![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Salam həmkar, siz niyə Şablon:Futbolçu səhifəsindəki redaktəni geri qaytarırsınız? EVRRVE. (müzakirə) 08:34, 8 yanvar 2023 (UTC)
Salam. Metr deyə qeyd olunduqda düzgün olmur. Məsələn: futbolçunun boyu "194 m" yazılıb, 194 metrdi? Əgər 1.94 m yazılsa hə düzgün qəbul edilə bilər. Ancaq bizim Vikipediyada əsasən nöqtəsiz yazılır. Ona görə sm yazılmasını uyğun görürəm. — Moses✉ 10:33, 8 yanvar 2023 (UTC) Amma iş orasındadır ki uzunluğun vahidi metrdir və bəzi məqalələrdə də varki 1.90 sm olur. Onda futbolçunun boyu 1.90 sm olur? EVRRVE. (müzakirə) 12:48, 8 yanvar 2023 (UTC)
Türk Vikipediyasına baxdım metr ilə qeyd olunub. Onda biz gərək nöqtəsiz yazılanları nöqtəliyə çevirməliyik. — Moses✉ 12:55, 8 yanvar 2023 (UTC)
Çarə yoxdur. Bəzi məqalələrdə zatən metrlədir. Qalan məqalələridə vaxtım olanda düzəliş edəcəm. EVRRVE. (müzakirə) 14:30, 8 yanvar 2023 (UTC)
Salam. Mənə izah edə bilərsinizmi ki, siz niyə belə edirsiniz? Götürüb Polad Ələmdar məqaləsini öz istəyinizə uyğun olaraq, hətta dəfələrlə, heç bir əks arqument göstərmədən əsassız bir şəkildə Polad Aləmdar etmisiniz. Halbuki mən dəyişiklik izahına səbəbini də qeyd etmişdim. Bundan əlavə, mövzu ilə əlaqəli digər müvafiq məqalələrdə "Qurdlar Vadisi"-ni etmisiniz "Qurdlar vadisi", "Vətən" sözünü də götürüb kiçiltmisiniz. Bu seriya azərbaycan dilində olduğu kimi yayımlanıb, axtarış edib mənbələrə də nəzər salsanız bu formada yazıldığını görə bilərsiniz. Bəs deyə bilərsinizmi bütün bunları nə səbəbə etmisiniz? Heç dəyişiklik səbəbində izah da verməmisiniz ki, bəlkə o zaman anlardıq. Zəhmət olmasa, məsələyə aydınlıq gətirin və etdiyiniz səhvləri düzəldin. Hörmətlə, Gadir (müzakirə) 11:58, 12 fevral 2023 (UTC)
Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr#Elif dedim səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
Salam, etdiyiniz şablon dəyişiklikləri parametrlərin itməsinə və işləməməsinə səbəb olur. Xahiş edirəm, parametrləri əvəzləyərkən daha diqqətli olun və hansı səhifələrdə istifadə edildiyinə diqqət edin — Toghrul R (m) 13:01, 23 aprel 2023 (UTC)
İnzibatçı seçkisi | ||
Salam, Moses. Sizi mənim inzibatçılıq statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. — Wealszy (müzakirə) 12:19, 27 aprel 2023 (UTC) |
Çalışqanlıq ulduzu | |
Yaratdığınız məqalələrə və indiyə qədər vermiş olduğunuz töhfələrə görə. Gadir (müzakirə) 16:28, 2 may 2023 (UTC) |
Salam həmkar. Yanılmıramsa bu cür şablonları istifadəçi səhifəsi altında yaratmaq lazımdı. Məsələn:
Bikar Orxan (müzakirə) 20:58, 2 may 2023 (UTC)
Salam hörmətli Moses. Sizi bu səhifədə keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm.-Wikipediya M (müzakirə) 15:27, 15 may 2023 (UTC)
Salam, həmkar. Metada qlobal addəyişdirici hüququ üçün müraciət etmişəm. Əsasən təcrübəli bir istifadəçi kimi lokaldakı müraciətlərə operativ şəkildə baxa bilərəm. Lakin oradakı istifadəçilər Az Vikidəki son məsələlər və yaxın vaxtdakı bir çox blok səbəbi ilə bağlı icmanın fəaliyyətim barədə fikirlərini öyrənmək istəyirlər. Düşünürəm ki, bu qərara müsbət təsir edə bilər. Səsvermədə iştirak edərək mənə etimad edirsinizsə, bunu qeyd etməyinizi və ya əksini bildirməyinizi xahiş edirəm. Buradan keçid edə bilərsiniz. Hörmətlə, Gadir (müzakirə) 10:22, 29 may 2023 (UTC)
Salam. Burada müzakirə səhifəniz üçün olan fayl görsənmirdi. Düzü, bilmirəm niyə. Onu eyni, fərqli adlı başqa faylla əvəzlədim, düzəldi. Gadir (müzakirə) 18:54, 15 iyun 2023 (UTC)
Salam. Təəssüf ki, bu yüklədiyiniz fayl ədalətli istifadəyə uyğun deyil və silinəcək. Zəhmət olmasa, azad olmayan faylları sadəcə ədalətli istifadə üçün yükləyin. Gadir (müzakirə) 23:09, 28 iyun 2023 (UTC)
Salam Həmkar bu məqalənizdə və bu məqalənizdə iş gedir şablonu 20-gündən çoxdur ki qalır mən çıxardım şablonu zəhmət olmasa məqalə üzərindəki işləri bitirin -- ⟨Qraf⟩061 (müzakirə) 06:39, 13 avqust 2023 (UTC)
Nərmin Kərimbəyova səhifəsi silinmək üçün müzakirəyə çıxarılıb. Zəhmət olmasa səhifəyə baxıb, səs verəsiniz. Səhifədə "iş gedir" şablonu olmasına baxmayaraq, səhifə "silinmək üçün səsverməyə" çıxarılıb. Mütəmadi əlavələr edirəm. Zəhmət olmasa səhifənin qalması üçün lehinə səs verəsiniz. Xeyal Azerbeyli (müzakirə) 08:39, 23 avqust 2023 (UTC)
Axşamınız xeyir. Yeni bir məqalə üstündə işləyərkən Transferlə bağlı bir şablonun olmaması diqqətimi cəlb etdi. Anladığım qədəri ilə şablon hazırlayır, redaktə edirsiniz. Türkçə Vikipediyada var transfer şablonu. Bizdə yoxdur. Siz hazırlaya bilərsiniz? Çox sağolun Asif Məmmədov (müzakirə) 14:16, 24 avqust 2023 (UTC)
salam. bu məqalənin bərpa olunmasına qərar verilməyib axı. məqaləni niyə yaratmısız? Atakhanli (müzakirə) 06:18, 7 sentyabr 2023 (UTC)
Salam həmkar. Doğum gününüzü təbrik edirəm. Sizə həm həyatda, həm də viki fəaliyyətinizdə uğurlar arzu edirəm!— Bikar müzakirə 07:20, 30 oktyabr 2023 (UTC)
Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/8K Video Formatı səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.