![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
salam. bir neçə gündür kütləvi şəkildə vikiləşdirmə ilə süni şəkildə redaktə sayınızı artırmaq üçün etdiyiniz fəaliyyətdə uğurlar)) Vikipediyaya daha faydalı olabiləcək redaktələr ilə vikipediyanı zənginləşdirməyi seçəcəyinizə inanıram. Atakhanli (müzakirə) 22:35, 3 yanvar 2024 (UTC)
Salam, uzun müddət öncə artist şəkili əlavə etmişdim, ancaq silinib bu barədə kömək edə bilərsiniz? İsmayil.me (müzakirə) 14:56, 22 yanvar 2024 (UTC)
Salam həmkar. Sil şablonu qoyarkən Səhifəyə keçidləri yoxlamaq lazımdır. Keçid olmasa sil şablonu qoymaq olar. Hazırda Kateqoriya:Sürətli silinəcək səhifələrdəki səhifələrin hamsına keçid var. Onları silmək doğru deyil. Ya keçidləri təmizləyin, ya da sil şablonunu çıxarın. — Araz Yaquboglu (müzakirə) 13:02, 26 yanvar 2024 (UTC)
Salam.
Azərbaycan məqaləsinin "Demoqrafiya" bölməsi ilə Azərbaycan əhalisi və Azərbaycan erməniləri məqalələri yenilənməlidir. 2023-cü ildə Qarabağ tamamilə azad edilib və bütün erməni əhalisi Qarabağı tərk edib. Həmin ildən etibarən bu məqalələrdəki məlumatlar köhnəlmişdir.
Mənim ana dilim azərbaycan dili deyil, türk dili olduğu üçün, azərbaycan dilini yaxşı bilmirəm.
Hörmətlə, Harashim (müzakirə) 05:32, 30 yanvar 2024 (UTC)
Salam. Son 2 gündə xırda redaktələrlə süni formada redaktə sayınızını artırdığınızı müşahidə edirəm. RSGVS-a hesablanan fəaliyyətdən uzaq durmağı məsləhət görürəm. Hörmətlə. Grenzsoldat 20:04, 2 fevral 2024 (UTC)
Salam Moses. Xahiş edirəm "iş gedir" şablonu yerləşdirilən səhifələrdə redaktorun əlavə və düzəlişlər etdiyini görəndə səhifəyə müdaxilə etməyin. Redaktorun əlavələrinin yadda saxlanılmasına problem yaradırsınız. Mənim 20 dəqiqədir etdiyim əlavələr sizin müdaxiləniz nəticəsində ləğv olundu və "eyni vaxtda redaktə" olduğu üçün yaddaşa verilmədi. — Sortilegus (müzakirə) 09:00, 5 fevral 2024 (UTC)
Salam, @Moses. Naminasiyanızda fikirlərimlə bölüşmək istəyirəm. Yazılır ki, redəktə etməyə hüququm yoxdur. Köməkklik edə bilsəydiniz fikirlərimlə bölüşərdim. — Zohrab javad (müzakirə) 06:07, 10 fevral 2024 (UTC)
Salam, mətnə şəkil necə əlavə edim? --Samira088 (müzakirə) 11:57, 10 fevral 2024 (UTC)
Hər kəsə salam. --Vekil Xancanlı (müzakirə) 09:14, 14 fevral 2024 (UTC)
Mobilden hazırladığım məqaləyə şəkil yerləşdirmək isdemirem --Xanımmmm (müzakirə) 07:42, 17 fevral 2024 (UTC)
Salam Biz Maaş Alacayıq --Səmid İsmayıllı (müzakirə) 09:35, 18 fevral 2024 (UTC)
Salam Bəy ! Dünya Alpagut Federasiyasının rus, türk və ingilis dilində səhifələrini yaratmaqda bizə köməklik edə bilərsiniz? Öz təcrubənizdən bizə məsləhətlər verməyi Sizdən xahiş edirik. --KülTegin.Alp (müzakirə) 18:32, 18 fevral 2024 (UTC)
Salam. Cəmil Ləmbəranski səhifəsində soyad düzgun qeyd olunmayıb. Lənbəranski yox, Ləmbəranski olmalıdır. Əvvəl düz qeyd olunmuşdur, sonradan dəyişiblər. İnglis dilində isə Lambaranski səvhdir, Lemberanskiy olmalıdır. Mən dəyişikləri elədim, amma sistem tərəfindən dəyişiklər qəbul olunmadı. Fenriz56 (müzakirə) 17:30, 19 fevral 2024 (UTC)
Salam. Bəzi hərbçilərin məqalələrinə sürətli sil şablonu qoymusuz, amma həmin hərbçilərin bəziləri SNS ilə saxlanılıb. Bir isə ensiklopedik ola bilər. Belə halda məqalələri sürətli silə bilmərəm. Şiroi Akuma 14:49, 20 fevral 2024 (UTC)
Salam. Bir sualım olacaq sizə. Əgər səhv xatırlamıramsa siz Horadiz şəhərində yaşayırsınız. Elədir? Grenzsoldat 09:06, 25 fevral 2024 (UTC)
Salam. Şablonlarda işləyərək təkmilləşdirmə işləri apardığınıza görə təşəkkür edirəm. Qeyd etmək istədiyim nüanslar var. "Vətəndaşlığı" parametri çox vaxt etibarsız olduğuna görə onu şablonlarda avtomatlaşdırmaq məqsədəuyğun deyil. Buradakı müzakirəyə baxa bilərsiniz. Etibarsız olmasının əsas səbəbi odur ki, digər vikilərdən avtomatik olaraq bot vasitəsilə heç bir mənbəyə əsaslanmayan məlumatlar ora idxal edilir. Bir çox hallarda şəxsin hansı ölkə vətəndaşlığı alması isə məlum olmur, bu, ölkənin miqrasiya sistemi səviyyəsində təyin olunur və çox vaxt açıq məlumat hesab edilmir.
Digər tərəfdən "milliyyəti" parametri Vikiverilənlərdən başqa məlumat götürür. O parametr insanların milliyyətini göstərmək üçün deyil, ərazilərdə yaşayanları göstərmək üçündür. Məsələn, Gəncə → etnik tərkib → azərbaycanlılar. Şəxslərə əlavə etdikdə də milliyyəti azərbaycanlılar olaraq görünür ki, yanlış istifadəyə gətirib çıxarır. — Toghrul R (m) 08:03, 28 fevral 2024 (UTC)