Salam. Sizə göstərdiyiniz yardım üçün minnətdarlığımı bildirirəm. Bu yaxşılığınızı heç bir zaman unutmayacam. Bu profillə mən yüzlərlə məqalə yaratmışam. Amma, Siz və idarəçilər icazə verirsə olar mən, yeni bir profil açım? Barselona99 (müzaкirə) 11:16, 27 yanvar 2018 (UTC)Cavabla
Salam, hörmətli Baskervill. Şəhidlərlə bağlı məqalədə yekun nəticəyə gəlmədik, sadəcə müzakirələr qeyri-müəyyən müddətə təxirə salınıb. O şablonu məqalədən çıxarmağınız düzgün deyil.--Emin ismarıc 18:15, 27 yanvar 2018 (UTC)Cavabla
Salam cənab Baskervill. İstifadəçi Barselona99-un blokunu bərpa etdim. Qeyd edim ki, istifadəçinin azı 5 dəfə kukla hesab istifadə etməsinə görə qeyri-müəyyən yox, müəyyən müddətə blok olunması artıq istifadəçiyə edilmiş güzəştdi. Bir neçə ay bundan öncə idarəçilər istifadəçinin qeyri-müəyyən yox, 6 ay müddətinə bloklanmasını məsləhət bildilər. Və mən elə də etdim. Lakin işin tragikomik tərəfi budur ki, istifadəçi kukla hesaba görə bloklanmasından 1 ay keçmiş daha 2 kukla hesab yaratdı. Azı 5 kukla hesabı açan, yəni səhvindən nəticə çıxara bilməyən istifadəçinin blokunun vaxtından bir xeyli tez açılmasını düzgün hesab etmirəm. Belə hərəkətin vikiqaydalara da hörmətsizlik olduğunu düşünürəm. Normalda əksər vikilərdə istifadəçini artıq 2-ci kukla hesaba görə qeyri-müəyyən müddətə blok edirlər. Bizdə isə istifadəçi "maşallah" 5 hesab yaradıb. Belə bir istifadəçinin bloklanmasının üstündən cəmi 2 ay keçmiş blokunun açılması yanlış addım olar.
P.S Mənim blokladığım istifadəçilərin blokunu açmamışdan öncə məni ya viki, ya da sosial şəbəkə üzərindən məlumatlandırsaz minnətdar olaram. Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 21:34, 27 yanvar 2018 (UTC)Cavabla
Təəssüf ki, burada elə vəziyyət yaranıb ki, sanki mən qəddar, istifadəçiləri ilk fürsətdə bloklayan və blokunun açılmasına razı olmayan zalım birisiyəm, 5 dəfə kukla hesab yaradan, eyni hərəkətlərə görə dəfələrlə, ümumilikdə isə 20 dəfə bloklanan Barselona99 isə mələk, bütün qaydalara riayət edən, sadəcə idarəçi haqsızlığından əziyyət çəkən qurbandır ! Cənab Baskervill sizə vəziyyəti yuxarıda bacardığım qədər qısa və lakonik izah etməyə çalışmışam. İstifadəçinin vikidə hansı reputasiyaya malik olması, əminəmki, içində sizdə olmaqla bir çox idarəçiyə məlumdur. Sadəcə işin təəssüfedici tərəfi budur ki, nə var, nə var istifadəçi müxtəlif ip-lərlə ya başqa yollarla idarəçilərlə əlaqə yaradıb — "xahiş edirəm blokumu açın", "blokumu açında", "daha səhvlər etməyəcəm blokum açılsın" tipli müraciətlər yazdığından və çox idarəçi artıq bu istifadəçinin bənzər xahişlərindən təngə gəldiyindən — "bloku açılsaydı canım qurtarardı bu istifadəçidən" tipli yanaşma sərgiləyir. Qeyd edimki, istifadəçini mən kefim istəyib deyə bloklamamışam. Mən sadəcə istifadəçinin növbəti dəfə kukla hesab istifadə etməsini sübut etmişəm və yekunda idarəçilərin qərarına əsasən 6 aylıq bloklamışam. Yuxarıda da bildirmişəm — istifadəçinin azı 5 dəfə kukla hesab istifadə etməsinə görə qeyri-müəyyən yox, müəyyən müddətə blok olunması artıq istifadəçiyə edilmiş güzəştdir ! İstifadəçinin bloku niyə açılmalıdı ? Əgər vaxtından əvvəl açılmalıdırsa onda 6 ay qərarını niyə vermişik ? Bu qədər qayda pozan istifadəçiyə niyə güzəşt edilməlidi ? Görün vəziyyət nə yerə gəlibki, istifadəçi burada ip ilə mənə "Məndə başa düşmürəm Nicat bəyin niyə mənimlə şəxsi qərəzliyi var" — deyir. Elə bil kukla hesablar açan və digər vikiqaydaları pozan bu deyil ! Necə deyərlər "Qara məni basınca, qoy qaranı mən basım". Samral yazdıqlarınızı özünüz oxumusuz ? O nə deməkdir ki, "Niyə öz profili qala-qala kukla profillər yaradıb? Çünki əsas profili blok edilib". Belə çıxır ki, mən bugün idarəçilərin yekun qərarına əsasən sizi blok eləsəm, siz də həmin qərardan razı qalmasaz sabah Samral2 və Samral3 istifadəçi hesabları yaradacaqsız ? Sizin yazdığınızdan belə çıxır ki, "Əccəb eləmişəm açmışam, əsas profilimi blok etməsdiz məndə yeni hesablar açmazdım". "Azvikidə müəllif hüquqlarını pozmayan aktiv istifadəçi var?" kimi absurt fikrivizə uzun-uzadı nəsə yazmaq istəmirəm. Sadəcə onu deyim ki, tək mən bu istifadəçinin yüklədiyi 100-lərlə müəllif hüquqlarını pozan şəkillərini pozmuşam. Araz müəllim də bunu bilir. Onuda əlavə edimki, mən bu istifadəçini müəllif hüquqlarına məhəl qoymadan media fayllar yüklədiyinə görə cəmi 2 dəfə blok etmişəm və blok etməmişdən qabaq da xəbərdarlıq etmişəm müzakirə səhifəsində. Ancaq istifadəçi kefi istədiyini etməyə davam edib. Mən heç idarəçi seçilməmişdən qabaq isə bu istifadəçi şəkil məsələsinə görə digər idarəçilər tərəfindən 6 dəfə bloklanıb. Yəni eyni şeyə görə ümumilikdə 8 dəfə. İndi özün nəticə çıxar. Yekunda cənab Baskervill onu yazım ki, son zamanlar mənim vikiyə daxil olmağa nə qədər istəsəmdə demək olar vaxtım heç olmur. Əlimə fürsət düşdükdə isə vaxtımı bu cür mənasız boş şeyə yox, ya yeni məqalə yaratmağa, ya da yaratdığım məqalələri genişləndirməyə sərf etmək istəyirəm. Özümü istifadəçinin kukla hesab istifadə etməsini aşkar və sübut etdiyimə peşman hiss edirəm. Gərək məndə bundan sonra belə şeylərə baş qoşmayım, arada girib 3-5 redaktə edib çıxım. Çünki haqqlı ola-ola haqqsız kimi təqdim olunuram. Mən bu istifadəçinin blokunu yaxın zamanlarda açmayacam, ancaq siz istəyirsizsə elə bu gün bloku aça bilərsiz. Mən daha bu məsələyə vaxtımı sərf etməyəcəm.--Nicat49 ⋠müzakirə⋡ 00:12, 29 yanvar 2018 (UTC)Cavabla
Salam. Zəhmət olmasa, burada keçirilən səsvermədə iştirak edərdiniz. -- Hüseynzadə (müzakirə) 13:29, 30 yanvar 2018 (UTC)Cavabla
Baskervill, Sizdən xahiş edirəm, icazə verin yeni profil açım. Şans verin mənə. 46.22.237.138 15:24, 31 yanvar 2018 (UTC)Cavabla
Salam. Mənə "Vikibağlılıq" nişanı təqdim etmisiniz. Göstərdiyiniz diqqətə görə minnətdaram. Düzünü deyim ki, mənə aid etdiyiniz "maraqlı məqalələrə görə" sözləri də elə həmin nişan qədər xoş oldu mənim üçün. Çox sağ olun. — Bu imzasız yazı Lamia gasimzadeh (müzakirə • fəaliyyət) tərəfindən əlavə edilmişdir. 18:28, 12 fevral 2018
Salam Baskervill. Zəhmət olmasa bu istifadəçini bloklayardız. İstifadəçinin fəaliyyəti--Rufet Turkmen | müzakirə 13:39, 14 fevral 2018 (UTC)Cavabla
Salam həmkar. Bu istifadəçi xeyli vaxtdır ki, vandalizm ilə məşğul olur.--Neriman2003 sözün var? 16:05, 14 fevral 2018 (UTC)Cavabla
Salam. Sizə kömək və məsləhət üçün müraciət edirəm. Mən Kulinariya ayı və Plan üzrə "Badımcaq qəlyanaltısı" səhifəsini yaratdım (həmin vaxt Planda onun adı səhvən "Badımcaq qəlyanaltısı" idi). Sonra düzəliş edəndən sonra yeni səhifə - "Badımcan qəlyanaltısı" yarandı. İndi əvvəlki səhifəni ləğv edə bilmirəm. Bu vəziyyətdə nə edəcəyimi və ümumiyyətlə, hərəkətlərimin nə dərəcədə düzgün olmasını, təəssüf ki, bilmirəm. Sizin köməyinizə ümid edirəm. --Lamia gasimzadeh (müzakirə) 20:39, 14 fevral 2018 (UTC)Cavabla
Çox sağ olun. Xeyirxah və münasibətinizə və operativ köməyinizə görə minnətdaram. Ümid edirəm ki, gələcəkdə (müəyyən təcrübəm olduqdan sonra) belə çətinliklər olmayacaq, Sizi narahat etməyəcəyəm --Lamia gasimzadeh (müzakirə) 07:46, 15 fevral 2018 (UTC)Cavabla
Salam. Mümkünsə bu şablonun azvikidə yaradılmasına kömək edə bilərsiz? Hörmətlə --sefer azeri 06:42, 15 fevral 2018 (UTC)Cavabla
Salam, hörmətli Baskervill, Enerji içkisi məqaləsi ilə bağlı sizdən məsləhət və kömək istəyirəm. Mən bu məqaləni yazarkən başqa bir istifadəçi də həmin gün bu məqaləni tərcümə edərək bir hissəsini yerləşdiribmiş. Mən bunu növbətdi gün bildim. Məsələ burasındadır ki, mən də, digər istifadəçi də məqalənin müəyyən hissəsini tərcümə edib, yerləşdirmişik. Belə olan halda nə etmək lazımdır? --Sura Türksoy (müzakirə) 12:07, 26 fevral 2018 (UTC)Cavabla
Salam, hörmətli Araz Yaquboglu, cavab verdiyiniz üçün təşəkkür edirəm, haqqında danışdığım məqalənin linki: https://az.wikipedia.org/wiki/?q=Energetik_i%C3%A7ki
Təşəkkür edirəm, Araz Yaquboglu --Sura Türksoy (müzakirə) 05:42, 28 fevral 2018 (UTC)Cavabla
Salam. Mümkünsə bu şablonun [1] azvikidə yaradılmasına kömək edin. --sefer azeri 06:09, 5 mart 2018 (UTC)Cavabla
Salam, hörmətli Baskervill. Sizi narahat etdiyimə görə üzr istəyirəm. Bu ay keçirilən Kinematoqrafiya ayında iştirak etmək istəyirəm. Düzdür, bu barədə [[2]] «Başlayarkən İştirakçılar hissəsinə imzanızı qoymağı unutmayın. Layihə səhifənizdə hazırladığınız və təkmilləşdirdiyiniz səhifələri (məqalələr, şablon, kateqoriya, şəkil və s.) əvvəlinə # işarəsi qoyaraq alt-alta yazın.» sözlərini oxumuşam, amma çifayda, heç nə bacarmadım. İştirakçılar hissəsində imzamı qoya bilirəm, amma «Layihə səhifənizdə hazırladığınız səhifələri əvvəlinə # işarəsi qoyaraq alt-alta yazın» ifadəsinə əməl edə bilmirəm. Hansı səhifədə? necə? Çox xahiş edirəm, kömək edin. Keçən ay keçirilən Kulinariya ayında da iştirak etmək istəyirdim, amma bunun qaydasını başa düşmədiyim üçün, təəssüf ki, heç nə əldə edə bilmədim.--Lamia gasimzadeh (müzakirə) 16:30, 28 mart 2018 (UTC)Cavabla
Hörmətli Baskervill, deyəsən, çətinliyi aradan qaldıra bildim :) Qeydiyyatdan keçdim, səhifə yaradıb, məqalə-şablon siyahısı yazdım. Layihədə iştirak etmək qaydasına görə əlavə nəyisə nəzərə almamışamsa, xahiş edirəm, qısaca izah edəsiniz. Çox sağ olun --Lamia gasimzadeh (müzakirə) 21:06, 28 mart 2018 (UTC)Cavabla
Salam Crepusculum! Biz bu dəvəti sizə video oyun mövzulu məqalələrdə etdiyiniz mükəmməl redaktələrə görə göndəririk. Bizə Video oyunlar VikiLayihəsində sizin köməyiniz lazımdır! Yerinə yetirməli çox işimiz var. Ona görə də xahiş edirik, layihə səhifəsini daxil olub bizə Azərbaycandilli Vikipediyada video oyun barədə olan məqalələri təkmilləşdirməkdə kömək edin! |
--► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 22:04, 12 avqust 2018 (UTC)Cavabla
Salam. Zəhmət olmasa, burada keçirilən səsvermədə iştirak edərdiniz. -- Hüseynzadə (müzakirə) 18:20, 16 avqust 2018 (UTC)Cavabla