. Love.az

Istifadeci Muzakiresi Rufet 87 - Wikipedia - Love.az

Ana Səhifə - Istifadeci Muzakiresi Rufet 87
   Vikipediya Xoş gəldiniz, Rufet-87!
Tez-tez soruşulan suallar Salam, Rufet-87. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı düyməsinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

Gadir (müzakirə) 11:05, 10 iyul 2023 (UTC)Cavabla

Qəhrəman Süleymanlı

redaktə
Son rəy: 11 ay öncə8 şərhMüzakirədə 2 nəfər

Salam. Zəhmət olmasa, müzakirəsiz yenidən yaratmayın. Məqalənin bərpası üçün etibarlı mənbə və əsassız olmayan, əsaslandırılmış arqumentlərinizlə birlikdə bərpa üçün namizəd səhifələrə müraciət edə bilərsiniz. Müzakirə nəticəsində silinmiş məqalələr yalnız müzakirə nəticəsində qərar verilib təkrar yaradıla bilər. Hörmətlə, Gadirmüzakirə 14:07, 13 iyun 2024 (UTC)Cavabla

Müzakirədən silirsiz axı yenidən müzakirə yarada bilmirəm. Və ən əsası müzakirədə mənbə istədilər, mən isə mənbəni sonra tapdım məqaləyə yerləşdirdim. Bəlkədə heç siz mənbələrə nəzər salmadan gəlib məqaləni silirsiz. Rufet-87 (müzakirə) 05:36, 14 iyun 2024 (UTC)Cavabla
Və mən yenidən yaradanda yeni bir mənbə tapıb yerləşdirirəm. Dəli deyiləm siz siləsiz mən yaradam. Bir baxın mənbəsi var ya yoxdu sonra silin. Rufet-87 (müzakirə) 05:37, 14 iyun 2024 (UTC)Cavabla
Zəhmət olmasa, nəzakətli olun. Məqalə müzakirə ilə silinib (bax: keçid). Orada qeyd edilən iradları təkrar nəzərdən keçirib ona uyğun məqaləni tərtib etməlisiniz. Bərpası üçün müzakirəyə təqdim etmək fikriniz varsa, mənə bildirin, qaralamada bərpa edim ki, üzərində işləyə biləsiniz. Hörmətlə, Gadirmüzakirə 05:55, 14 iyun 2024 (UTC)Cavabla
Bəli, bərpası üçün müzakirəyə təqdim etmək fikirim var. Birinci dəfə silinəndə indiki qeyd edilən istinadlar yox idi. İradları nəzərə aldım yenidən yaratdım. Oda qəbul edilmədi ki, etibarlı mənbə deyil. Məndə sonuncu dəfə kitab tapdım, onu istinad göstərdim https://anl.az/el/Download/2017/03/2010-1210.pdf - hər halda yəqin ki, bu etibarsız bir mənbə olmaz. Rufet-87 (müzakirə) 06:20, 14 iyun 2024 (UTC)Cavabla
Zəhmət olmazsa bərpası üçün müzakirəyə çıxarın məqaləni. Rufet-87 (müzakirə) 06:55, 14 iyun 2024 (UTC)Cavabla
Zəhmət olmasa Qəhrəman Süleymanlı səhifəsini qaralamada bərpa edin ki, üzərində redaktə edib təkrar müzakirəyə çıxara bilim. Rufet-87 (müzakirə) 18:21, 17 iyun 2024 (UTC)Cavabla
 Y Hörmətlə, Gadirmüzakirə 08:13, 18 iyun 2024 (UTC)Cavabla

Yaratmış olduğunuz Şair Nəbi Borçalı adlı məqalə qaralama ad fəzasına köçürüldü

redaktə
Son rəy: 1 ay öncə2 şərhMüzakirədə 1 nəfər
 
Yaratmış olduğunuz Şair Nəbi Borçalı adlı məqalədə tərtibatla bağlı bir sıra problemlər aşkar olunmuş və məqalə qaralama ad fəzasına köçürülmüşdür: Qaralama:Şair Nəbi Borçalı. O, hazırda təkmilləşdirməyiniz və üzərində iş aparmağınız üçün qaralama ad fəzasında gözləyir. Məqalənin dərc olunması üçün müraciət etməzdən əvvəl aşağıdakı qaydalara diqqət yetirməyiniz xahiş olunur:
  • Məqalə ensiklopediklik kriteriyalarına cavab verməlidir;
  • Məqalədəki məlumatlar yoxlana bilən olmalıdır və onların doğruluğu etibarlı mənbələrlə təsdiqlənə bilən olmalıdır;
  • Məqalə stil kitabçasına uyğun hazırlanmalıdır;
  • Məqalə Azərbaycan dilində olmalı və neytral mövqedən yazılmalıdır;
  • Məqalədə müəlliflik hüquqları pozuntusu ehtiva edən materiallardan istifadə olunmamalıdır.

Həmçinin Vikipediyanın nə olmadığı ilə də tanış olun.

Məqaləni israrlı şəkildə yaratmağa davam etməyiniz redaktə imkanlarınızın məhdudlaşdırılması ilə nəticələnə bilər. Hansısa səhvə yol verdiyimi düşünürsünüzsə və ya mənə sualınız varsa, müzakirə səhifəm vasitəsilə bildirə bilərsiniz. Təşəkkürlər.

Hörmətlə, Qədir (müzakirə) 16:04, 11 aprel 2025 (UTC)Cavabla
Məqalələri hazır etmək vaxt alacaqsa, onları alt səhifələrinizdə işləyib bitirdikdən sonra yayımlaya bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 16:04, 11 aprel 2025 (UTC)Cavabla
Mövzu əlavə et
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İstifadəçi_müzakirəsi:Rufet-87&oldid=8097642"
LOVE.AZ