. Love.az

Istifadeci Muzakiresi Bakuemil 2011 Fevral - Wikipedia - Love.az

Ana Səhifə - Istifadeci Muzakiresi Bakuemil 2011 Fevral


Mündəricat

  • 1 Əyrənqala
  • 2 Uğurlar
  • 3 Serj Sarkisyan
  • 4 Laçın rayonu ziyalıları
  • 5 Müzakirə:Kürkənd (Neftçala)
  • 6 Seçilmiş məqalə: Neftçala
  • 7 Neftçala
  • 8 Əli Kərimov
  • 9 Calliopejen1

Əyrənqala

redaktə
Son rəy: 14 il öncə3 şərhMüzakirədə 2 nəfər

Salam Səfər. Bu ad sənə tanış gəlir, bu ad "Örənqala" ola bilər? Məlumatın varsa kömək elə.--Bakuemil 08:43, 2 fevral 2011 (UTC)Cavabla

Salam. Birinci dəfədir eşidirəm. Örənqala Beyləqandadı. Özü də adı qala olsa da əslində qala deyil, arxeoloji abidə - şəhər yeridi. Əyrənqala hardadı? --sefer 18:53, 2 fevral 2011 (UTC)Cavabla

Bilmirəm, deyə bilmərəm. --sefer 14:30, 4 fevral 2011 (UTC)Cavabla


Uğurlar

redaktə
Son rəy: 14 il öncə1 şərhMüzakirədə 1 nəfər

Salam. Son çalışmalarınıza görə sizə uğurlar diləyirəm. Bütün yaratdıqlarınız xoşagələndir. --Enver62 10:41, 5 fevral 2011 (UTC)Enver62Cavabla

Serj Sarkisyan

redaktə
Son rəy: 14 il öncə1 şərhMüzakirədə 1 nəfər

Mənbə göstərildi --JameS RamireZ 13:09, 6 fevral 2011 (UTC)Cavabla

Laçın rayonu ziyalıları

redaktə
Son rəy: 14 il öncə3 şərhMüzakirədə 2 nəfər

Salam, Emil, Hiss olunur ki, Ramil c (müzakirə • töhfələr • statistikalar) bu materialları "Laçın rayonu ziyalıları" kitabından köçürür. Yeni istifadəçidir deyə, hələlik silməyək. Hörmətlə, →VagoMüzakirə 15:41, 6 fevral 2011 (UTC)Cavabla

Elmi namizədliyi olan bütün insanları bura əlavə eləsək bizə gülərlər. Yeni istifadəçi bunu hələ indidən başa düşsə yaxşı olar. Yoxsa əlavə eləməyə davam edər. Mənim düşüncəm budur. Baxdəə. Bəzilərinə sil şablonu qoymadım çünki lazımi bir neçə məlumatlar var idi. Bir az insaflıyam :)--Bakuemil 15:47, 6 fevral 2011 (UTC)Cavabla
Hələlik bir az işləsin, öyrəşsin, inşallah yaxşı Vikipediyaçı olar :) Yoxsa 2 o yazsın, 2 də mən silim, hamısı Vikipediyadan qaçar ki, onsuz da silmək həmişə var. Onun fəaliyyətinə özünüz də nəzarət edə bilərsiniz, ara-sıra da təcrübəli vikipediyaçılar tövsiyələr, həvəsləndirici mükafatlar da verməlidir. Gərək gələcəyin kadrlarını güzəştlər hesabına yetişdirək :) →VagoMüzakirə 16:03, 6 fevral 2011 (UTC)Cavabla

Müzakirə:Kürkənd (Neftçala)

redaktə
Son rəy: 14 il öncə3 şərhMüzakirədə 2 nəfər

Salam. Yaratdığınız bu səhifəni silmək lazımdırmı? --Cek Li Taran 06:02, 11 fevral 2011 (UTC)Cavabla

Salam. Problem deyilsə qalsın. istifadə edəcəm tezliklə.--Bakuemil 07:51, 11 fevral 2011 (UTC)Cavabla

Əslində müzakirə səhifəsində məlumatın o formada yerləşdirilməsi doğru deyil. Bu tip məlumatları İstifadəçi:Bakuemil/Qaralama yerləşdirin. --Cek Li Taran 09:26, 11 fevral 2011 (UTC)Cavabla

Seçilmiş məqalə: Neftçala

redaktə
Son rəy: 14 il öncə4 şərhMüzakirədə 3 nəfər

Çox böyük əmək sərf etdiyiniz Neftçala məqaləsinin Seçilmiş məqalə statusu alması münasibətilə Sizi təbrik edirəm.--Cek Li Taran 07:23, 12 fevral 2011 (UTC)Cavabla

Mən də... ) →VagoMüzakirə 08:01, 12 fevral 2011 (UTC)Cavabla

Təbrikə görə və məqaləyə vaxt tapanda əl gəzdirdiyin üçün sən də sağ ol Vago :) Əsas səbəbkar sənsən. Məqaləni laboratoriyaya yerləşdirib məni qızışdıran sənsən :)--Bakuemil 08:22, 12 fevral 2011 (UTC)Cavabla
Gərək kəşfiyyat aparım, görüm daha kim nəyi edə bilər :))) →VagoMüzakirə 08:25, 12 fevral 2011 (UTC)Cavabla

Neftçala

redaktə
Son rəy: 14 il öncə1 şərhMüzakirədə 1 nəfər

Yox gec deyil. Heç vaxt gec deyil. Yoxsa deyirsiniz ki, məqalə hər-hansı "status" aldıqdan sonra gərək redaktə edilməyə, irad bildiriməyə? Haradan çıxdı bu? Mənim təqidim odur ki, Əliyev kimi şəxslərin işini hansısa inzibati bölgüdə yox, daha böyük və qlobal işlərdə çəkilməlidir. Yox əgər bu prinsiplə razılaşmırsınızsa, onda digər bölgülərin də kimlər (və ya hansı orqanlar) tərəfindən edildiyini qeyd edin. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası"nın mövzuya nə dəxli var? Bu lap "Qurtuluş günü" oldu. Tarixçəsinə baxarsınız. Hər şeyi əsaslandırmışam, qeyd etmişəm və anlaşılan dildə yazmışam. Digər bölgülərin (illərlə) də kimlər/hansı orqanlar tərəfindən "bölündüyünü" yazdıqdan sonra bunu da əlavə edərsiniz. Yoxsa ərazi bundan əvvəl dəfələrlə bölünüb, birləşdirilib - heç bilinmir kimlər edib. Tapın, gətirin bu da qalsın. Hər şeyə "təşəbbüs ilə" zırıltısını yapışdırmaq gərəkmir. --Proger danış 09:44, 16 fevral 2011 (UTC)Cavabla

Əli Kərimov

redaktə
Son rəy: 14 il öncə2 şərhMüzakirədə 2 nəfər

Salam. Daxili İşlər Nazirləri şablonunu yaradarkən "Əli Kərimov" adında bir neçə nəfərin olduğunu gördüm:

  • Əli Kərimov - Qarabağ şəhidi
  • Əli Kərimov (balaban ustadı)
  • Əli Kərimov (I) - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
  • Əli Kərim

Hələ bundan əlavə haqqında məqalə olmayan keçmiş Daxili İşlər Nazirlərindən biri var. Onu Əli Kərimov (nazir) formasında yaradacam.

Bunların "dəqiqləşdirmə" səhifəsini yaratmaq istəyirəm. Qarabağ şəhidinin adını dəyişib (şəhid) əlavə eləmək istəyirəm. Balaban ustadında problem yoxdu. Tələbə olaraq göndərilən şəxsin adını necə dəyişsək yaxşı olar? Çünki digərlərindən fərqli olaraq bu şəxsdə rum rəqəminin olması bir az yaxşı görsənmir. Bu haqda fikrinizi bilmək istərdim. --Bakuemil 12:46, 16 fevral 2011 (UTC)Cavabla

Salam. Dəqiqləşdirmə səhifəsi yaradılması yaxşı ideyadır. Amma səhifəyə olan daxili keçidlərdə də sonra bir-bir düzəliş edib dəqiqləşdirmə aparmaq lazımdır. Bilmirəm "Əli Kərimov (tələbə)" yazmağımız nə dərəcədə düzgün olar. Ümumiyyətlə, belə götürəndə bu şəxs heç ensiklopedik şəxs də deyil. İstəyirsən, hələlik rum rəqəmi qalsın, sonra baxarıq. Bir də baxmaq lazımdır ki, Əli Kərimov adında başqa nazir olmayıb ki. Məncə olmayıb. Olmayıbsa "Əli Kərimov (nazir)" yazmaqda da problem yoxdur. Hörmətlə:--Sortilegus 13:03, 16 fevral 2011 (UTC)Cavabla

Calliopejen1

redaktə
Son rəy: 14 il öncə2 şərhMüzakirədə 2 nəfər

Təbriklər. Calliopejen1 də aranızdan çıxdı. :)--Bakuemil 11:21, 23 fevral 2011 (UTC)Cavabla

Təşəkkür edirəm. O gün olsun Azərbaycanca Vikipediyanın aktiv istifadəçisindən yuxarıda heç kim olmasın )→VagoMüzakirə 12:03, 23 fevral 2011 (UTC)Cavabla
Mövzu əlavə et
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İstifadəçi_müzakirəsi:Bakuemil/2011-Fevral&oldid=3565362"
LOVE.AZ