. Love.az

Istifadeci Muzakiresi Lavici - Wikipedia - Love.az

Ana Səhifə - Istifadeci Muzakiresi Lavici
Müzakirə səhifəm vasitəsilə mənə müraciət edə bilərsiniz. Şəxsi mövzular üçün e-poçt göndərə bilərsiniz. Lütfən, müraciətinizi mümkün qədər açıq və aydın yazın. Daha ümumi mövzularda Vikipediya:İnzibatçılara müraciət səhifəsinə müraciət edə bilərsiniz. Müraciətləriniz ən qısa zaman ərzində cavablandırılacaq. Təşəkkürlər.
ㅤMesaj yazㅤ E-poçt göndər

Mündəricat

  • 1 İşləməyən linklər və saxta məlumatlar
  • 2 Şəkil
  • 3 "Taleh" filmi
  • 4 Kömək
  • 5 Ad deyişmə
  • 6 Köməyiniz lazım
  • 7 Vandal
  • 8 Thank you for being a medical contributors!
  • 9 “Xəzər” jurnalı
  • 10 Sual
  • 11 Kəramət Böyükçöl
  • 12 Qorxmaz Əlizadə
  • 13 Mətanət A
  • 14 Sizin üçün bir fincan kofe!
  • 15 Həqiqətən anlaya bilmirəm
  • 16 Sizin üçün bir ulduz!
  • 17 Təyyarə qəzası
  • 18 Təftişçi seçkilərinə dəvət
  • 19 Sizin üçün bir ulduz!
  • 20 Bu məqaləni dilinizdə yayımlanmasına kömək edin.
  • 21 Sizin üçün bir ulduz!
  • 22 Məqalənin adı dəyişdirilməlidir
  • 23 Avtopatrul hüquqi ilə bağlı sualım
  • 24 Mövqeyinizə ehtiyac var!
  • 25 Şablon
  • 26 "Azərbaycanca deyil" xəbərdarlığı
  • 27 Məqalə
  • 28
  • 29 Məlumat Xarakterli Sual
  • 30 Ziddiyyətli məlumatlar
  • 31 Məhəmməd Mirzəli haqqında Fransızca yazı olduğu halda Azərbaycan dilində yoxdur.
  • 32 Vikilüğət və Vikisitatda adminlik müraciəti
  • 33 Qanunla təhdid olmaz və Saxtakarlıqla məşğul olmayın
  • 34 Yanlış şəkil
  • 35 Başlıqsız
  • 36 Qonaq evi səhifəsinin sürətli silinməyə namizəd göstərilməsi
  • 37 2025-ci ildə vəfat edənlərin siyahısı
  • 38 Skandinav mifologiyasında qadın
  • 39 Laçın rayon 1ci katibləri
  • 40 Silinmiş səhifə haqqında
  • 41 Mətanət A (qaralama/ bərpa)
  • 42 Səbirə Əliyeva Allahverdi qızı


İşləməyən linklər və saxta məlumatlar

redaktə
Son rəy: 3 ay öncə10 şərhMüzakirədə 2 nəfər

Salam. Məqalələrdə çox saxta məlumatlar və işləməyən linklər var. Bu səhifələr nə etmək lazımdır? Medineli92 (müzakirə) 05:28, 19 yanvar 2025 (UTC)Cavabla

Salam. Özünüz əsaslandıraraq müvafiq düzəlişləri sözügedən məqalələrdə apara bilərsiniz. İşləməyən keçidlərin isə, əgər müvafiq keçidlərdirsə, qalması məsləhətdir, çünki gələcəkdə nə vaxtsa bərpa oluna bilər və ya həmin keçidlərin arxivləşdirilmiş formalarını əlavə etmək olar. Hörmətlə, Qədir (müzakirə) 09:39, 19 yanvar 2025 (UTC)Cavabla
Xəbər saytlarının linkləridir. Orada paylaşılan məlumatlar isə dövlət arxivləri və müəlliflərin yazdıqları kitablarla uyğun gəlmir. Bir dəfə elədim. Təhdid olundum. Elədiyim dəyişikliyi də sildilər. Medineli92 (müzakirə) 19:08, 20 yanvar 2025 (UTC)Cavabla
Harda təhdid olunmusunuz? Hörmətlə, Qədir (müzakirə) 19:16, 20 yanvar 2025 (UTC)Cavabla
Elə burda))) Medineli92 (müzakirə) 08:01, 21 yanvar 2025 (UTC)Cavabla
Mövzudan xəbərsizəm. Zəhmət olmasa, ətraflı qeyd edin, nəyə görə, kim tərəfindən necə təhdid olunmusunuz? Mənbələrdə səhvlik problemi isə, Vikipediyanın müdaxilə imkanları daxilində olan məsələ deyil, həmin mənbəni yazanlara bildirməlisiniz bunu. Vikipediya diqqətəlayiq hər detalı mənbələri də qeyd etməklə olduğu kimi bildirməklə mükəlləfdir. Hörmətlə, Qədir (müzakirə) 20:14, 21 yanvar 2025 (UTC)Cavabla
Linkdəki məlumat saxta belə olsa? Medineli92 (müzakirə) 05:07, 22 yanvar 2025 (UTC)Cavabla
Qədir bəy, necə bildirim axı? Məlumat saxta olduğu üçün zatən sayt onu silib. Məlumat sadəcə Wayback-da qalıb. Medineli92 (müzakirə) 05:10, 22 yanvar 2025 (UTC)Cavabla
Hələ də əsas sualıma cavab verməmisiniz. Təhdid edilmisinizsə, lütfən, göstərin, bu, ciddi məsələdir, qeyd edin baxaq. Digər məsələdə isə vəziyyətə baxır, məqalələrin müzakirə səhifəsində əlaqəli şəxslərlə danışmaq və məsələnin həlli yoluna getmək lazımdır. Hörmətlə, Qədir (müzakirə) 12:38, 22 yanvar 2025 (UTC)Cavabla
Məsələni böyütməyə ehtiyac yoxdur, lazım olsa aidiyyatı üzrə məlumat verərəm. Çox sağolun. Medineli92 (müzakirə) 14:34, 22 yanvar 2025 (UTC)Cavabla

Şəkil

redaktə
Son rəy: 3 ay öncə4 şərhMüzakirədə 2 nəfər

Salalm. Sehifede 20Yanvar shehidi Ismayilov Tofiq Babaxan oglunun shekilini niye pozmusuz? Ismayilov.Rashad (müzakirə) 09:54, 20 yanvar 2025 (UTC)Cavabla

Salam. Hansı şəkil? Lütfən, keçid atın baxım. Hörmətlə, Qədir (müzakirə) 10:20, 20 yanvar 2025 (UTC)Cavabla
https://az.wikipedia.org/wiki/?q=Fayl:Tofiq_%C4%B0smay%C4%B1lov.jpg Ismayilov.Rashad (müzakirə) 09:40, 22 yanvar 2025 (UTC)Cavabla
Qeyd etdiyiniz fayl müəlliflik hüquqlarına görə silinib. Şəhidimiz barədə isə Qara Yanvar qurbanlarının siyahısı məqaləsində ətraflı məlumatı tapa bilərsiniz (66. sıra). Hörmətlə, Qədir (müzakirə) 12:24, 22 yanvar 2025 (UTC)Cavabla

"Taleh" filmi

redaktə
Son rəy: 3 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Film haqqında yaratdığımız məqalənin silinmə səbəbəbini izah edə bilərsiniz? Biz nəyi səhv etmişik? Tagikerim (müzakirə) 09:04, 21 yanvar 2025 (UTC)Cavabla

Salam. Lütfən, tanış olun: VP:EƏ. Hörmətlə, Qədir (müzakirə) 10:22, 21 yanvar 2025 (UTC)Cavabla

Kömək

redaktə
Son rəy: 3 ay öncə4 şərhMüzakirədə 3 nəfər

Salam. Mahmud Nəbiyev məqaləsi mənim tərəfimdən yaradılıb. Hal-hazırda şəxsin yaxınları bu məqalənin olmamağın istəyirlər. Məqalənin silinməsi xahiş olunur. Farrux Dadasbayli (müzakirə) 21:12, 22 yanvar 2025 (UTC)Cavabla

Salam. Kənar və ya şəxsi istəklərlə məqalə silinmir deyə bilirəm. Sadəcə ensiklopedik olmadığı üçün silinə bilər. Siz yenə də əsaslandıraraq Vikipediya:Silinməyə namizəd səhifələrə müraciət edə bilərsiniz. Amma əvvəlcədən qeyd edim ki, şəxs ensiklopedikdirsə, vikicəmiyyətin qərarına əsasən məqalə qalacaq. Hörmətlə, Qədir (müzakirə) 21:30, 22 yanvar 2025 (UTC)Cavabla
müəllif istəyi ilə silmək mümkün deyil ki? Sofia (müzakirə) 21:33, 22 yanvar 2025 (UTC)Cavabla
Məncə, Ü7 kriteriyasının tətbiqi burada mübahisəlidir. Məqalə ensiklopedikdirsə, şəxsi istəklərlə silinmir. Dediyim kimi, ən yaxşısı SNS etməkdir. Hörmətlə, Qədir (müzakirə) 21:39, 22 yanvar 2025 (UTC)Cavabla

Ad deyişmə

redaktə
Son rəy: 3 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Salam həmkar zəhmət olmasa istifadəçi adimin dəyişilməsi barədə müraciətə baxarsınız təşəkkür edirəm Endimon568 (müzakirə) 15:34, 24 yanvar 2025 (UTC)Cavabla

 Y Hörmətlə, Qədir (müzakirə) 17:47, 24 yanvar 2025 (UTC)Cavabla

Köməyiniz lazım

redaktə
Son rəy: 3 ay öncə4 şərhMüzakirədə 2 nəfər

Salam , son müzakirə səhifəmə siz yazdığınız üçün sizə müraciət edirəm. Qəhrəmanmaraş məqaləsini Azərbaycan dilinə uyğunlaşdırıb istinadları uğurla əlavə edirdim amma bu Mətbəx adlı bölümdə ilişib qaldım, baş açmadım. Köməyiniz lazımdır, ya da aydınlıq gətirəsiz özüm edim. PinkEmaa (müzakirə) 11:20, 25 yanvar 2025 (UTC)Cavabla

@PinkEmaa, salam. Keçidləri nəzərdə tutursunuz? Hörmətlə, Qədir (müzakirə) 14:35, 25 yanvar 2025 (UTC)Cavabla
Cavab elədirsə, qeyd edim, həmin bölməni özünüz yazaraq, ya da oradakı məlumatları yararlı mənbələri də istinad kimi əvəzləyərək düzəliş verə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 15:16, 25 yanvar 2025 (UTC)Cavabla
bəli keçidləri nəzərdə tuturdum. Çox sağ olun anladım. PinkEmaa (müzakirə) 23:14, 25 yanvar 2025 (UTC)Cavabla

Vandal

redaktə
Son rəy: 3 ay öncə1 şərhMüzakirədə 1 nəfər

Niyaməddin Musayev məqalədə redaktə müharibəsi aparılır qarşısını almağa yardımçı olun - RəqəmsalTaleh (müzakirə) 15:58, 25 yanvar 2025 (UTC)Cavabla

Thank you for being a medical contributors!

redaktə
Son rəy: 3 ay öncə1 şərhMüzakirədə 1 nəfər
  The 2024 Cure Award
In 2024 you were one of the top medical editors in your language. Thank you from Wiki Project Med for helping bring free, complete, accurate, up-to-date health information to the public. We really appreciate you and the vital work you do!

Wiki Project Med Foundation is a thematic organization whose mission is to improve our health content. Consider joining for 2025, there are no associated costs.

Additionally one of our primary efforts revolves around translating health content. We invite you to try our new workflow if you have not already. Our dashboard automatically collects statistics of your efforts and we are working on tools to automatically improve formating.

Thanks again :-) -- Doc James along with the rest of the team at Wiki Project Med Foundation 06:23, 26 yanvar 2025 (UTC)Cavabla

“Xəzər” jurnalı

redaktə
Son rəy: 3 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Salam. Bunu mətnini mən köçürüm, tarixçələrini də siz birləşdirə bilərsiz? P.S. Birləşdirmə/köçürmə yönündə yekunlaşdırma edəndə ya iddiaçıya məlumat verin, ya da özünüz icra edin. samral müzakirə 19:36, 26 yanvar 2025 (UTC)Cavabla

@Samral, salam. MH yoxlamısınızsa və problem yoxdursa, əlbəttə, buyurun, köçürün, daha sonra icra edim. Bu arada, bəhs etdiyiniz səhifələr tək başlıq altında birləşdiriləcək səhifələr adlı kateqoriyaya əlavə olunub. Məlumat verərəm. Hörmətlə, Qədir (müzakirə) 19:53, 26 yanvar 2025 (UTC)Cavabla

Sual

redaktə
Son rəy: 3 ay öncə3 şərhMüzakirədə 2 nəfər

Salam, yenə narahat etdiyim üçün üzürlü sayın. Amma mən Vikidata saytında heç bir redaktə etmədiyim halda mənə həmin bölmədən ilk redaktə etməyim barədə məktub gəldi, heç nə anlamadım. Zəhmət olmasa izah edə bilərsiz? Q..... rəqəmlər nə deməkdir? PinkEmaa (müzakirə) 14:32, 28 yanvar 2025 (UTC)Cavabla

Salam. Vikidatada ilk redaktənizi etmisiz. İman məqaləsini intervikiyə birləşdirmisiz. Hər səhifənin vikidatada öz Q.... kodu olur. Təkrarlanmır. Məsələn Q1 Kainat məqaləsidi. Q666 666 məqaləsidi, belə-belə gedir. Nizamlamalarda qadcetlər bölməsində Vikidata ilə bağlı bölmə də var. Vikidatada olan məlumatlar bütün vikilərdə əsasən şablonlar içində istifadə olunur. {{DVTY}} şablonu tarixləri ordan götürür. Başqa şablonlarda əgər lokalda parametr qeyd olunmayıbsa (Məsələn: "Adı = Şəkərbura" tipli) yenə də parametrlər vikidatadan idxal olunur. — Bikar müzakirə 14:42, 28 yanvar 2025 (UTC)Cavabla
he təxmini başa düşdüm indi. Çox sağ olun cavab üçün. PinkEmaa (müzakirə) 13:03, 30 yanvar 2025 (UTC)Cavabla

Kəramət Böyükçöl

redaktə
Son rəy: 3 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Salam.Keramet beyin Kitablar yazısına deyişiklik etmişem.Nece tesdiq edim? Vüsal Qərib (müzakirə) 22:53, 30 yanvar 2025 (UTC)Cavabla

Salam. Etdiyiniz əlavəni gördüm və təsdiqlədim. Dəyişikliklər birbaşa yayımlandığı üçün onun təsdiqi üçün müraciət etməyinizə ehtiyac yoxdur. Təşəkkürlər, başqa sualınız olduqda yaza bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 22:57, 30 yanvar 2025 (UTC)Cavabla

Qorxmaz Əlizadə

redaktə
Son rəy: 3 ay öncə7 şərhMüzakirədə 2 nəfər

Salam Qedir bey.Qorxmaz beyin fotosu vikipediyada yoxdu.Onu yerleşdirmek isdeyirem.Alınmadı.Kömek ede bilersiz? Vüsal Qərib (müzakirə) 08:11, 4 fevral 2025 (UTC)Cavabla

Salam. Allah rəhmət eləsin. Yəqin ki, söhbət şəhidimizdən gedir. Əgər elədirsə, məqaləsi olmadığı üçün şəkil əlavə edilə bilməz (bax: VP:HƏRBÇİ). Siyahı məqaləsində adı qeyd olunub. Hörmətlə, Qədir (müzakirə) 08:37, 4 fevral 2025 (UTC)Cavabla
Yox,Qədir bəy söhbət alim,şoumen Qorxmaz Əlilizadədən gedir.Məqalə var,amma foto yoxdu.Mən şəkli yerləşdirdim,amma,təsdiq tapmadı.Necə etməliyəm.Kömək edə bilərsiz? Vüsal Qərib (müzakirə) 08:41, 4 fevral 2025 (UTC)Cavabla
Məqalə adını qeyd edin lütfən. Hörmətlə, Qədir (müzakirə) 08:42, 4 fevral 2025 (UTC)Cavabla
Qorxmaz Əlilizadə Vüsal Qərib (müzakirə) 08:44, 4 fevral 2025 (UTC)Cavabla
Üzrlü sayın,daha dəqiq :Qorxmaz Əlilicanzadə Vüsal Qərib (müzakirə) 08:50, 4 fevral 2025 (UTC)Cavabla
Şəkil əlavə etmək üçün gərək həmin faylın müəllifi siz olasız, ya da şəxsin özündən aldığınız foto varsa, bu səhifə vasitəsilə əlaqə saxlayaraq faylı Commonsa yükləyə bilərsiniz. Ya da fayl azad lisenziya altında yayımlanmış olmalıdır. Daha sonra məqaləyə əlavə edə bilərsiniz. Görürəm ki, artıq fayl yükləmisiniz, amma həmin faylı deyəsən internetdən götürmüsünüz, bu səbəblə də böyük ehtimalla müəlliflik hüquqları pozuntusuna görə silinəcək. Fayl əlavə etmək istəyirsinizsə, yuxarıda dediyim qaydada hərəkət edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 08:59, 4 fevral 2025 (UTC)Cavabla

Mətanət A

redaktə
Son rəy: 3 ay öncə7 şərhMüzakirədə 2 nəfər

Salam. Mən bu səhifəni işlədim. Mətanət A ilə bağlı heç bir maraq toqquşmam yoxdur. Əvvəlki redaktələrimə də baxsaz fəaliyyətim sadəcə iqtisadiyyatla bağlı olduğunu görərsiz. Artıq bir həftədir ki, səhifənin Qaralaması ilə bağlı köməyinizin lazım olduğunu bildirmişəm. Plz səhifəni bitirə bilməm üçün yardımçı olun. Səhifə hazırda Qaralamadadır. Economist 007 (müzakirə) 09:58, 5 fevral 2025 (UTC)Cavabla

Salam. Sizin təsadüfən Elşad İman adlı şəxslə əlaqəniz yoxdur ki? Bu sizin ilk hesabınızdır? Bundan əlavə redaktələr etmisinizmi, yaxud əlavə hesablarınız var/olub? Bu suallara cavab verin, zəhmət olmasa. Hörmətlə, Qədir (müzakirə) 03:54, 6 fevral 2025 (UTC)Cavabla
Salam. Xeyr, kim olduğunu bilmirəm.
İlk profilimdir, COP29-un işçi heyətində olmuşam (iqtisadiyyat tərəfdən). Economist 007 (müzakirə) 10:41, 6 fevral 2025 (UTC)Cavabla
Həmçinin iddia edirsiniz ki, maraq toqquşmanız yoxdur, amma ilk redaktəniz bu mövzuda geniş həcmdə məqalə yaratmaq olub. Bunu neçə açıqlayarsız? Hörmətlə, Qədir (müzakirə) 03:57, 6 fevral 2025 (UTC)Cavabla
Bəli, maraq toqquşmam yoxdur. Mətanət A şirkəti ilə heç bir əlaqəm yoxdur.
Məqalənin daxilində Mətanət A şirkətinə qarşı qaldırılın iddiaları da əlavə etmişik.
Eyni zamanda, əgər məqalə düzgün və səliqəli yaradılıbsa, niyə təsdiq olunmur? Şirkətin Vikipediya ilə hər hansı problemi var?
İlk deyil, ilk redaktələrdən biridir Mətanət A şirkəti.
BU mənə və mənim komandama tapşırılmış görəvdir. İqtisadi yazıları, şirkət və tərminlər genişləndirmək. Azərbaycan Vİkipediyasında şirkətlərlə bağlı boşluqlar var və ya məlumatlarda (hesabatlarda) yanlışlıq. Bizim görəvimiz iqtisadi baxımdan məqalələri genişləndirmək və yaratmaqdır.
Sizdən də Vikipediyanın peşəkarı kimi sadəcə yardımçı olmanızı istəmişdik. Sadəcə insanlıq halı. Yardımçı olmasınız belə təşəkkür edirik. Economist 007 (müzakirə) 10:48, 6 fevral 2025 (UTC)Cavabla
Vikipediyanın problemi yoxdur. Xeyr, elə məhz ilk redaktənizdir. Belə hazır bir məzmunu əlavə etməyiniz onu göstərir ki, siz bu mövzuda maraqlısınız və bu məqaləni yaratmağınız da təsadüfi deyil (üstəgəl, bunun sizin ilk redaktəniz olduğunu və ilk hesabınızın bu olduğunu qeyd etməyiniz də nəzərə alınaraq). Və qeyd edilən şəxsi də tanımadığınızı deməyiniz də inandırıcı deyil. Nə təsadüfdürsə, yaratdığınız məzmun da məqalənin əvvəlcədən silinmiş məzmunu ilə birəbir eynidir, 1 ay sonra yaratmısınız. Zəhmət olmasa, əlaqəniz olduğu hesabları və şəxsləri bura qeyd edərdiniz. Hörmətlə, Qədir (müzakirə) 13:37, 6 fevral 2025 (UTC)Cavabla
Qeyd etdiyim kimi, Vikipediyanın heyəti və Mətanət A şirkəti ilə heç bir əlaqəm yoxdur. Mətnlərin eyni olması normaldır, çünki məlumatlar saytlardan əldə olunub.
Zəhmət olmasa, hazırlanmış səhifənin Vikipediyada niyə təsdiq olunmadığını bildirəsiniz? Bu nüanslar bizim üçün önəmlidir. Çünki məlumat Vikipediyada olan digər şirkət məlumatları ilə eyni konseptdə hazırlanıb.
Bu problem tək Mətanət A-da deyil, digər şirkətlərdə də var. Ay ərzində digər şirkətlərin səhifələrinə də keçid ediləcək. Mümkün qədər genişləndirilməsinə yardımçı olunacaq.
Mən Aygün Məmmədova ([email protected]) Economist 007 (müzakirə) 14:38, 6 fevral 2025 (UTC)Cavabla

Sizin üçün bir fincan kofe!

redaktə
Son rəy: 3 ay öncə2 şərhMüzakirədə 2 nəfər
  Hörmətli Gadir.

Hesabımla bağlı yaranmış vəziyyətə görə olduqca məyusam. Səbəb olduğum narahatlıqdan və operativ addımınızdan sonra bu soyuq havada düşünürəm ki, isti kofe tam yerinə düşər. Ümid edirəm mənim kimi kofe sevən yerinə çayxor biri deyilsiniz :) Sura Shukurlu (müzakirə) 23:17, 8 fevral 2025 (UTC)Cavabla

Təşəkkürlər, qarlı havada da ayrı ləzzəti olur :) Hörmətlə, Qədir (müzakirə) 23:34, 8 fevral 2025 (UTC)Cavabla

Həqiqətən anlaya bilmirəm

redaktə
Son rəy: 3 ay öncə7 şərhMüzakirədə 3 nəfər

@Gadir Salam aleyküm mən TALIŞOV, mən bildiyim qədərilə pis niyyətli kukla fəaliyyəti Vikipediyada qadağandır, lakin xoşniyyətli fəaliyyət isə yox. Mənim blokladığınız sonuncu səhifələrimə baxsanız, orda heç bir pis niyyət və neytrallığı pozan ifadə görə bilmərsiniz. Mən sizə əvvəldə demişdim, əvvələr TALIŞOV bloklanmadığı dövrdə redaktələr edəndə redaktə izahı hissəsinə neytrallığı pozacaq sözlər yazırdım, amma sonradan belə şeylərin başını atdım. İnanmırsınızsa, Ağ Şeytan səhifəsindəki redaktələrimə baxa bilərsən. Mən əvvəlki kimi deyiləm, gəlin düşmən olmayaq, nə siz burdan pul alırsiniz, nə də mən, ona görə də əgər sizə zəhmət deyilsə TALIŞOV səhifəsini açın. Bəlkə də mənə güvənmirsiniz, amma son bir şans verin. Onsuzda istənilən zaman inzibatçı olduğunuza görə məni bloklaya bilərsiniz. Öncədən təşəkkürlər. Son bir şans... 188.64.9.20 19:04, 9 fevral 2025 (UTC)Cavabla

Vikipediya:Təmiz başlanğıc səhifəsini oxuyun. Uyğunsuz şəkildə hesablar açıb uyğunsuz fəaliyyətə davam etdiyiniz təqdirdə blokunuz açılmayacaq. Hörmətlə, Qədir (müzakirə) 19:33, 9 fevral 2025 (UTC)Cavabla
@Gadir, həmin səhifəni oxudum, orda cari bloklanan şəxslərə uyğun olmadığı deyilir. İndi mən nə etməliyəm ? Əgər bir müddət gözləməliyəmsə, konkret bir tarixə qədər deyə bilərsinizmi ? 188.64.9.20 20:14, 9 fevral 2025 (UTC)Cavabla
Vikipediya:Təmiz başlanğıc#Kriteriyalar. 3 ay sonra müraciət etmə hüququnuz var, amma ona kimi heç bir istifadəçi hesabı yaratmamalı və IP vasitəsilə belə redaktələr etməməlisiniz. Hörmətlə, Qədir (müzakirə) 00:01, 10 fevral 2025 (UTC)Cavabla
@Gadir, bu müddəti heç cür aşağı salmaq olmur ? 3 ay çox uzun bir müddətdir. 188.64.10.37 13:25, 11 fevral 2025 (UTC)Cavabla
Siz əsl hesabınızı bura qeyd edə bilərsiz zəhmət olmasa? TALIŞOV istifadəçi hesabınızın e-poçt göndərmə funksiyası açıqdır, daxil olaraq mənə e-poçt da göndərə bilərsiniz, əsl istifadəçi adınızı və əlavə detalları da, varsa, oradan da açıqlaya bilərsiniz. Bundan sonra sizin fəaliyyətinizlə bağlı nəsə düşünmək olar. İndiyə kimi nə icma, nə də inzibatçılar töhfə verməyə çalışan istifadəçilərə mane olub. Hörmətlə, Qədir (müzakirə) 19:09, 11 fevral 2025 (UTC)Cavabla
Sizə e poçt göndərdim 188.64.10.37 20:06, 11 fevral 2025 (UTC)Cavabla

Sizin üçün bir ulduz!

redaktə
Son rəy: 3 ay öncə1 şərhMüzakirədə 1 nəfər
  Orijinal ulduz
Kömək etdiyiniz üçün təşəkkür edirəm! Aygunmirz (müzakirə) 06:08, 10 fevral 2025 (UTC)Cavabla

Təyyarə qəzası

redaktə
Son rəy: 3 ay öncə2 şərhMüzakirədə 2 nəfər

qardaş dünya açıqlama yazıb sən geri qaytarırsan Elnur777536276 (müzakirə) 13:01, 10 fevral 2025 (UTC)Cavabla

Salam. Anlamadım, nə demək istədiyinizi konkretləşdirin. Hörmətlə, Qədir (müzakirə) 17:08, 10 fevral 2025 (UTC)Cavabla

Təftişçi seçkilərinə dəvət

redaktə
Son rəy: 3 ay öncə1 şərhMüzakirədə 1 nəfər
  Hörmətli Gadir,

Sizi 28 fevral tarixinə qədər davam edəcək olan təftişçi seçkilərinə dəvət edirik. Seçkilərdə 4 namizəd (Turkmen, Nemoralis, Gadir və Sura Shukurlu) iştirak edir və seçiləcək namizədlər Azərbaycanca Vikipediyanın ilk təftişçiləri olacaq.

Səsvermədə aktivliyin olması üçün iştirak etməyinizi xahiş edirik! Öncədən təşəkkürlər!

MediaWiki message delivery (müzakirə) 14:09, 13 fevral 2025 (UTC)Cavabla

Sizin üçün bir ulduz!

redaktə
Son rəy: 2 ay öncə2 şərhMüzakirədə 2 nəfər
  Orijinal ulduz
Suallara cavab verdiyiniz üçün təşəkkür edirəm! Aygunmirz (müzakirə) 17:27, 19 fevral 2025 (UTC)Cavabla
Xoşdur :) Diqqətiniz üçün təşəkkürlər. Hörmətlə, Qədir (müzakirə) 18:11, 19 fevral 2025 (UTC)Cavabla

Bu məqaləni dilinizdə yayımlanmasına kömək edin.

redaktə
Son rəy: 2 ay öncə3 şərhMüzakirədə 2 nəfər

Cənab Mudur bay salam və hörmət Bu məqalə Bəhmən Məhəmməd Baxşın, Təbriz Universitetində Professor va Ərdəbildə anadan olan Cənubi Azərbaycanın sosioloqu üçün dur.

Orijinal məqalə (تورکجه)Vikipediyadadır və bu tərcümə idi.

hamde Missisipi Universitetindəki nəzəriyyəsi ən yüksək məqalə seçilmiş Və özü Türk dilinin ən görkəmli professorudur.
Cənubi və Şimali Azərbaycanin bir xalqı olduğunu Və Birləşmayin düşünürlər.

Çünki İran və Farslar bizimlə düşmənlərdir, məqalələrinə icazə vermirlər. Xahiş edirəm onu ​​və onun vacib nəzəriyyəsini Azərbaycan soydaşlarimiza tanıtmaq üçün Bu məqaləni dərc etməyə icazə verin'.

Biz bir millət və bir dil və bir tarix və bir kimlik və bir ölkəik. Bizim məqsədimiz Azərbaycan millətinə ləyaqət və hörmət dir.Xahiş edirəm bu məqaləni dərc etməyə kömək edin ki, Azərbaycan xalqı bu xoş xəbərdən Xoşnud olalar.Doğru və möhtəşəm olan çox vacib bir nəzəriyyədir Tezliklə Azərbaycan möhtəşəm olacaq:

https://az.wikipedia.org/wiki/?q=Qaralama:Bahman_Moh%C9%99mm%C9%99db%C9%99x%C5%9F&direction=next&oldid=8035870

Hörmətlə Hasan mammadov (müzakirə) 20:18, 19 fevral 2025 (UTC)Cavabla

Salam. Təəssüf ki, mövzu marağımda deyil və vaxtım məhduddur. Məqalə istəklərinə qeyd edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 07:19, 22 fevral 2025 (UTC)Cavabla
Hörmətlə@Gadirbay
Salam,axi Bu şəxs özü və məqaləsi məşhurdur ,Və asanlıqla və Sizin köməyinizlə Bu Vikipediyada yazıla bilər.
Ancaq Əgər kömək etmək istəmirsinizsə ingilis dilini bilən və bunu edə biləcək co -worker-də Müdür Baylarə Məni tanış edin.
inşallah Onlar Mənə Kömək edirlər.
HörmətləTəşəkkür edirəm Və lütfünüz var Hasan mammadov (müzakirə) 16:06, 22 fevral 2025 (UTC)Cavabla

Sizin üçün bir ulduz!

redaktə
Son rəy: 2 ay öncə2 şərhMüzakirədə 2 nəfər
  İnzibatçı ulduzu
Ən aktiv inzibatçı olduğunuza görə. Sofia (müzakirə) 05:38, 25 fevral 2025 (UTC)Cavabla
@Sofia, salam. Sizin də aktivliyiniz təqdirəlayiqdir. Minnətdaram! Hörmətlə, Qədir (müzakirə) 08:03, 25 fevral 2025 (UTC)Cavabla

Məqalənin adı dəyişdirilməlidir

redaktə
Son rəy: 2 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Salam. Alman Milli Xalq Partiyası məqaləsinin adını "Alman Xalq Partiyası" olaraq dəyişdirərdinizmi? Çünki bu məqalə Deutsche Volkspartei (Alman Xalq Partiyası, bax https://ru.wikipedia.org/wiki/?q=Немецкая_народная_партия) haqqındadır və Alman Milli Xalq Partiyası (Deutschnationale Volkspartei) şudur: https://ru.wikipedia.org/wiki/?q=Немецкая_национальная_народная_партия . Hörmətlə. Aybeg (müzakirə) 05:09, 27 fevral 2025 (UTC)Cavabla

Salam, @Aybeg, bildirdiyiniz üçün təşəkkür edirəm,  Y həll edildi. Hörmətlə, Qədir (müzakirə) 11:36, 27 fevral 2025 (UTC)Cavabla

Avtopatrul hüquqi ilə bağlı sualım

redaktə
Son rəy: 2 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Salam @Gadir bəy Ulviyya Karim adlı istifadəçi avtopatrul kimi namizədliyini irəli sürüb. Mən isə burada öz fikrimi bildirmişəm siz necə düşünürsüz? verilməlidi ya yox? Hörmətlə, Vikotals (müzakirə) 03:54, 28 fevral 2025 (UTC)Cavabla

Salam. İstifadəçinin fəaliyyətlərinə tam baxmamışam. Hörmətlə, Qədir (müzakirə) 05:06, 28 fevral 2025 (UTC)Cavabla

Mövqeyinizə ehtiyac var!

redaktə

Salam hörmətli Gadir! Hazırda davam edən təftişçi seçkilərinə kifayət qədər istifadəçi qatılmayıb. Səsvermələrin yekunlaşdırılması və nəticə üçün Azərbaycanca Vikipediya icmasının üzvlərinin səslərinə ehtiyac var (  lehinə,   əleyhinə,   bitərəf).

Davam edən seçkidə 4 namizəd var (Turkmen, Nemoralis, Gadir, Sura Shukurlu). Bu keçiddən daxil olaraq səs verə bilərsiniz!

Şablon

redaktə
Son rəy: 2 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Salam. Mən bu Kamasots məqaləni yaratmışam, lakın şablon əlavə edə bilmirəm. Xahiş edirəm ki, köməklik edəsiniz. Medineli92 (müzakirə) 08:33, 28 fevral 2025 (UTC)Cavabla

@Medineli92, salam. Yəqin ki, məlumat qutusu şablonundan bəhs edirsiniz, {{Yunan tanrısı}} səhifəsindən kodu kopiyalaya və məqaləyə əlavə edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 13:06, 28 fevral 2025 (UTC)Cavabla

"Azərbaycanca deyil" xəbərdarlığı

redaktə
Son rəy: 2 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Salam. Bu Əmir Əbdülqadir məqaləsinə xəbərdarlıq əlavə edilib. Mən məqaləni redaktə edib dilimizə uyğunlaşdırdım. Baxın, uyğundursa, xəbərdarlığı silin. Medineli92 (müzakirə) 06:36, 4 mart 2025 (UTC)Cavabla

 Y Bəzi düzəlişlər də edərək şablonu məqalədən çıxardım. Hörmətlə, Qədir (müzakirə) 08:54, 4 mart 2025 (UTC)Cavabla

Məqalə

redaktə
Son rəy: 2 ay öncə3 şərhMüzakirədə 2 nəfər

Xoş gördük.
https://az.wikipedia.org/wiki/?q=Instinction_%28videooyun%29 ( Instinction (videooyun) )

Zəhmət olmazsa məqaləni bərpa edərsiniz üzərində işləyəcəm. Redivy (müzakirə) 12:46, 4 mart 2025 (UTC)Cavabla

 Y Həll edildi. Hörmətlə, Qədir (müzakirə) 13:45, 4 mart 2025 (UTC)Cavabla
Minnətdaram. Redivy (müzakirə) 13:49, 4 mart 2025 (UTC)Cavabla

redaktə
Son rəy: 2 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Salam.Mən əvvəlki kimi səhifələrə redaktə edə bilmirəm.Bu nəyə görəədir bəy.Deyərdiz mümkünsə. Vüsal Qərib (müzakirə) 21:15, 4 mart 2025 (UTC)Cavabla

Daha açıq yaza bilərsiz? Hörmətlə, Qədir (müzakirə) 22:51, 4 mart 2025 (UTC)Cavabla

Məlumat Xarakterli Sual

redaktə
Son rəy: 2 ay öncə6 şərhMüzakirədə 2 nəfər

Xoş gördük bunun cavabını bilmədiyim üçün sizdən soruşuram.
Ceyms Anderson (mason) - Burada mason sözü seçilmək üçün əlavə edilən söz olduğuna görə və xüsusi söz olduğu üçün böyük hərflə yazılmır? Redivy (müzakirə) 11:19, 5 mart 2025 (UTC)Cavabla

Kiçik olmalıdır, çünki burada şəxsin peşəsi kimi qeyd olunub. Envikidə böyüklə verilməsinin səbəbi təşkilatın adı ilə bağlıdır. Hörmətlə, Qədir (müzakirə) 11:54, 5 mart 2025 (UTC)Cavabla
@Gadir Mason peşə deyil axı, həmçinin peşəsi mason yox keşiş və yazıcı olub əsasən. Redivy (müzakirə) 12:41, 5 mart 2025 (UTC)Cavabla
https://az.wikipedia.org/wiki/?q=Qaralama%3AActive_Shooter Yeri gəlmişkən bu məqalənidə bərpa edərsiniz üzərində işləyib yayımlayacam. Redivy (müzakirə) 15:32, 5 mart 2025 (UTC)Cavabla
 Y Bərpa edildi. Digər məsələyə gəlincə, şəxs əsasən mason kimi tanındığı üçün çox güman ki elə yazılıb, intervikilərdən də görünür, hətta çoxusunda kiçiklə yazılıb, dediyim kimi, böyüklə yazılan yerlərdə (deviki və enviki) təşkilat adını təmsil etdiyi üçündür, peşə dedikdə elə fəaliyyəti nəzərdə tuturam, masonluq özü bir məşğuliyyətdir, tam peşə deyil, bəli. Məqalə dəqiqləşdirməsiz də adlandırıla bilər, hazırda çünki eyniadlı başqa məqalə yoxdur, dəqiqləşdirmə həmin hallar üçündür. Sadəcə addəyişikliyi barədə açıqlama verdim. Hörmətlə, Qədir (müzakirə) 16:46, 5 mart 2025 (UTC)Cavabla
@Gadir Detallı məlumat üçün minnətdaram. Redivy (müzakirə) 17:10, 5 mart 2025 (UTC)Cavabla

Ziddiyyətli məlumatlar

redaktə
Son rəy: 2 ay öncə6 şərhMüzakirədə 2 nəfər

Salam. Mən bu səhifə ilə bağlı bir dəfə də müraciət etmişdim. İndi yenə yazıram. Xahiş edirəm ki, bu səhifəyə baxış edəsiniz çoxlu ziddiyyətli fikirlər var. Oxucu da çaşqınlıq yarada bilər bu fikirlər. Qaçaq Mayıl Medineli92 (müzakirə) 06:25, 6 mart 2025 (UTC)Cavabla

Deyəsən sizi IP təhdid edibmiş. Məqalənin tarixçəsindən indi gördüm. Lütfən, təhdidlər davam edərsə, mənə bildirin. Yuxarıda da qeyd etdiyim kimi, dəyişikliklərinizi açıqlayaraq məzmuna özünüz düzəliş edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 10:06, 6 mart 2025 (UTC)Cavabla
Əvvəla, Qədir bəy, mən heç bir məqaləni mənbəsiz redaktə etməmişəm. Özüm də ali savadlı, bir neçə dil bilən adamam. Hal-hazırda da kitab üzərində çalışıram. Bir çox mənbələrə müraciət etmişəm. Bu mövzu haqqında kitab qələmə almış şəxslərlə danışmışam. O səhifədə yazılanların heç biri doğru deyil. Dövlət arxivlərində o şəxs haqqında cəmi bir-iki cümlə söz var vəssalam. O məqalədəki yazıların hamısı yalan, məntiqsiz və ziddiyyətli yazılardır. Misal üçün yazılıb ki, 7 övladı olub. Övladlarının adları verilib. Verilmiş adların içində İbrahim yoxdur, amma İbrahim haqqında yazı da deyilir ki, AXC Ordusunub əsgəri olub, həm də Mir Cəfər Bağırovla 14-18-ci illərdə St-Pereburqda hərbi məktəbdə oxuyub. Həqiqətdə isə M. Bağırov həmin vaxtlarda Quba kəndlərində müəllim işləyib. Mən bunu necə redaktə edim? İnsan çaşıb qalır ki, necə redaktə edəsən?! Səhv yerləri siləcəm yenidən geriyə qaytaracaqlar. Medineli92 (müzakirə) 10:41, 6 mart 2025 (UTC)Cavabla
Mən sizin biliyinizə şübhə etmirəm, dediyim kimi, müvafiq düzəlişləri apara bilərsiniz. Kənar müdaxilə olacağı təqdirdə mənə bildirə bilərsiniz. Hal-hazırda mövzunu araşdırmaq üçün vəziyyətim uyğun deyil. Hörmətlə, Qədir (müzakirə) 11:07, 6 mart 2025 (UTC)Cavabla
Yaxşı. Bir də bu məqalə Məhəmməd ibn İshaq silinmədir, çünki bu məqalə İbn İshaq var. Medineli92 (müzakirə) 18:31, 7 mart 2025 (UTC)Cavabla
 Y İstiqamətləndirmə verdim. Hörmətlə, Qədir (müzakirə) 01:34, 8 mart 2025 (UTC)Cavabla

Məhəmməd Mirzəli haqqında Fransızca yazı olduğu halda Azərbaycan dilində yoxdur.

redaktə
Son rəy: 2 ay öncə1 şərhMüzakirədə 1 nəfər

Məhəmməd Mirzəli haqqında Azərbaycan dilində axtarış aparan şəxslər onunla bağlı ətraflı məlumat əldə edə bilmir. Vaxtınız olsa, bu mövzuda bir yazı dərc etməyiniz yaxşı olardı. Fransız dilində yazı mövcutdur. Bu imzasız yazı IP ünvanı tərəfindən 14:50, 13 mart 2025 tarixində əlavə olunub.

Salam. Bunu siz özünüz də edə bilərsiniz. Həmçinin imzanızın (IP ünvanı) gizli qalmasını istəyirsinizsə, hesab yarada bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 20:08, 16 mart 2025 (UTC)Cavabla

Vikilüğət və Vikisitatda adminlik müraciəti

redaktə
Son rəy: 2 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Salam Gadir, siz niyə Vikipediyada keçirilən müzakirəyə əsasən Metada Vikilüğət və Vikisitat üçün adminlik istəmisiniz? Üstəgəl bu müzakirəyə əsasən heç dəstək belə almamısınız? Belə hərəkətlərin mənası nədir? Turkmen müzakirə 11:38, 15 mart 2025 (UTC)Cavabla

Salam. Görünür, təcrübəsizliyim səhvə yol verməyimə səbəb olub. Bildirdiyiniz üçün təşəkkürlər, daha diqqətli olmağa çalışaram. Hörmətlə, Qədir (müzakirə) 12:51, 15 mart 2025 (UTC)Cavabla

Qanunla təhdid olmaz və Saxtakarlıqla məşğul olmayın

redaktə
Son rəy: 2 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Salam @Gadir bəy Qanunla təhdid olmaz və Saxtakarlıqla məşğul olmayın haqqında müzakirə bu gün niyə yekunlaşmadı? Hörmətlə, Vikotals (müzakirə) 17:44, 16 mart 2025 (UTC)Cavabla

@Vikotals, salam. Diqqətiniz üçün təşəkkürlər, bəy.)) Axşama yekunlaşdıracaqdım, həll edirəm. Hörmətlə, Qədir (müzakirə) 20:04, 16 mart 2025 (UTC)Cavabla

Yanlış şəkil

redaktə
Son rəy: 1 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Xahiş edirəm, Moskva Dövlət Universiteti səhifəsindəki universitet şəklini dəyişəsiniz. Çünki şəkil MDU-nu əks etdirmir. Ən uyğun şəkilin - https://commons.wikimedia.org/wiki/?q=File:Moscow_State_University_crop.jpg - olduğunu düşünürəm. Təşəkkürlər. Anar 657 (müzakirə) 09:41, 20 mart 2025 (UTC)Cavabla

 Y Temamdır. Hörmətlə, Qədir (müzakirə) 09:54, 20 mart 2025 (UTC)Cavabla

Başlıqsız

redaktə
Son rəy: 1 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Salam Qədir bəy. Bu Qədir-Xum məqaləni IP yaradıb. Konkret olaraq öz ideologiyasını təbliğ edir. Hansısa formdan kopyalandığı şübhəsizdir. edim yoxsa qalsın? Medineli92 (müzakirə) 14:41, 23 mart 2025 (UTC)Cavabla

Mövzu ensiklopedikdir, redaktə etmək istəyirsinizsə, edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 14:57, 23 mart 2025 (UTC)Cavabla

Qonaq evi səhifəsinin sürətli silinməyə namizəd göstərilməsi

redaktə
Son rəy: 1 ay öncə3 şərhMüzakirədə 2 nəfər
 

Yaratmış olduğunuz Qonaq evi səhifəsi sürətli silmə kriteriyalarına əsasən silinməyə namizəd göstərilib. Silinmə üçün qeyd edilən səbəb və kriteriyalar: Inn ayrı anlayışdır: https://en.wikipedia.org/wiki/?q=Inn. Səhifənin silinməsinə etiraz edirsinizsə, bunu məqalənin müzakirə səhifəsində açıq şəkildə ifadə edə bilərsiniz. Əgər səhvə yol verdiyimi düşünürsünüzsə ya da mənə hansısa sualınız varsa, müzakirə səhifəm vasitəsilə mənə mesaj yaza bilərsiniz. samral müzakirə 16:56, 24 mart 2025 (UTC)Cavabla

@Samral, sildim. Nə vaxtsa "guest house" məqaləsi həmin adda yaradıla bilsin. Amma obastanda və azleksdə "inn" termininin qarşılığı "mehmanxana" kimi verilib. Hörmətlə, Qədir (müzakirə) 17:07, 24 mart 2025 (UTC)Cavabla
@Gadir, dilimizin kasadlığıdır. “Guest house” qonaq evidir düzdür. “Inn” əslində karvansara və ya həm də mehmanxanadır. Di gəl ki, əksər vikilərdə “karvansara” orta əsr müsəlman memarlığı kimi ayrı anlayış kimi götütülüb. Həmçinin sovet dövründə də və müstəqilliyin ilk illərində də otel anlayışı bizim dildə mehmanxana adlanıb deyə belə qarışıqlıq yaranır. Bir digər qarışıq məqam odur ki, “mehmanxana” sözü özü fars dilindən tərcümədə “qonaq evi” deməkdir. Bütün məqamları nəzərə alanda “qəribi ağlamaq tutur”. ))) samral müzakirə 17:12, 24 mart 2025 (UTC)Cavabla

2025-ci ildə vəfat edənlərin siyahısı

redaktə
Son rəy: 1 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Salam @Qədir bəy 2025-ci ildə vəfat edənlərin siyahısına Kanzini əlavə edə bilərəm? Hörmətlə, Vikotals (müzakirə) 03:45, 25 mart 2025 (UTC)Cavabla

Düzdü, hər nə qədər başlıq ilə uyuşmasa da, əlavə etmək olar, envikidə də ediblər. Hörmətlə, Qədir (müzakirə) 03:48, 25 mart 2025 (UTC)Cavabla

Skandinav mifologiyasında qadın

redaktə
Son rəy: 1 ay öncə4 şərhMüzakirədə 3 nəfər

Bu yazıda nə kimi problemlər görmüsünüz? HeidarAlizade (müzakirə) 15:39, 25 mart 2025 (UTC)Cavabla

Salam. Sizin yaratmış olduğunuz məqalə qaralama halındadır. Hörmətlə, Vikotals (müzakirə) 15:44, 25 mart 2025 (UTC)Cavabla
Yəni, bunu dəyişmık üçün nə etmək lazımdır? HeidarAlizade (müzakirə) 15:47, 25 mart 2025 (UTC)Cavabla
Müzakirə səhifənizdə məlumat verilib. Lütfən, digər məqalələrə baxaraq məqaləni uyğunlaşdırın, daha sonra yayımlana bilər. Varsa, məqalənin intervikisini də əlavə edərsiniz. Yeni məqalələrinizdə məzmunu məqalə kimi dərc etməzdən əvvəl qaralama səhifənizdə işləyib tamamlaya bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 18:24, 26 mart 2025 (UTC)Cavabla

Laçın rayon 1ci katibləri

redaktə
Son rəy: 1 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Salam, Laçın rayonu birinci katiblərinin adları hamısı qeyd olunmayıb boşluqlar var, araşdırma sənəd əsasında Xanbaba Bayramov Cəfər oğlunun adını qeyd etmişdim, bilmək istərdim hansı məlumat da əlavə olunmalıdır silinməsin. 213.172.95.90 06:13, 27 mart 2025 (UTC)Cavabla

Salam. Müvafiq mənbələrə istinad edərək məqalələri genişləndirə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 15:28, 29 mart 2025 (UTC)Cavabla

Silinmiş səhifə haqqında

redaktə
Son rəy: 1 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Salam. Təxminən 10 il əvvəl "Palenke" adlı məqalə olub və silinib (mən yaratmamışam). Mən bu məqaləni yenidən yaratmaq istəyirəm. Məqaləni silən yoldaşın səhifəsinə baxdım. Ona ünvanlanmış sualların cavabsız qaldığını görüncə sizə yazmağa qərar verdim. Bu məqalənin əvvəl niyə silindiyini necə aydınlaşdıra bilərəm? Hansı çatışmayan cəhət olub ki, bu məqalə silinib? Yaradaram birdən yenə silinər deyə bilmək istəyirəm. Bir çox dildə bu məqalə mövcuddur. Yenidən yaratmaq istəyirəm ki, bizim dildə də olsun. Hörmətlə Medineli92 (müzakirə) 10:33, 3 aprel 2025 (UTC)Cavabla

Salam. Məzmunsuz olduğu üçün silinib. Nə səbəblə silinirsə də, əgər ensiklopedik mövzudursa, hər bir halda qaydalara uyğun şəkildə təkrar yaradılmasında heç bir problem yoxdur. Hörmətlə, Qədir (müzakirə) 11:29, 3 aprel 2025 (UTC)Cavabla

Mətanət A (qaralama/ bərpa)

redaktə
Son rəy: 1 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Salamlar.

Sizə yazan Jalə xanımdır. Zəhmət olmasa, Mətanət A məqaləsini qaralama formasınsa bərpa edə bilərsiz? Economist 007 (müzakirə) 12:09, 8 aprel 2025 (UTC)Cavabla

Salam. Bərpa edirəm, amma siz mənə zəhmət olmasa öz hesabınızla müraciət edin. Siz eyni IP ünvanını paylaşa bilərsiniz, eyni hesabı yox. Bir hesab bir şəxsə aid ola bilər sadəcə. Hörmətlə, Qədir (müzakirə) 12:14, 8 aprel 2025 (UTC)Cavabla

Səbirə Əliyeva Allahverdi qızı

redaktə
Son rəy: 1 ay öncə2 şərhMüzakirədə 2 nəfər

Səhifədəki şəkil ona aid dryil

Dünya çempionumuzun şəklinin dəyişdirilməsinə köməklik göstərməyinizi cahiş edirəm 185.40.34.8 15:43, 16 aprel 2025 (UTC)Cavabla

Salam. Dəqiq o deyil? Hörmətlə, Qədir (müzakirə) 15:46, 16 aprel 2025 (UTC)Cavabla
Mövzu əlavə et
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İstifadəçi_müzakirəsi:Gadir&oldid=8110373"
LOVE.AZ