Salam Hörmətli @Eminn.
Zəhmət olmazsa https://az.wikipedia.org/wiki/?q=Sidikqovucu məqaləsini bərpa edərdiniz mən üzərində işləyim. Unutqanlığım nəticəsində "iş gedir" şablonu əlavə etmədən saxlamışdım həmçinin iş görməyi unutmuşdum.
Öncədən təşəkkürlər. ✡ Redivy ✡ (müzakirə) 18:00, 17 fevral 2024 (UTC)Cavabla
On beş il cəmiyyətinə üzvlük dəvətnaməsi | ||
Salam, hörmətli Eminn! On beş il cəmiyyəti istifadəçilərin 15 illik fəaliyyətini qeyd etmək, uzun müddətdir ki, fəaliyyət göstərən istifadəçiləri tanımaq, təcrübələrini və biliklərini bölüşmək üçün qurulmuşdur. 15 ildən çoxdur ki, fəaliyyət göstərdiyiniz üçün siz də bu cəmiyyətə üzv olmaq hüququ qazandınız.
Üzvlüyünüzü təsdiqləmək üçün Üzvlər bölməsində imza qoymağınız bəsdir. Ondan sonra isə istifadəçi səhifənizdə {{İstifadəçi On beş il cəmiyyəti}} və ya {{On beş il cəmiyyəti ikonası}} şablonlarından istifadə edə bilərsiz. |
Hörmətli İnzibatçılar! Yazlb Sizi məlum edirəm ki, mən Emil Rəhimov Dünya Alpaqut federasiyası əməkdaşıyam. Vikipediyayada olan səhifələrimizə məlumatların yerləşdirilməsi, redaktə edilməsi, istinadların əlavə edilməsi üçün daxil olmuşam. Vikipediyaya daxil olarkən mənə kömək etmək məqsədilə təyin olunmuş şəxs Moses bəydi. İlk öncə ona müraciət edərək Dünya Alpagut Federasiyası səhifəsiniinn digər dillərdə tərcümə edilib paylaşması üçün müraciət etdim. O, mənə "özünüzdə yarada bilərsiz deyə qaydaları izah etdi". Beləliklə mən rus dilində Dünya Alpagut Federasiyası səhifəsini yarardım hansı ki, bu səhifə AzVikidə mövcuddur. iki gün öncə rus dilli vikipediyada yaratdığım "Всемирная федерация Алпагут " adlı səhifə silinməyə çıxardılıb. İlk əvvəl elə anladım ki, bunu rusdilli adminlər edib. Daha sonra diqqət etdim ki, bunu Sura Shukurlu hesabında olan şəxs edib. Təsəvvür edin ki, bu şəxs tərəfindən səhifə silinməyə qoyulmasına baxmayaraq rud dilli redaktorlardan biri yazır ki, "çox maraqlıdır bu səhifə niyə silinməyə qoyulub" digər yazılar həmin səhifədə mövcuddur xahiş edirəm baxasınız. Ancaq mənim müraciətimin məğzi başqadı. Sura Shukurlu hesabında olan bu şəxs özü həmin səhifədə rus dilində bilmədiyini qeyd edir. Bu şəxsin rus dilini bilmədiyi halda rusdilli Vikipediyaya keçib bizim səhifəni silinməyə cəhd etməsi nə deməkdir ? Rus dilli Vikipediyaya rus redaktor və İnzibatçılar yoxdur? yoxsa onların gözü görmür. Diqqət edin eyni hərəkəti Sura Shukurlu adlı bu şəxs türk dilində olan vikipediya səhifəsindədə etdi. Mən nə qədər cəhd etdim səhifənin silinməsin qarşısın ala bilmədim. Göstərilən arqumentlərə görə istinadlar və məlumatlar əlavə edə bilmirdim. Çünki həmin səhifə mühafizə altında idi nəyi əlavə edirdim geri qaytarılırdı. Həmdə mən burda yeniyəm təcrübəsizəm deyə əlimdən heçnə gəlmədi. Mənim sualım hamınıza bundan ibarətdir ki, biz Azərbaycanı dünyada təmsil edən, iki millət vəkilinin rəhbərlik etdiyi, Azvikidə mövcüd olan Dünya Alpagut Federasiyası səhifələrinin digər dillərdə yaradılmasına niyə Sura Shukurlu adlı şəxs mane olur? bu şəxs bizdən nə istəyir? bu şəxs üzündən vaxtilə bizim federasiyanın vikidə öz səhifələrimizi silinməkdən müdafiə edən iki əməkdaşı blok edildi. İndidə məni kukla hesabı kimi Nemoralis bəyə şikayət edirki mən bloklanım və öz səhifələrimizi redaktə edə bilməyim və digər dillərdə olan səhifələrimizi yarada bilməyim. Burada biri mənə desin bu şəxsin etdiyi hərəkət vikipediya qaydalarına uyğundurmu? Xahiş edirəm münasibət bildirin. KülTegin.Alp (müzakirə) 06:09, 11 mart 2024 (UTC)Cavabla
[1] Salam @Eldarado. Eyni mövzu ilə əlaqədar yazdığım üçün əlavə başlıq açmıram. Son səsvermədəki mövqeyimlə bağlı soruşmuşdunuz. Sizin fəaliyyətinizdə narazı qaldığım məqam bəzi məsələlərdə tərəfsizliyinizi qoruya bilməməyinizdir. Mənə elə gəlir ki, şəxsi münasibətlərin, xahişlərin bəzi məsələlərdə sizin vikipediyadakı mövqeyinizə təsir edir. SNS müzakirələrində bir neçə dəfə bunu hiss etmişəm. İnzibatçı statusunuzu itirməyinizi istəmirdim. Çünki hamının fəaliyyətində hansısa formada nöqsanlar olur. Ona görə səsvermənin sonunda nəticəyə təsir etmədiyi vaxtda səs vermişdim. Eminn (müzakirə) 06:31, 5 mart 2024 (UTC) Eminn (müzakirə) 06:02, 12 mart 2024 (UTC)Cavabla
Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Eldar Cəfərov səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
Salam. Sizə növbəti q/e film məqalələrini təqdim edirəm. Grenzsoldat 06:15, 1 aprel 2024 (UTC)Cavabla
Salam. Sizə növbəti q/e film məqalələrini təqdim edirəm. Grenzsoldat 06:15, 4 aprel 2024 (UTC)Cavabla
Salam, Eminn. Nə var nə yox? Qeyd etdiyim səhifədən dəqiqləşdirməni silərdin, artıqdı. Belə ki, çay deyəndə hamının ağlına içki gəlir elə, coğrafiyaya aid termin yox. O, 2-ci dərəcəlidi. Müqayisə etsək, basqın anlamı elə budur, ona görə də dəqiqləşdirmə lazım deyil. Hörmətlə, Gadirmüzakirə 14:55, 11 aprel 2024 (UTC)Cavabla
Eminn, buradakı müraciətimi nəzərə almağınızı xahiş edirəm. Hörmətlə, Gadirmüzakirə 15:14, 11 aprel 2024 (UTC)Cavabla
salam Emin bey. Mənə məxsus 1450 adlı kitab var. Müəllif hüququ özümə aiddir. Onu Vikipediya yerləşdirdim, ancaq bilgi silindi. Bu haqda mənə necə kömək edə bilərsiniz? SohrabGahramanov (müzakirə) 13:54, 13 aprel 2024 (UTC)Cavabla
Salam, Eminnn. Buradan artıq olan "1"-i silə bilərsən? Hörmətlə, Gadirmüzakirə 14:17, 13 aprel 2024 (UTC)Cavabla
Salam. Təndir kababı məqaləsinin sürətli silinməsi məncə doğru deyil. Digər vikilərdə də milli və regional mətbəxlərin yeməklərinə aid onlarla belə yemək məqaləsi var. Yəni bu məqalələrin müzakirəsiz silinməsi doğru deyil. Xahiş edirəm nəzərə alarsınız. Sura Shukurlu (müzakirə) 09:55, 21 aprel 2024 (UTC)Cavabla
Salam. Zəhmət olmasa, belə kateqoriyaları silməyin. Səhifədə {{category redirect}} şablonu var idi. Orada məlumat kimi də qeyd edilmişdi ki, bu, kateqoriya yönləndirməsidir, yəni bura səhifələr əlavə olunmur. Məlumat xarakteri daşıyır həm də bir növ. Başqa sildikləriniz də varsa, bərpa edin lütfən. Eynisi səhifə envikidə də var. Hörmətlə, Gadirmüzakirə 19:43, 2 may 2024 (UTC)Cavabla
Salam. Qarabağ. Müharibəsi şəhidi barəsinə məlumat əlavə etmək istəyirəm. Sadecə məlumatların hamısını daxil eləməyi bacarmıram vikipediyaya. Mene nece kömək edə bilərsiniz bəy? --Anar4343 (müzakirə) 18:25, 8 iyun 2024 (UTC)Cavabla