səh.

Mənim şeir dünyam (şeirlər) (2020) ,Bakı,”Elm və təhsil” nəşriyyatı, 168 səh.

Qocalıqdan cavanlığa qayıdış kitabının  yenidən işlənmiş və təkminləşdirilmiş nəşri (2021),Bakı,  “Müəllim”, 294 səh.

Musiqi çeşməsi (2023), Bakı, “Müəllim”, 254 səh.  


Məqalələri 

(Bura yalnız 2023-2024-cü illərdə mərkəzi mətbuatda çap olunan  məqalələrin bir hissəsi daxil edilib)


“ Xalq  qəzeti”

Çıraqqala-igid babaların Laçın yuvası

“Çıraqqala”nın sənət şöləsi

Torpağı ver əkinçiyə...


“525-ci qəzet”  

Təlim-tərbiyədə şəxsi nümunə: inkişaf üçün mühüm təkan

Uğurlu gələcəyin təməli: gəncliyi həyata düzgün hazırlamaq

Yeni nəslin tərbiyəsi: ailənin və məktəbin təsiri vəhdətdə

Gəncliyin uğurlu gələcəyinin yolu özünütərbiyədən keçir

Gəncliyimiz və gələcəyimiz üçün ciddi təhlükə - zərərli vərdişlər

Müəllim nüfuzu: təlim-tərbiyədə müstəsna amil  

Gəncliyə uğur qazandıran keyfiyyətlər: möhkəm xarakter, güclü iradə 

Azərbaycan təhsilinə Hacı Zeynalabdin Tağıyev töhfələri 

Təhsildə və təlim-tərbiyədə vacib istiqamət: hərbi-vətənpərvərliyin təbliği 

Yaşıl dünya naminə həmrəyliyin Azərbaycan nümunəsi 


  “Ədalət” qəzeti

Zorakılıqla bağlı narahat düşuncələrim...

Gənc ailələrdə zorakılığın yaranma səbəbləri.

Uşaq zorakılığına qarşı mübarizə: Cəmiyyətin ən ağrılı problemi.

       Müasir dünyada erkən nikahlar: Zorakılığın təzyiq və məcburetmə forması.

Qadınlara qarşı  zorakılıq: dünyanı sarsıdan qorxunc bəla

Zərərli vərdişlər: fiziki və psixoloji  asılılığın ən dəhşətli forması

Tütün: aludəçilik yaradan ən qorxunc düşmən

Alkoqolizm asılılığı: bəşər nəslinin ən qəddar və yırtıcı düşməni

Dünya XXI əsrin bəlası “Ağ ölüm”lə üz-üzə

Zərərli vədişlərin sağlamlığa mənfi təsiri   

Nəfs: insanı həm uğura  və həm də uğursuzluğa aparan  böyük güc

Ləzzət və peşmançılıq

Yaltaqlıq və nəzakət

Xəsislik və qənaət

Məişət zorakılığı: ailənin, cəmiyyətin və dövlətin ortaq problemi

Sevgi və nifrət

Fəzilət və rəzalət

Sadəlik və təvazökarlıq haqqında

Ən qiymətli təbii sərvət

Xeyir və şər

Müəllif haqqında yazılmış məqalələr

Nizami Rəhmanlı  “Demək istədiyimi deyə  bildimmi?” “Ədalət” qəzeti, 5.08.2017

Vaqif Yusifli  “Zakir Bayramlının çağlayan  bulağı”, “Ədalət “ qəzeti 5.12.2017

Əbülfət Mədətoğlu “Zakir Bayramlının poeziya dünyası”, “Ədalət” qəzeti, 21.09.2018

Aydın Tağıyev  “Çağlayan bulağ”ın nəğmələri, “Kaspi” qəzeti, 3 02.2018

Vaqif Bayramov “Vətən məhəbbəti, yurd  sevgisi”, “Xalq qəzeti” 6.10.2019

Nizaməddin Şəmsizadə  “Şairin vətən məhəbbəti və torpaq sevgisi”, “525-ci  qəzet” 1.02.2020

Nizaməddin Şəmsizadə  “Həyat kitabı”  ” 525-ci qəzet”, 3.07.2021

Nizaməddin Şəmsizadə  “Lirik janrlar müasirlik mərhələsində” “Ədəbiyyat qəzeti” 3.07.2021

Vaqif Bayramov  “Hər kəs yüz il yaşamasa...”,7.04.2022

Əıi Rza Xələfli “On üçüncü görüşün ucalığında”, “Kredo” qəzeti, 2.06.2022

Əbülfət Mədətoğlu “75-ci ilin iyunu”  “Ədalət” qəzeti, 7.07.2023

Aydın Tağıyev “Hər günü naxış tək toxunan ömür”, “525-ci qəzet”  28.07.2023

Aydın Tağıyev “Bax, belədir təbiətim...”, “Ədəbiyyat qəzeti” 5.08.2023


Nəşr tarixi   “11” noyabr  2024-cü il.

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İstifadəçi:ZAKİR1948&oldid=7842390"
LOVE.AZ