![]() |
Xoş gəldiniz, Anar 657! |
![]() |
Salam, Anar 657. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı düyməsinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() |
Hörmətlə, Gadirmüzakirə 17:44, 17 may 2024 (UTC)Cavabla
Salam. Öncəliklə Vikipediyaya xoş gəlmisiniz. Vikipediyada eyni səhifə üzərindəki dəyişikliklərin 24 saat ərzində 3 dəfə geri qaytarılmasına icazə verilmir (bax: VP:3GQ). Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy səhifələri üzərində fəaliyyətinizdə bu halı müşahidə edirəm. lərinizi davamlı bərpa etmək əvəzinə, zəhmət olmasa, müvafiq səhifələrin tarixçələrinə ("mənbəni redaktə et" düyməsinin həmən sağında) diqqət yetirin və orada redaktənizi geri alan istifadəçilərin bunun səbəbini qeyd etdiklərini görə bilərsiniz. Eyni vaxtda əlavə etdiyiniz redaktə, yaxud dəyişiklərin mütləq səhifədə qalmalı olduğunu düşünürsünüzsə, 3 dəfə geri qaytarma qaydasını pozmamağa diqqət edərək, düzəliş izahına səbəb qeyd edərək (bax: Kömək:Düzəliş izahı), yaxud da izahınız uzundursa, əlaqəli səhifələrin müzakirə səhifələrinə qeyd edərək bu fəaliyyəti görün. Müzakirə etdiyiniz zaman həmin dəyişiklikləri, zəhmət olmasa, müzakirə bitənə və razılıq (bax: VP:Konsensus) əldə edilənə kimi əlavə etməyin. ləriniz davamlı olaraq geri qaytarılırsa, redaktə müharibəsi (bax: VP: müharibəsi) etmək əvəzinə, müzakirə səhifəsində bunu müzakirə edərək həll etməlisiniz. Qarşı tərəf bunu etmirsə, ilk addımı siz atın. Xoşniyyətli olun. Vikipediyanın fəaliyyəti ilə bağlı qaydalara buradan nəzər yetirə bilərsiniz. Hər hansı bir sualınız olarsa, yaxud yardıma ehtiyacınız olarsa, lütfən müzakirə səhifəm vasitəsilə mənə və digər istifadəçilərə müraciət etməkdən çəkinməyin. Cəsur olun! Fəaliyyətinizdə uğurlar. Hörmətlə, Gadirmüzakirə 12:41, 26 may 2024 (UTC)Cavabla
Kiçik ulduz | |
Səmərəli fəaliyyətinizə görə təqdim olunur. Uğurlar! Hörmətlə, Qədir (müzakirə) 16:51, 6 mart 2025 (UTC)Cavabla |
Salam!! Töhfələriniz üçün təşəkkür edirəm, amma məqalələrə məzmun əlavə edərkən mütləq şəkildə etibarlı mənbələrə istinad etmək tələb olunur. Məsələn, bu əlavənizdə heç bir mənbə təqdim etməmisiniz. Hörmətlə, Qədir (müzakirə) 12:34, 22 mart 2025 (UTC)Cavabla