Salam Vago. Neftçala yaşayış məntəqələrinin şablonuna ingilis intervikisini əlavə edəndə Neftçala kəndlərinin məqalələrində İngilis Neftçala şablonu interviki kimi görsənir. Bu problemi necə həll etmək olar?--Bakuemil 22:36, 15 mart 2011 (UTC)Cavabla
Salam Bakuemil. Sizin Azərbaycan Vikipediyasındakı fəaliyyətiniz bizim üçün çox maraqlı və həm də qiymətlidir. Yaratdığınız çoxsaylı dəyərli məqalələrə görə sizə təşəkkür edirəm. Məqalələrlə yanaşı Azərbaycan Vikipediyasına daxil etdiyiniz fayıllarda (şəkillərdə) olduqca maraqlı və dəyərlidir. Lakin bu şəkillərə heç bir şəkil etiketi əlavə olunmamışdır. Ona görə də sizdən xahiş edirəm ki, vaxtınız olduqca şəkillərə uyğun etiketlər əlavə edəsiniz. Sizə əvvəlcədən təşəkkür edirəm. Fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Hörmətlə:--Sultan11 18:55, 17 mart 2011 (UTC)Cavabla