Cənab Eminn, Plateya döyüşü hələ SM statusu alıb təsdiqlənməmişdir. Ona görə də burada SM statuslu başqa məqalə (məsələn, Peterhof, Qladiator və s.) yerləşdirərdiniz. Plateya döyüşü məqaləsi isə qalsın növbəti həftələrdən birinə.--Wikipediya M (müzakirə) 05:15, 19 noyabr 2018 (UTC)Cavabla
Salam hörmətli Eminn. Mövcud VP:SSK qaydalarına əsasən bir gündə maksimum 5 məqalənin silinməsi ilə bağlı təklif vermək olar. Xahiş edirəm bu qaydaya riayət edəsiniz. Hörmətlə --Azerifactory (müzakirə) 18:01, 22 dekabr 2017 (UTC)Cavabla
Бу кяндин адын лязги дилиндя ня мянасы вар язмага? — Bu imzasız yazı Azeri 73 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam, Azeri 73. Mən o sahədə təcrübəli deyiləm, amma ehtimal edirəm ki, kəndin əhalisində ləzgilərin say çoxluğu olduğu üçün məqalədə belə verilib. Bunu məqalənin müzakirə səhifəsində müzakirə etmək daha yaxşı olar.--Emin ismarıc 10:38, 31 dekabr 2017 (UTC)Cavabla
Salam həmkar. Sizi Yeni il bayramı münasibətilə təbrik edirəm.
Sizi Bu məqalədə səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə: --Masalli qasimli (müzakirə) 12:53, 2 yanvar 2018 (UTC)Cavabla
Salam. Təşəkkür edirəm, sizinlə bahəm. Fikrimi bildirdim.--Emin ismarıc 07:10, 3 yanvar 2018 (UTC)Cavabla
Salam Emin bəy. Bayramınız mübarək. Mən, Barselona99 profilinin sahibiyəm. Mənim Sizdən xahişim olacaq. Mənim profilim, öz səhvlərimdən ötrü 1 ildən çox müddətə blok olunub. Mən, idarəçilərdən xahiş etdim ki, mənə yeni profilin yaradılmasına icazə versin. Amma, Nicat bəy icazə vermədi və dedi ki, blok müddətinizin bitməsini gözləyin. Mən başa düşürəm, gözləməliyəm. Amma, 1 il çoxdur. Xahiş edirəm ki, mənə icazə verərsiniz ki, yeni profil yaradım və hər şeyə sıfırdan başlayın. Xahiş edirəm. Məndə, vikiyə xeyr vermək istəyirəm. Cavabınızı gözləyəcəm. 109.237.127.15 16:40, 2 yanvar 2018 (UTC)Cavabla
Salam. bu səsvermədə "İdman ayı"na fikir bildirməyinizi istərəm. -- AnarHuseyinWS (müzakirə) 10:31, 2 yanvar, 2018 (UTC)
Salam, Neriman2003. Bayramınız mübarək. Müzakirələrdə və səsvermələrdə iştirak edərkən imza qoyduqda üç yox (~~~) dörd tilda (~~~~) işarəsi qoyun. Bu zaman imzanızla bərabər tarix də görünəcək. Fəaliyyətiniz üçün təşəkkürlər.--Emin ismarıc 07:38, 3 yanvar 2018 (UTC)Cavabla
Oldu Eminn --Neriman2003 de gəlsin! 17:42, 4 yanvar 2018 (UTC)Cavabla
Salam həmkar.Mən nizamlamalar bölməsində necə etməliyəmki 4 tilda işarəsi qoyduqda belə imza alınsın - Neriman2003 İsmarıc --Neriman2003 (müzakirə) 07:53, 3 yanvar 2018 (UTC)Cavabla
Salam. Siz öz imza formanızı, yəni rəngli imzanızı Nizamlamalar bölməsində "Ləqəb:" yerinə əlavə edib aşağıdakı xam imza funksiyasını seçsəniz, dörd tilda işarəsi kifayət edəcək.--Emin ismarıc 17:19, 5 yanvar 2018 (UTC)Cavabla
Salam həmkar. Zəhmət olmasa, Bu məqalədə gedən səsverməni Arxiv 2017 dekabr adlı yerə əlavə edin. Hörmətlə: --Mehdi Fəyyazlı (Fikrini de) 18:01, 5 yanvar 2018 (UTC)Cavabla
Hörmətli Emin bəy, sildiyiniz https://az.wikipedia.org/wiki/?q=Əfqan_Xəlilli məqaləsinin https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Ensiklopedik_əhəmiyyətlilik_(şəxslər) əsasında, və ya "Wikipedia" ingilis dilində olan prinsipləri əsasında izah edə bilərsinizmi, niyə ensiklopedik deyil? HulaguKaan (müzakirə) 18:43, 5 yanvar 2018 (UTC)Cavabla
Salam. Qeyd etdiyiniz məqalədə heç bir istinad yox idi. Bəzi linklər əlavə etmişdiniz, həmin linklərdə sadəcə tərcüməçi kimi Əfqan Xəlillinin adı qeyd olunmuşdu. Yəni şəxs haqqında məlumat deyildi, tərcümə etdiyi əsərlərin linkləri idi. Bu, şəxsin ensiklopedik olduğuna gətirib çıxarmır. Şəxslərin ensiklpedik əhəmiyyətlilik kriteriyalarının heç biri ilə uzlaşmır bu məqalə.--Emin ismarıc 18:48, 5 yanvar 2018 (UTC)Cavabla
Şəxsin özünün ensiklopedik olduğuna dair mətbuatda haqqında gedən məlumatlar, müsahibələri, açıqlamaları etibarlı mənbələrlə göstərilmişdi. Səsvermədəki digər iştirakçılardan biri isə tərcümələri haqqında mənbə olmadığını göstərən şərh qoymuşdu, onun vurğuladığı çatışmazlıq aradan qaldırılmışdı. Müəyyən bir müddət idman mediasında gündəm olmuş, ümumiyyətlə isə idman sahəsində, bir tərcüməçi olaraq tanınan şəxsdir. Qeyd etdiyim prinsiplər baxımından ensiklopedik şəxs olduğu qənaətindəyəm. Və təklif edirəm ki, tələsməyib səsvermənin yekununu gözləyəsiniz. Gəlin mövqelərimizi şəxsi qənaətlə yox Wikipedia prinsipləriylə əsaslandıraraq ortaya qoyaq. HulaguKaan (müzakirə) 18:55, 5 yanvar 2018 (UTC)Cavabla
Şəxsin ensiklopedik olduğuna dair heç bir istinad yoxdur. Cəmi bir müsahibəsindən [2], [3] iki fərqli linkə keçid verib istinad etmisiniz. Yəni heç bir yerdə Əfqan Xəlilli adlı şəxs haqqında məlumat yoxdur. Yuxarıda qeyd etdiyiniz Şəxslərin ensiklopedik əhəmiyyətliliyi kriteriyasından hansına görə bu şəxsi ensiklopedik hesab etdiyinizi qeyd etmədiniz. Belə məqalələr inkişaf etmiş vikipediyalarda müzakirəsiz silinir. Vikipediya prinsiplərinə əsasən məqalənin silinməsi düzgün qərardır.--Emin ismarıc 19:20, 5 yanvar 2018 (UTC)Cavabla
Hörmətli Emin, 1 məqalədə onun bioqrafik məlumatları qeyd olunub. Onu ensiklopedik şəxs edən, məşhurluğudur. Fəaliyyəti onu ictimai şəxs edir və buna görə fəaliyyəti jurnalistlər tərəfindən də izlənilir. Bundan əlavə peşəsi etibariylə yayımlanmış məqalə və tərcümələri də onu ensiklopedik şəxs edir. Bunlarla bağlı isə onlarla mənbə qeyd edilib və yenə də etmək mümkündür. Vikipedianın hansı prinsipinə əsasən ensiklopedik şəxs olmadığını əsaslandıra bilərsinizmi? HulaguKaan (müzakirə) 19:45, 5 yanvar 2018 (UTC)Cavabla
Bioqrafik məlumatlar şəxsi ensiklopedik edirmi? Bütün bioqrafik məlumatlar Vikipediyaya əlavə olunmalı deyil. Mən ensiklopedik sayıla biləcək bir səbəb olmadığı qənaətindəyəm. Siz iddia edirsiniz ki, ensiklopedikdir və bunu sübut edəcək istinadlar yoxdur. Qeyd etdiyiniz onlarla mənbəni göstərəsiniz, bəlkə? Müzakirəni çox uzatmağın mənası yoxdur, çünki bu, Əfqan Xəlillini ensiklopedik şəxs etmir.--Emin ismarıc 19:56, 5 yanvar 2018 (UTC)Cavabla
Fəaliyyəti ilə bağlı məlumat - tərcümələri, məqalələri, müsahibələri üçün ayrı ayrı qaynaqlar, mənbələr göstərilib. Bioqrafik məlumat onsuz da istənilən şəxs haqqında verilir, bu da normaldır. Həyatı hissəsində bu məlumatlar göstərilib, məlumatın hardan alındığına dair də, müsahibəsinin girişində gedən məlumatda göstərilib. Siz daha diqqətli baxsanız görərsiniz. Lakin onu ensiklopedik şəxs edən, məşhurluğu və fəaliyyətidir. Məşhurluğuna dair yenə internetdəki məlumatlar, müsahibələr qoyulub və yenə əlavə edilə bilər. Tərcüməçi olaraq yaradıcılığına dair də etdiyi tərcümələrlə bağlı məlumatlar qaynaqlarıyla bərabər göstərilib. Siz daha diqqətli baxın lütfən. Daha nə olmalıdır ki? Başda göstərdiyim prinsipləri əsas götürərək - məşhurluğu və yaradıcılığı - , ensiklopedik şəxs olduğunu bildirirəm. Bəs siz hansı əsasla, hansı qayda və prinsiplə bunun əksini sübut edirsiniz? HulaguKaan (müzakirə) 20:07, 5 yanvar 2018 (UTC)Cavabla
Özünüzün istinad etdiyi Şəxslərin ensiklopedik əhəmiyyətlilik kriteriyasında yazılan bəndlər bunlardır:
Bunlardan heç biri Əfqan Xəlilliyə aid edilə bilmir. Şəxsin məşhur olduğunu, fəaliyyətini qeyd edirsiniz. Amma bunları təsdiq edən bir mənbə yoxdur. Əfqan Xəlilli tərcüməçidir, öz peşəsi ilə məşğuldur. Amma hər hansı xüsusi bir işlə yadda qalmayıb, uğur qazanmayıb. Ümid edirəm, sizə hər şey aydın oldu. Əfqan Xəlilli haqda məqalə nə vaxtsa, vikipediyada ola bilər, bu da şəxsin karyerasının necə olacağı ilə bağlıdır. İndiki vəziyyəti ilə məqalə bərpa olunmayacaq. Sağ olun.--Emin ismarıc 14:15, 6 yanvar 2018 (UTC)Cavabla
https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Ensiklopedik_əhəmiyyətlilik_(elm_xadimləri) burdakı 7-ci və 9-cu bəndlər tətbiq edilə bilər. Ayrıca, "mənbə yoxdur" deməyinizin əksinə, mənbə var və qeyd olunmuşdu. Uğur qazanmaq, nisbidir. Nəyə görə uğur, hansı uğur? Söhbət medaldan gedir? Uğur kriteriyadırmı? Yazdığı məqalələrdən həm vikipediyada, həm dövri mətbuatda, sujetlərdə mənbə olaraq istifadə edilib. bunları da göstərmək mümkündür. Məncə siz tələsmisiniz. Məqalənin bərpasını təklif edirəm HulaguKaan (müzakirə) 14:34, 6 yanvar 2018 (UTC)Cavabla
Salam, Eminn bəy. Sildiyiniz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya Fakültəsi məqaləsini niyə sildiyinizi izah edə bilərsinizmi? Halbuki məqalə ensklopedik idi, istinadlar, linklər yerində idi. Və yaradıldığı gündən demək olar hər gün zənginləşdirilirdi. Silinməyə səbəb kimi isə sadəcə "müzakirə nəticəsində silinməsi qərara alındı" qeyd olunur. Belə düzgün deyil axı. Xahiş edirəm, bu nüanslara diqqət edəsiniz və məqaləni yenidən bərpa edəsiniz. Hörmətlə, --217.64.19.122 07:31, 5 noyabr 2018 (UTC)HunobaNurluCavabla
Salam, Emin bəy. ismarıcınızı oxudum və yazdığınız arqumentə cavab vermək istərdim. Mən mesajlarımda da qeyd etmişəm, ilkin halda yaradılarkən bəzi şeylər copy-paste oluna bilərdi, lakion görünür siz, redaktələrə və düzəlişlərə fikir verməmisiniz. Demək olar ki, məqalənin bütöv məzmununu bir neçə dəfə əsaslı yeniləmələrlə yenidən yazmışdım. Amma, bunlara baxmayaraq, elə 25 gün əvvəlki ilkin arqumentlərlə məqaləni heç nəyə baxmadan silmisiniz. Xahiş edirəm, bunlara ciddi diqqət yetirin və məqaləni bərpa edin. --HunobaNurlu (müzakirə) 06:07, 6 noyabr 2018 (UTC)Cavabla
Salam Emin bəy. Cənubi Koreya qrupu BTS haqqında olan məqaləni niyə sildiyinizi izah edə bilərsiniz? Çünki səbəb olaraq Azərbaycan dilində olmadğını göstərmisiniz. halbuki məqalə bu yaxınlarda redaktə edilmişdi. Xahiş etsəm məqaləni yenidən bərpa edə bilərsiniz? Nə səhv varsa zəhmət olmasa bildirin düzəliş edim. 188.253.224.178 19:24, 17 fevral 2019 (UTC)Cavabla
Salam. Həmin məqaləyə bir daha baxdım. Müəyyən problemlər var, amma həqiqətən silinməsi səhv olub. Digər sildiyim məqalələrə də bir daha nəzər salacam.--Emin ismarıc 15:29, 19 fevral 2019 (UTC)Cavabla
Eminn məqaləni geri qaytardığınız üçün minnətdaram.yalnız dədiqləşdirmə səhifəsi etməyiniz məni məyus etdi.çünki "BTS" qlobal bir addır və indi mövcud olmayan səhifələrə görə axtarışda məlumatlar açıq şəkildə çıxmır. Səhifəyə yalnız dolayı yol ilə daxil olmaq olur. Xahiş etsəm bunu aradan qaldıra bilərsiniz? — Bu imzasız yazı Btsjungkook123 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam, Azerifactory. Yenə "silinməyə namizəd səhifələr"in arxivləşdirilməsi ilə bağlı yazıram. Xahiş edirəm arxivləşdirəndə arxiv səhifəsində ən aşağıya əlavə edin.--Emin ismarıc 17:23, 5 yanvar 2018 (UTC)Cavabla
Salam, Elxan Məmmədov məqaləsinə "vəzifəli şəxs" yazmaq məncə düz deyl. "Rəsmi şəxs" daha düz olar.--Azerifactory (müzakirə) 19:28, 5 yanvar 2018 (UTC)Cavabla
Salam, Babək. Bu məqalənin adı belə qalmalıdır yoxsa "Film istehsalı" daha uğurludur?--Emin ismarıc 14:30, 6 yanvar 2018 (UTC)Cavabla
Salam Eminn bəy! Sizə dediyim bu şablona baxa bilərsiz zəhmət olmasa? --► Hörmətlə: Oy℧ᵰcu A¥khăn ⚔ (hail sithis!) 16:39, 10 yanvar 2018 (UTC)Cavabla
Salam Eminn bəy. Necəsiz? Bir sualım olacaq. Silinən səhifələrin arxiv bölməsinə daxil olanda, həmin məqalələrin yekunlaşdırma hissələrinin çıxarıldığını gördüm. Bir aydan uzun müddətdir ki, Yekunlaşdırma hissəsi əlavə olunmur. Bunun səbəbini öyrənə bilərəm? Axı bu yekunlaşdırmanın kimin etdiyini göstərir və məncə çox önəmlidir. Hörmətlə --eldarado ✉ 19:07, 13 yanvar 2018 (UTC)Cavabla
Salam həmkar. Xahiş edirəm Silinməyə namizəd səhifələrdə Xanlar Hacıyev (həkim) bölməsində qərar verəsiniz.--Neriman2003 yaz! 17:14, 27 yanvar 2018 (UTC)Cavabla
Salam, hörmətli Baskervill. Şəhidlərlə bağlı məqalədə yekun nəticəyə gəlmədik, sadəcə müzakirələr qeyri-müəyyən müddətə təxirə salınıb. O şablonu məqalədən çıxarmağınız düzgün deyil.--Emin ismarıc 18:15, 27 yanvar 2018 (UTC)Cavabla
Salam. Zəhmət olmasa, burada keçirilən səsvermədə iştirak edərdiniz. -- Hüseynzadə (müzakirə) 17:38, 31 yanvar 2018 (UTC)Cavabla
Salam Emin bəy. Mənə mail ünvanınızı deyə bilərsiniz? 46.22.239.150 10:48, 3 fevral 2018 (UTC)Cavabla
Vikimənbə ulduzu | |
Azərbaycan dilindəki Vikimənbədə dəyərli fəaliyyətinizə görə təltif olunursuz. Sizə bol-bol uğurlar arzulayıram. Dərin hörmətlə: --Rufet Turkmen (müzakirə) 11:24, 6 aprel 2018 (UTC)Cavabla
|
Salam Eminn/Arxiv 2018. Sizi burada keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. |
Salam Emin bəy. Sizinlə necə əlaqə saxlaya bilərəm? 109.237.118.105 09:50, 9 iyun 2018 (UTC)Cavabla
Salam Eminn! Biz bu dəvəti sizə video oyun mövzulu məqalələrdə etdiyiniz mükəmməl redaktələrə görə göndəririk. Bizə Video oyunlar VikiLayihəsində sizin köməyiniz lazımdır! Yerinə yetirməli çox işimiz var. Ona görə də xahiş edirik, layihə səhifəsini daxil olub bizə Azərbaycandilli Vikipediyada video oyun barədə olan məqalələri təkmilləşdirməkdə kömək edin! |
--► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 22:04, 12 avqust 2018 (UTC)Cavabla
Salam. Vandal redaktələri geri qaytardıqda həmin redaktəni patrullayın ki, bilinsin ki, bu redaktə yoxlanılıb.--Nəriman 18:01, 23 oktyabr 2018 (UTC)Cavabla
Salam, Nəriman. Ok, elə edərəm.--Emin ismarıc 18:04, 23 oktyabr 2018 (UTC)Cavabla
Salam, Samral. Mətnsiz olduğu üçün məqalənin silinməsi nə dərəcədə düzgün olar?--Emin ismarıc 17:17, 24 oktyabr 2018 (UTC)Cavabla
Salam. LNS-da gözləyən məqalələr var.--Nəriman 17:22, 24 oktyabr 2018 (UTC)Cavabla
DƏVƏTNAMƏ | ||
Hörmətli Eminn/Arxiv 2018! Sizi Plateya döyüşü məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Laboratoriya/Plateya döyüşü səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
--Wikipediya M (müzakirə) 10:32, 27 oktyabr 2018 (UTC)Cavabla
Vikipediyada səhər vaxtı işlədiyinizə görə:) Toghrul Rahimli (müzakirə) 05:46, 5 noyabr 2018 (UTC)Cavabla |
Salam Emin. Mənə verdiyin "Bayrağ nişanı" mükafatı üçün çox sağol. Azvikidə fəaliyyətim ərzində Azərbaycanla bağlı məqalələri zənginləşdirməyə davam edəcəyəm. Təşəkkür edirəm.--Anar 08:50, 10 noyabr 2018 (UTC)Cavabla
Salam, Elmar Məmmədyarov məqaləsində əlavə etdiyim müzakirə qeydinə əlavə etdiyim qeydə xahiş edirəm diqqət yetirin. Vikipediyanı saxta məlumatlardan təmizləmək çox vacibdir. Hörmətlə, --Thunder Storm (müzakirə) 11:50, 25 noyabr 2018 (UTC)Cavabla