![]() |
Xoş gəldiniz, Philosopherazer! |
![]() |
Salam, Philosopherazer. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı düyməsinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() |
--Baskervill 08:28, 2 aprel 2012 (UTC)Cavabla
Salam, hörmətli Philosopherazer. Düzəlişlərinizdən hiss edirəm ki, fəlsəfəyə yaxın insansınız. Ona görə də istərdim ki, azərbaycan vikipediyasında fəlsəfəyə dair yeni məqalələr yaradasınız, mövcud olanları təkmilləşdirəydiniz. Hörmətlə azərbaycan vikipediyasında idarəçilərdən biri --Acategory (talk) 09:50, 3 may 2012 (UTC)Cavabla
Ulduz | |
Azərbaycan dilində olan Vikipediyanın zənginləşdirilməsi üçün göstərdiyiniz dəyərli fəaliyyətə görə!
|
Təbrik edirəm.--Baskervill✍ 19:19, 30 iyun 2012 (UTC)Cavabla
Xahiş edirəm, minnətdarlığımı qəbul edin. Philosopherazer, 19 avqust 2012-ci il
Hörmətli Philosopherazer. Fəlsəfəni bilən şəxs olduğunuza görə Sizi azərbaycan vikipediyasında fəlsəfəyə dair yeni məqalələr yaradılmasına, mövcud olanları təkmilləşdirilməsinə dəvət edirəm. İnanıram ki, Sizin redaktələriniz vikipediyanı zənginləşdirə bilər. Əməkdaşlıq arzusu ilə azərbaycan vikipediyasında idarəçilərdən biri --Acategory (talk) 04:49, 19 avqust 2012 (UTC)Cavabla
Dəvətə və dəstəyə görə təşəkkür edirəm. Çox sağ olun. Hörmətlə: Philosopherazer,19 avqust 2012-ci il
Hörmətli Philosopherazer. İstifadəçi və azrbaycan vikipediyasında idarəçilərdən biri olan Ceklinin Adil Əsədov məqaləsinə yerləşdirdiyi "vikiləşdirmə" şablonunu yenidən bərpa etdim. Doğrudan da məqalə vikipediya qaydaların uyğunlaşdırlmalıdır. Məqalədə artıq material çoxdur, ensiklopediyaya aidiyyatı olmayan çox sayda informasiya yerləşdirilib. Əgər Siz məqalə üzərində işinizi bitirdinizsə biz vikipediya redaktəsi apara bilərik (aparacağıq). Ancaq biz Sizin kimi ziyalıların burada ensiklopedik məqalər yaratmasında maraqlıyıq.
Şablonu isə silməyin, bunu etsəniz fəaliiyətiniz bloklana bilər (bir müddətə məcburi dayandırılır). Hörmətlə azərbaycan vikipediyasında idarəçilərdən biri --Acategory (talk) 08:32, 22 avqust 2012 (UTC)Cavabla
Hörmətli Acategory.
Sizin Azərbaycan vikipediyasında idarəçilərdən biri olaraq təcrübənizə və səmimiyyətinəzə inanıram. Məqaləni vikiləşdirmək qayğınızı qiymətləndirirəm və bu səbəbdən də Cekli829 tərəfindən edilmiş qərəzli redaktələri geri qaytataraq, məqaləni Sizin ixtiyarınıza buraxıran. Hörmətlə, Sizin, Philosopherazer, 22 avqust 2012
Cekli829 adlı istifadəçiyə cavab: Siz özünüz haqqında yaratdığınız "Əlhəddin Cekli" adlı məqalədə də şəklinizin altından Azərbaycan Respublikasının vətəndaşı olduğunuzu göstərməmisiniz və Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini verməmisiniz, əvəzində isə SSRİ bayrağının təsvirini vermisiniz(iki dəfə). Bu isə Sizin Azərbaycan Respublikasının müstəqilliyinə qarşı ən azı etinasızlığınızı nümayiş etdirir və mən elə bu səbəblərdən Azərbaycan vikipediyasının idarəçilərindən biri statusunun Sizə verilməsinin düzgün olmadığını düşünürəm və Sizə etibar etmirəm. Etdiyiniz redaktənin qərəzli olması isə özünü ən azı onda göstərir ki, Məqalənin “Elmi fəaliyyət” bölməsində etibarlı mənbələrə - YUNESKO-nun rəsmi saytına və Rusiyanın Elmi Elektron Kitabxanasının saytına – edilən iqtibasları redaktə adı ilə silməyə səy edirsiniz. Bu isə vikipediya qaydalarına daban-dabana ziddir.--Philosopherazer (talk) 15:47, 22 avqust 2012 (UTC)Cavabla
Cekli829 adlı istifadəçiyə cavab: İstifadəçilərin ünvanına təhqiredici yazılar yazmaq Vikipediya qaydalarına görə qadağandır. Nə mənim barəmdə, nə də bağqasının barəsində təhqiramiz ifadələrə yol verməyin. Nəzakətli olun. Etibarlı mənbələrə edilən iqtibasları (O cümlədən Məqalənin “Elmi fəaliyyət” bölməsində etibarlı mənbələrə - YUNESKO-nun rəsmi saytına və Rusiyanın Elmi Elektron Kitabxanasının saytına – edilən iqtibasları) redaktə adı ilə silməyə səy etməyiniz isə Sizin qərəzli olduğunuzdan, neytral olmadığınızdan xəbər verir. Unutmayın ki, nəzakətlilik prinsipi ilə yanaşı, neytrallıq və etibarlı mənbələrə iqtibasların verilməsi də vikipediyanın qaydaları içərisindədir. --Philosopherazer (talk) 09:29, 23 avqust 2012 (UTC)Cavabla
Üzərində işlədiyiniz Adil Əsədov məqaləsi ilə bağlı Sizə bir suallım var: Adil Əsədovun atasının adı İskəndərdir, yoxsa İsgəndər? Çünki bu mənbədə onun qardaşı Rövşən İskəndər oğlu Əsədov (vərəsələr - Əsədova Gülsumə, Əsədov Rövşən, Zeynalova Kəmalə, Davudova Rəvanə, Əsədova Cəmilə və Mühbəliyeva Ülkər adından) Adil Əsədovun atasının adının İskəndər olduğunu iddia edir. Sitat:
Heç vaxtı atanın və ananın qayğıları ilə maraqlanmayan, atasının adı İskəndər olduğu halda məhkəməyə müraciətlərində atanın adını İsgəndər yazan iddiaçı, Əsədov Adil İskəndər oğlu özünün “qanun üzrə vərəsəlik hüquqları”-nın pozulması barədə qardaşı-cavabdeh Əsədov Rövşən İskəndər oğluna qarşı, iddia tələbi bəlli olmayan, mücərrəd xarakterli, iddia tələbinə yox, vəsatətə bənzəyən ərizə ilə Quba rayon məhkəməsinə müraciət etmişdir...
Əlavə olaraq qeyd edim ki, bir şahdağlının öz doğmalarını məhkəməyə verməsini çox mənfi qiymətləndirirəm. Dərin hörmətlə, --►CEKLİde gəlsin 03:52, 23 avqust 2012 (UTC)Cavabla
Istinadla bağlı iradınız düzgündür. Ancaq kiminsə ailədaxili məsələlərini tapıb burada müzakirəyə çıxarmaq və ona şəxsi münasibət bildirmək yolverilməzdir. Siz təcrübəli və xidmətləri olan istifadəçi və idarəçisiniz. Sizdən bu addımı görmək mənim üçün şok oldu. İstərdim ki, məni düzgün başa düşəsiniz. Vikipediyada səmiməyyəti qorumaq, yeni istifadəçilərlə səbirlə işləmək bizim borcumuzdur. Hörmətlə --Acategory (talk) 09:49, 23 avqust 2012 (UTC)Cavabla
Üzərində işlədiyim Adil Əsədov məqaləsi ilə bağlı Sizin mənə ünvanladığınız suala cavabım belədir: Adil Əsədovun atasının adı İsgəndərdir. "Çünki" sözlərindən başlayan qeydlərinizlə əlaqədar olaraq isə bildirim ki, atasından miras qalan əmlakla bağlı Adil Əsədovla qardaşı arasındakı fikir ayrılığı məhkəmə tərəfindən artıq həll olunub. Azərbaycan Respublikasının Ali Məhkənəsinin Qərarı ilə onun Qanunla təsbit edilmiş vərəsəlik hüquqları artıq təstiq edilib. Qeydlərinizin son abzasında yazdıqlarınızla bağlı nəzərinizə çatdırım ki, sivil cəmiyyətdə Qanunun aliliyi prinsipi hamı üçün mühümdür, şahdağlı olanlar üçün də, şahdağlı olmayanlar üçün də. Qeydlərinizi "Dərin hörmətlə" sözləri ilə bitirdiyiniz üçün isə təşəkkür edirəm. --Philosopherazer (talk) 07:06, 23 avqust 2012 (UTC)Cavabla
Hörmətli Philosopherazer. Xahiş edirəm, səbirli olun, bir müddət Adil Əsədov məqaləsinə heş bir düzəliş etməyin. Çünki, Sizin düzəlişlərinizdə həqiqətən müəyyən xətalar var və onlar vikipediya qaydalarına uyğunlaşdırılmalıdır. Ehtiyat edirəm ki, Sizin redaktə müharibəniz Sizin bloklanmanızla yekunlaşa. İnanın ki, dostum Cekli ilə birgə biz onu Sizin arzuladığınız səviyyəyə çatdıracayıq. Səbirli olun. Hörmətlə azərbaycan vikipediyasında idarəçilərdən biri --Acategory (talk) 09:56, 23 avqust 2012 (UTC)Cavabla
Hörmətli Acategory.
Sizin Azərbaycan vikipediyasında idarəçilərdən biri olaraq təcrübənizə və səmimiyyətinəzə inandığımı bir daha bəyan edirəm. Məqaləni Sizin ixtiyarınıza buraxıran. Hörmətlə, Sizin, --Philosopherazer (talk) 10:08, 23 avqust 2012 (UTC)Cavabla
Təşəkkür edirəm.--Acategory (talk) 10:40, 23 avqust 2012 (UTC)Cavabla
Hörmətli Philosopherazer. Bir daha xahiş edirəm, bir müddət Adil Əsədov məqaləsinə heç bir düzəliş etməyin. İmkan verin bir müddət dostumuz Cekli ilə məqalə üzərində redaktələri başa çatdıraq. Sonda Sizin fikirləriniz nəzərə alınacaq. İndiki halda müdaxiləniz arzulonmaq mübahisələrə gətirib çıxaracaq. Hörmətlə --Acategory (talk) 12:20, 24 avqust 2012 (UTC)Cavabla
Hörmətli Acategory. Siz ki, 23 avqust 2012 tarixli qeydlərinizdə Vətəndaşlığının ancaq Azərbaycan göstərilməsini təklif etmişdiniz. Arqumentləriniz də belə idi: Çünki, azərbaycan vikipediyasında 10 minlərlə insan haqqında məqalə vardır. Onların da demək olar hamısı SSRİ dövründə anadan olub. Elə isə bu sayda insanların hamısında SSRİ-Azərbaycan keçidi göstərilməlidir. Həmçinin bir qayda olaraq vətəndaşlığını dəyişən insanlarda bu keçid göstərilir, burada isə əvvəlki dövlət tarixdən silinib. Hələ demirəm ki, o biri dil səhifələrində belə keçidlər yoxdur." --Acategory (talk) 06:04, 23 avqust 2012 (UTC)" Bu təklifinizi və arqumentlərinizi unutdunuzmu? Bir də milliyyət göstərilən yerdə mötərizədə "buduqlu", "tat" kimi yazmaq düzgün deyil. Bu minvalla biz Mikayıl Müşfiqi tat şairi, Cəfər Cabbarlını tat dramaturqu adlandırılmasına yol açmış olarıq. Bir də digər azərbaycanlıların milliyyətinin göstərildiyi yerdə heç vaxt mötərizədə "türk" yazılmır. Bu səbəblərdən də özünüzün irəli sürdüyünüz təklifin gerçəkləşməsini gecikdirməməyinizi, mənim bu gün etdiyim redaktəni yenidən bərpa etməyinizi xahiş edirəm. Çünki milliyyət və vətəndaşlıq məsələləri son ciddi məsələlərdir. Onu da qeyd edim ki, Sizin prosesə qoşulmağınızdan sonra dostumuz Ceklinin də redaktələrində heç bir etiraza səbəb olmayan, əksinə təşəkkürə səbəb olan bir çox məqamlar vardır ki, bunlara görə də, Sizə, eləcə də dostumuz Cekliyə təşəkkür edirəm. Hörmətlə --Philosopherazer (talk) 13:28, 24 avqust 2012 (UTCHörmətli
İstifadəçi Philosopherazer. Mənə aidiyyatı olmasa da Sizin çəkdiyiniz zəhmətin hədər getməməsi üçün mən Sizin istifadəçi Cekli ilə polemikanıza qoşuldum. İndi isə Sizin mənimlə böyük bir əda ilə danışır, üzərimə minnət qoymaq istəyirsiniz. Elə isə, bundan sonra sizlərin polemikanıza qoşulmayacığımı bildirirəm. --Acategory (talk) 13:42, 24 avqust 2012 (UTC)Cavabla
Mənim çəkdiyim zəhmətin hədər getməməsi üçün qayğılandığınız üçün və əslində bundan da daha çox, atdığınız bütün mərdanə addımlar üçün Sizə bu ayrılıq çağında təşəkkürümü bildirməyi özümə borc bilirəm. Onu da nəzərinizə çatdırmağı özümə borc bilirəm ki, Sizin bu ayrılıq jestiniz mərd və ədalətli insan obrazında məndə bu vaxta yaratdığınız simpatiya duyğusunu heç də azaltmadı. Hörmətlə: --Philosopherazer (talk) 14:18, 24 avqust 2012 (UTC)Cavabla
Hörmətli Philosopherazer. Adil Əsədov məqaləsinin Elmi fəaliyyəti bölməsini ensiklopedik səviyyəyə çatdırsaydınız, Sizə çox minnətdar olardıq. Hörmətlə, --►Şahdağlı Cekli 12:23, 24 avqust 2012 (UTC)Cavabla
Hörmətli Cekli Şahdağlı. lərinizdən görünür ki, məqalə üzərində çox böyük iş görmüsünüz. Təşəkkür edirəm. Elmi fəaliyyəti bölməsini ensiklopedik səviyyəyə çatdırmaq barədə xahişinizi məmnuniyyətlə yerinə yetirirəm. Mənim də Sizdən bir xahişim var. Şəklin altındakı məlumatları belə saxlayın:
|Doğum yeri = Azərbaycan SSR, Quba şəhəri |Vətəndaşlıq = Azərbaycan |Milliyət = azərbaycanlı
Düşünürəm ki, SSRİ adı bircə yerdə getsə, obyektivlik də təmin olunmuş olar, üç yerdə SSRİ bayrağının göstərilməsi kimi əlavə informasiyadan da xilas olmuş olaraq. Hörmətlə: --Philosopherazer (talk) 15:16, 24 avqust 2012
Hörmətli Philosopherazer. Dünya iradə və təsəvvür kimi (əsər) məqaləsi vikipediyamızda vardır və sizin redaktələriniz də orada qeyd edilib. Hörmətlə --Acategory (talk) 17:00, 16 aprel 2014 (UTC)Cavabla
Hörmətli Acategory. Təşəkkür edirəm. Hörmətlə --Philosopherazer (talk) 11:15, 17 aprel 2014 (UTC)Cavabla