Salam, Qolcomaq/Arxiv 3! Biz ABŞ haqqında məqalələri inkişaf etdirmək məqsədi ilə ABŞ VikiLayihəsinə qoşulmaq istəyən redaktorlar axtarırıq. Biz sizin də maraqlanacağınızı düşünürük və ümid edirik ki siz də bizə qatılacaqsınız. Təşəkkür edirik!!! |
Sabahınız xeyir. Sizin indi kəndlər haqqında məqalələr yaratdığınızı gördüm. Məlumat üçün bildirirəm ki indi istifadə etdiyiniz Kənd şablonu köhnəlib, parametrləri düz deyil. Məsələn kordinatları göstərmir. Məncə YM şablonundan istifadə etsəniz yaxşıdır. Aydın Məmmədov (müzakirə) 04:12, 9 yanvar 2017 (UTC)Cavabla
Salam Aleykum. Həmkar sizdən ricam Cənubi Azərbaycan və Şimali Amerika müvzulu aylarının mükafat şəkillərinin tərtibatıdır. Hörmətlə_Qolçomaq (müzakirə) 16:49, 16 yanvar 2017 (UTC)Cavabla
Salam həmkar. Xahiş edirəm Məsud Əhməd oğlu Mahmudov məqaləsinə baxasınız. Deyəsən kimsə özü haqda məqalə yaradıb.Həm də yalan məlumat yerləşdirib deyəsən. Neriman2003 (müzakirə) 12:39, 24 dekabr 2017 (UTC)Cavabla
Salam hörmətli həmkar. Şimali Amerika ayı başlayıb ki? Siz yoxsa özünüz bu ay haqqında məqalələri yaradırsınız? --Anar kerimxanov (müzakirə) 22:08, 23 yanvar 2017 (UTC)Cavabla
Salam hörmətli həmkar. Mən neçə ədəd məqalə yaratmalıyam ki, "Viki Razılıq" nişanı alım? Zəhmət olmasa suallarımı cavablandırarsınız. Bu haqda mənə biraz məsləhətlər verərdiniz. Xahiş edirəm. --AnarHuseinWS (müzakirə) 18:31, 7 sentyabr (UTC)
Salam hörmətli həmkar. Mən Yanacaq-energetika sənayesi səhifəsinə şəkillər yükləmişdim. Amma bir müddət sonra şəkillər silindi.Bunun səbəbini bilmək istəyirəm. Neriman2003 (DE GƏLSİN!) (müzakirə) 18:56, 22 dekabr 2017 (UTC)Cavabla
Salam həmkar. Xahiş edirəm Sonu saz ile biten sözler məqaləsinə nəzər keçirəsiniz.
Mənə verdiyiniz bu mükafat üçün Sizə təşəkkür edirəmǃ Hörmətlə, --►Cekli səkkiz yüz iyirmi doqquz 11:20, 1 fevral 2017 (UTC)Cavabla
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilmiş "Naxçıvan ayı" layihəsi ilə əlaqədar təltif etdiyiniz gümüş medal mükafatına görə sizə təşəkkür edirəmǃ Dərin hörmətlə, Elnur Neciyev (müzakirə) 15:09, 2 avqust 2017 (UTC)Cavabla
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilmiş "Vikidata-Azərbaycanlılar ayı" ilə əlaqədar təltif etdiyiniz gümüş medal mükafatına görə sizə təşəkkür edirəmǃ Dərin hörmətlə, Elnur Neciyev (müzakirə) 00:22, 21 avqust 2017 (UTC)Cavabla
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilmiş "Nəqliyyat ayı" layihəsi ilə əlaqədar təltif etdiyiniz gümüş medal mükafatına görə sizə təşəkkür edirəmǃ Dərin hörmətlə, Elnur Neciyev (müzakirə) 17:08, 23 sentyabr 2017 (UTC)Cavabla
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilmiş "Naxçıvan ayı" layihəsi ilə əlaqədar təltif etdiyiniz qızıl medal mükafatına görə sizə təşəkkür edirəmǃ Dərin hörmətlə, caspianman (müzakirə) 23:09, 19 avqust 2017 (UTC)Cavabla
Mənə verdiyiniz Ulduz mükafatı üçün Sizə təşəkkür edirəm! Neriman2003 (müzakirə) 19:56, 25 dekabr 2017 (UTC)Cavabla
Здравствуйте! В настоящее время при участии Викимедиа РУ проводится международный конкурс "Узнай Россию. Начни с Дона", посвящённый достопримечательностям Ростовской области. Одна из номинаций предусматривает создание статей о туристических объектах Ростовской области на разных языках. Чтобы принять участие в конкурсе, необходимо написать статьи, а затем добавить их в конкурсную таблицу. 7 участников, набравшие наибольшее число баллов, получат ценные призы. Приглашаю Вас принять участие в конкурсе! Andreykor (müzakirə) 19:28, 2 fevral 2017 (UTC)Cavabla
Salam. İdarəçiliyə namizədliyimi vermişəm. Dəstək olsanız sevinərəm.--samral müzakirə 12:03, 3 fevral 2017 (UTC)Cavabla
Salam həmkar. Atka adası məqaləsindəki xəritəni rus dilindəki kimi edə bilərsiniz. Fəaliyyətinizdə uğurlar. --Anar kerimxanov (müzakirə) 16:52, 3 fevral 2017 (UTC)Cavabla
Salam. Əgər belə şəkillərin müəllifi həqiqətən özünsənsə, o zaman yaxşı olar ki, onları birbaşa Kommonsa yüklə. Həmçinin şəkilləri mümkün qədər dəqiq adlandırmağa çalış. Hörmətlə, --►Cekli səkkiz yüz iyirmi doqquz 05:28, 27 fevral 2017 (UTC)Cavabla
Xüsusi ulduz | |
Azərbaycandilli Vikipediyaya verdiyiniz müstəsna töhfələrinizə görə təltif edilirsiniz. Hörmətlə: Wikipediya M (müzakirə) 08:11, 2 mart 2017 (UTC)Cavabla |
Salam hörmətli Qolcomaq. Sizdən çox xahiş edirəm ki, Şimali Amerika ayının qalib gələn istifadəçilərini lütfən mükafatlandırasınız. --Wikipediya M (müzakirə) 7:53, 3 mart 2017 (UTC)
Salam həmkar. Xahiş edirəm PLAZMANIN FORMASI məqaləsinə nəzər keçirəsiniz. --Neriman2003 (müzakirə) 10:43, 29 dekabr 2017 (UTC)Cavabla
Salam. Fevral ayında keçirilmiş mövzulu ayla bağlı mənə təqdim etdiyiniz mükafata görə təşəkkürlər. Amma Sizinlə bir məsələni dəqiqləşdirmək istəyirəm. Qiymətləndirməni apararkən Sint-Estatius, Kralendeyk, Oranyestad (Sint-Estatius), Bottom və s. məqalələrə 0 xal verməyinizin nsəbəbini öyrənə bilərəmmi? Və yaxud da KONKAKAF Qızıl Kuboku və KONKAKAF Çempionatı kimi məqalələrə cəmi 1 xal verməyinizin səbəbi nədir? Axı bu məqalələr yaxşı vikiləşdirilmiş kiçik ölçülü məqalələrdir. Onlar üçün isə qiymətləndirmə zamanı 15 xal nəzərdə tutulub.
Həm də Vikipediya:Mövzulu ay/Şimali Amerika ayı səhifəsinin Qiymətləndirmə bölməsində qeyd edilib ki, "Qiymətləndirmə "Qiymətləndirmə Komissiyası"nın (QK) üzvləri tərəfindən aparılacaq. QK üzvləri qiymətləndirməni aşağıda göstərilmiş metodla aparacaq. Onlar qiymətləndirməni ay başa çatdıqdan sonra maksimum 10 gün ərzində yekunlaşdırmalıdır. Qeyd olunan müddətə qədər QK üzvləri tərəfindən yekunlaşdırma aparılmazsa, müddət daha 10 gün uzadılır və qiymətləndirmə ilə bağlı qalan yekunlaşdırmanı aparmaq səlahiyyəti bürokrat və ya idarəçilərdən birinə verilir. Əgər onlar da yekunlaşdırma aparmazsa, müddət daha 1 həftə uzadılır və qiymətləndirmə ilə bağlı qalan yekunlaşdırmanı aparmaq səlahiyyəti aktiv istifadəçilərə keçir." Qiymətləndirmə Komissiyasının üzvləri arasında isə Sizin adınız yoxdur. Sizcə apardığınız qiymətləndirmə yersiz bir hərəkət deyilmi? Bir az sərt oldu, buna görə üzr istəyirəm. Amma yaxşı olardı ki, Sizin kimi aktiv istifadəçi belə məsələləri nəzərə alsın.
Hörmətlə, --►Cekli səkkiz yüz iyirmi doqquz 19:12, 3 mart 2017 (UTC)Cavabla
10 mart 18:30 tarixində vikipediyaçıların növbəti görüşü planlaşdırılıb. Belə ki, AMEA Mərkəzi Elmi Kitabxanasında aktiv vikipediyaçıların və mövzulu ayın qaliblərinin görüşü və mükafatlandırılması tədbiri keçiriləcək. Görüşdə vikipediya ilə bağlı olan problemlər, istifadəçilərin təklifləri və digər zəruri məsələlər müzakirə olunacaq. Görüşün təşkilində əsas məsələlərdən biri də Azərbaycan Milli Ensiklopediyasının elektron formatda vikipediyaçılara təqdim olunmasıdır. Yəni arzu edən şəxslərə həmin ensiklopediya göndəriləcəkdir. İştirak etmək istəyən şəxslər 18:00-da AMEA Mərkəzi Elmi Kitabxanasına dəvət olunur. Giriş sərbəstdir. --BaskervillDe gəlsin ! 08:24, 9 mart 2017 (UTC)Cavabla
Layihə ordeni | |
Layihələrin təşkilində görmüş olduğunuz işlərə görə sizə bu mükafatı təqdim edirəm. İnanıram ki, fəaliyyətiniz davamlı olacaq. --BaskervillDe gəlsin ! 13:37, 9 mart 2017 (UTC)Cavabla
|
Etdiyiniz təltifə görə sizə təşəkkür edirək. Çox təssüf ki sabahkı görüşdə iştirak edə bilməyəcəyəm. İnanmazsınız necə iştirak etmək istərdim. İşimi tərk etmək mümkünsüzdür. Sizində bu vikipediyanın inkişafına yönəlik fəallığızı yüksək qiymətləndirir və sizə təşəkkür edirəm.--Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 13:51, 9 mart 2017 (UTC)Cavabla
Salam, zəhmət olmasa mənə öz mail ünvanızı deyin. Sizə bir sənəd göndərəcəm. --BaskervillDe gəlsin ! 08:38, 10 mart 2017 (UTC)Cavabla
Добрый день! От лица организаторов конкурса «Узнай Россию. Начни с Дона» поздравляю Вас с завоеванием призового места! Узнать о занятом Вами месте и прилагающихся призовых можно на странице конкурса. Для перечисления полагающихся Вам призовых сумм, прошу Вас перейти по ссылки ниже для заполнения формы для оплаты. Просьба не затягивать с заполнением формы. https://docs.google.com/forms/d/1GrMSMivSbMNWVolZ3LbA5CACaAj5ZvM6DpDa2J_yh20/viewform?edit_requested=true
С уважением Дмитрий Жуков. ([email protected]) 16.05.2017 JukoFF (müzakirə) 09:19, 16 may 2017 (UTC)Cavabla
Salam. Mümkünsə Mövzulu ay üçün hazırladığınız "Dünya şəhərləri ayı" layihəsininin vaxtını bir ay irəli çəkib, iyun ayında "Naxçıvan ayı" layihəsini keçirə bilərikmi? Əgər etirazınız yoxdursa, mən yerdəyişməni edərdim. Hörmətlə, --►Cekli829 07:10, 23 may 2017 (UTC)Cavabla
Salam. Kənd meydanında yazdığım mövzu haqqında fikirlərinizi bildirməyinizi xahiş edirəm. --Drabdullayev17 (müzakirə) 20:12, 4 iyun 2017 (UTC)Cavabla
Salam Aleykum. Zəhmət olmazsa mənim sizin tərəfinizdən bloklanmmanızın səbəbini izah edərdiniz. Hörmətlə__Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 20:15, 3 iyun 2017 (UTC)Cavabla
Salam hörmətli Qolcomaq. Çox xahiş edirəm ki, Naxçıvan ayının qalib gələn iştirakçılarını lütfən mükafatlandırasınız. --Wikipediya M (müzakirə) 05:55, 6 iyul 2017 (UTC)Cavabla
Salam. Necəsiniz? Sizdən bir xahişim olacaq. Siz, foto cropped edə bilərsiniz? Çox vacibdir. Hörmətlə Barselona 18:39, 26 iyul 2017 (UTC)Cavabla
Salam Hörmətli Qolcomaq. Sizə yazmaqda məqsədim Mövzulu ay üzrə keçirilən Naxçıvan ayında qiymətləndirmə ilə bağlıdır. Xahiş edirəm cavablandırardınız. Nəyə əsasən yaratdığım bütün məqalələrimə cəmi 2 bal vermisiniz. İlk öncə onu deyimki, Naxçıvan dağları kateqoriyasına daxil olan dağların çoxusunu mən yaratmışam və olanları isə qaralama vəziyyətindən çıxardaraq bir məqalənin tam vikiləşməsi üçün nə lazımdırsa etmişəm. Baxmayaraqki kiçik həcmli məqalələrdir. Çünki bu geomorfolji işdir və Naxçıvan ensiklopediyasına istinad verilmiş məqalələrdir. Ən azından hər yaratdığım dağ məqaləsini və ya redaktə etdiyim, qaralama vəziyyətindən çıxartdığım məqalələrə eyni bal verilməsini nəzərə alasınız. Bacardığım qədər Vikipediyya məndə bir könüllü olaraq öz töhfələrimi vermək istədim. Nəticəsi isə məni çox üzdü. Ümid edirəm ki, bunları nəzərə alaraq qiymətləndirməni dəyişəcəksiniz. --A.Aida88 (müzakirə) 09:18, 27 iyul 2017 (UTC)Cavabla
Salam Qolcomaq. Əgər "Naxçıvan ayı"nda qiymətləndirməni belə davam etdirəcəksinizsə, yaxşı olar ki, saxlayın ;) Belə ki, yaratdığım bir çox məqalələrə sadəcə 2-3 xal vermisiniz. Məsələn, konkret Elmar Quliyev məqaləsinə 2 xal vermisiniz. Mümkünsə, bu iki xalı necə müəyyənləşdirdiyiniz izah edərdiniz. Hörmətlə, --►Cekli829 11:27, 27 iyul 2017 (UTC)Cavabla
Salam Hörmətli həmкar Qolcomaq/Arxiv 3. Sizi burada, 7 avqust 2017 tarixində keçiriləcək AzVikidə kimya mövzusunda olan problemlərlə bağlı müzakirəyə dəvət edirəm. |
Hörmətlə --Sir Salmanland 06:54, 1 avqust 2017 (UTC)Cavabla
Salam, hörmətli həmkar! Sizi laboratoriya səhifəsində Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının haqqında hazırlanan siyahıyə səs verməyə dəvət edirəm. --Azərbaycan-e-Cənubi 03:45, 8 avqust 2017 (UTC)Cavabla |
Nəyə əsasən çayın adını Ualyaqa olaraq dəyişmisiniz? (Rusların tələffüz qaydası ilə)--Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 20:09, 10 avqust 2017 (UTC)Cavabla
Tərxan Paşazadə tərəfindən mənim haqsız boklanmağıma cavab olaraq onun məni təltif etdiyi
"Cekli" ordeni | |
Azərbaycandilli Vikipediyanın inkişafında göstərdiyiniz yüksək xidmətlərinizə görə bu mükafat Sizin haqqınızdır. Dərin hörmətlə,--►Cekli səkkiz yüz iyirmi doqquz 18:02, 21 fevral 2017 (UTC)Cavabla
|
imtina edirəm--Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 17:33, 20 avqust 2017 (UTC)Cavabla
Salam, hörmətli həmkar! Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısının "Seçilmiş siyahı" statusu alması üçün bu səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. --Azərbaycan-e-Cənubi 14:16, 23 avqust 2017 (UTC)Cavabla |
Salam Hörmətli həmкar Qolcomaq/Arxiv 3. Sizi Kalifornium məqaləsinin laboratoriyadakı səsverməsinə dəvət edirəm. |
Hörmətlə --Corc vaşington(Henri Cons Junior) 05:54, 6 sentyabr 2017 (UTC)Cavabla
Salam həmkar, mən Seçilmiş məqalələr arasında təmizlik işi aparıram və aşağıda yazılan məqalələr SM-ın standartlarına cavab vermir. Ona görə də xahiş edirəm səsvermədə iştirak edəsiz. Siyahı aşağıda göstərilib
Hörmətlə --Azerifactory (müzakirə) 07:31, 7 sentyabr 2017 (UTC)Cavabla
Cənab Qolcomaq, məqalənin həcmini genişləndirdim.--Corc vaşington(Henri Cons Junior) 12:59, 8 sentyabr 2017 (UTC)Cavabla
Salam Aleykum. Həmkar Qalisiya bağlı təklifinizi bəyəndim. Düşünürəm ki, İnşallah qismət olsa gələn aylardan birini elan etkəm olar. Hörmətlə--Qolcomaq (müzakirə) 19:18, 8 sentyabr 2017 (UTC)Cavabla
Salam. "Mövzulu ay" layihələri ilə bağlı təqdim etdiyiniz mükafatlara görə təşəkkürlər! Amma bir xahişim var. Mümkünsə, buradakı "Gümüş medal" sözlərini "Gümüş medal" sözləri ilə əvəz edin ;) Hörmətlə, --►Cekli829 18:45, 26 sentyabr 2017 (UTC)Cavabla
Salam, mənim nəqliyyat ayı ilə bağlı yaratdığım üç məqaləyə (SpaceX, Özügedən avtomobili, Blue Origin) bal verilməyib. Səbəbi nədir? -- Hüseynzadə 16:37, 28 sentyabr 2017 (UTC)Cavabla
İDARƏÇİ SEÇKİSİ | ||
Salam! Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Drabdullayev17 (müzakirə) 07:10, 1 oktyabr 2017 (UTC) Cavabla |
Salam həmkar. burada Yüklədiyim şəkillər bölməsini əlavə etmək yadımdan çıxıb. Zəhmət olmasa, onlara da qiymət verin. --Masalli qasimli (müzakirə) 08:33, 1 oktyabr 2017 (UTC)Cavabla
1-ci, 2-ci və sair yerləri tutmaq necə hesablanır? Nə qədər xal toplamaq lazımdır? --Masalli qasimli (müzakirə) 08:38, 1 oktyabr 2017 (UTC)Cavabla
İDARƏÇİ SEÇKİSİ | ||
Salam! Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Azerifactory (müzakirə) 21:10, 2 oktyabr 2017 (UTC) Cavabla |
Hörmətli həmkarım Eldarado gələn ay Başqırd vikidə Azərbaycan ayı keçiriləcəkdir (İnşallah). Vaxtınız olduqca bu linqə dövlətimiz, millətimiz və az viki üçün əhəmiyyətli məqalələri daxil edərdiniz. Hörmətlə--Q🅾⚓Ç🅾Ⓜ🅰Q 10:21, 12 oktyabr 2017 (UTC)
Salam həmkar. Sizə facebookda mesaj yazmışam. Xahiş edirəm, oxuyub cavab yazın. --Masalli qasimli (müzakirə) 17:08, 22 oktyabr 2017 (UTC)Cavabla
Salam. Mən əvvəlcədən Coğrafiya ayının qalibi olmağınız münasibətilə Sizi təbrik edirəm, Çox böyük əziyyət çəkmisiniz və Siz qalib adına layiqsiniz. Sizdən bir xahişim var. Qiymətləndirmə prosesində 70 - 559-cu məqalələrin qarşısında bal qeyd olunmayıb, digər iştirakçıların bəzilərində olduğu kimi, qiymətləndirilməyən məqalələr üçün ondan əvvəlki və sondakı məqalələrin qiyməti ilə eynidirsə, yəni hər bir məqalə üçün 3 bal nəzərdə tutulmuşsa, yekun bal fərqli alınır, həm də kateqoriyalara görə ballar ümumi nəticədə nəzərə alınmamışdır, bir daha nəzər yetirməyinizi Sizdən xahiş edirəm.Rəşid Nurməmmədov (müzakirə) 17:54, 4 noyabr 2017 (UTC)Cavabla
Salam həmkar. Entebbe məqaləsi üzərinə xəritə və həmin xəritənin üzərinə də, şəhərin qırmızı nöqtə ilə göstərilmiş koordinatlarını əlavə etmək istəyirəm. Cəhd etdim, amma alınmadı. Kömək edə bilərsiniz ? --Baskervill (müzakirə) 13:11, 6 noyabr 2017 (UTC)Cavabla
Salam Qolcomaq. Sizi Azərbaycan dilində olan vikipediyanın idarəçisi seçilməniz münasibətilə təbrik edirəm. İnanıram ki, bundan sonra da azvikinin inkişafı üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hörmətlə:--Sortilegus (müzakirə) 18:54, 24 noyabr 2017 (UTC)Cavabla
Salam. Mən də Sizi idarəçisi seçilməniz münasibətilə təbrik edirəm! Fəaliyyətinizdə uğurlar! Hörmətlə, --►Cekli829 20:08, 24 noyabr 2017 (UTC)Cavabla
Salam. Noyabr ayı üçün "Gümüş ulduz" mükafatına görə təşəkkür edirəm. Fürsətdən istifadə edərək "Asiya ayı" çərçivəsində yüksək və məhsuldar fəaliyyətinizi alqışlayır, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram! Hörmətlə, Rəşid Nurməmmədov (müzakirə) 20:24, 30 noyabr 2017 (UTC)Cavabla
Asiya ayı 2017 birincisi və Vikipediya Asiya Ayı Səfiri fəxri adı! | |
Hörmətli Qolcomaq/Arxiv 3! Bu mükafata 1 noyabr - 30 noyabr 2017-ci il tarixləri arasında keçirilmiş Asiya ayı 2017 layihəsinə görə layiq görülürsüz. Layihə çərçivəsində təqdim etdiyiniz məqalələrin 80-i təsdiq olunmuş və sonda 1-ci yeri tutmuşsunuz! Sizi təbrik edir və uğurlar arzulayıram.--White DemΩn (el psy congroo) 19:21, 1 dekabr 2017 (UTC)Cavabla |
Salam. Xahiş edirəm Ewqin ewqin adlı istifadəçinin bloklanma səbəbini izah edəsiniz. --Drabdullayev17 (müzakirə) 18:25, 4 dekabr 2017 (UTC)Cavabla
Salam hər vaxtınız xeyr C. Azərbaycan'dan sizi salamlayıram Qolcomaq bəy sizinlə necə xüsusi danışıq apara bilərəm?
Salam. Sizəb bir sual verə bilərəm? Barçamaniya (müzakirə) 19:58, 9 dekabr 2017 (UTC)Cavabla
Salam. Mən, Nailə Rüstəmzadə məqaləsini yaratdım. Amma, məqaləni hələ tamamlamamış, idarəçilərdən biri məqaləni sidi. Həmin şəxs, ensiklopedikdir. Komitə sədridir, XİN-nin II Katibidir və s. Məqaləni bərpa edə bilərsiniz? 109.237.119.130 11:04, 22 dekabr 2017 (UTC)Cavabla
Salam cənab Qolcomaq. İstifadəçi yaradılması qeydlərindəki yeni istifadəçilərə xg mesajı göndərərkən bir zəhmət sıralamaya diqqət edərdiz. Yəni aşağıdan, yuxarıya doğru (əvvəlcə qeydiyyatdan keçmiş istifadəçilərdən daha yenilərə doğru). Belə olmadıqda qarışıqlıq yaranır və mesaj göndərilməmiş əvvəlki istifadəçiləri tapmaq zərurəti yaranır. Məsələn 2 dəfə 10-dan çox istifadəçiyə bu cür qarışıqlıq zamanı mesaj göndərilməmişdir. --Rufet Turkmen | müzakirə 12:27, 22 dekabr 2017 (UTC)Cavabla
Salam. IP-ləri bloklayarkən heç vaxt qeyri-müəyyən müddət seçməyin. Çünki eyni IP-dən çox sayda istifadəçi istifadə edə bilər. Hörmətlə, --►Cekli829 06:04, 26 dekabr 2017 (UTC)Cavabla
Yazının niyə silindiyini bilmək olar? Yeni istifadəçi olduğumdan vaxtımın hədər yerə sərf olunmasını istəmirəm. — Bu imzasız yazı Hercule.Poirot (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam. Sizi qarşıdan gələn "Dünya Azərbaycanlıların Həmrəylik günü" və "Yeni İl" münasibəti ilə təbrik edirəm! ►Anar Məmmədov (müzakirə) 29 dekabr, 2017 (UTC)
Congratulations! You have more than 4 accepted articles in Wikipedia Asian Month! Please submit your postal mailing address via Google form or email me about that on [email protected] before the end of Janauary, 2018. The Wikimedia Asian Month team only has access to this form, and we will only share your address with local affiliates to send postcards. All personal data will be destroyed immediately after postcards are sent. Please contact your local organizers if you have any question. We apologize for the delay in sending this form to you, this year we will make sure that you will receive your postcard from WAM. If you've not received a postcard from last year's WAM, Please let us know. All ambassadors will receive an electronic certificate from the team. Be sure to fill out your email if you are enlisted Ambassadors list.
Best, Erick Guan (talk)