![]() |
Xoş gəldiniz, Trxch! |
![]() |
Salam, Trxch. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı düyməsinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() |
--Baskervill (müzakirə) 01:13, 21 yanvar 2018 (UTC)Cavabla
Salam cənab istifadəçi. Burada iki mənbəni təhrif edərək redaktlələr edirsiz. nizi geri qaytarsamda, siz yenidən bərpa etdiz. Zəhmət olmasa mənbəni nə üçün sildiyiniz barədə məlumat verərdiz. Fəaliyyətinizdə uğurlar.--Rufet Turkmen | müzakirə 19:20, 28 yanvar 2018 (UTC)Cavabla
Salam Rüfət bəy. Bir mənbəni pozmadım, sadəcə yerini dəyişib "Əhali" başlığı altına köçürdüm; həmçinin bölgənin istifadə olunan digər adlarını da əlavə etdim. -- Trxch, 28 yanvar 2018
Я могу пользоваться другим языком, это не запрещено ни в каких разделах вики и по законам Азербайджана. Отвечать вы можете по-азербайджански. Вы полностью вернули всё. Галеши всегда были известны как этническая группа в Иране, ну ладно, раз в Азербайджане есть, ОК. Арабов в Азербайджане нет, это сейчас приехавшие из арабских стран. Название сёл - это только названия. В Дагестане тоже арабы жили, сейчас на этих местах аварцы, азербайджанцы и другие проживают. В шаблоне должны быть только те, кто проживает компактно. Где польские и украинские сёла например сейчас в Азербайджане? Сабирабад заселили украинцы, но там сейчас азербайджанцы живут и это уже город, а не село. Для примера, удины жили в селе Сейсулан, которое находится сейчас на линии фронта, но это не значит, что оно продолжает оставаться удинским селом (сейчас они сконцентрированы в Нидже Габалинского района). Аналогично с немцами, поляками, украинцами, арабами и.т.д. Это не общины, которые проживают компактно. Даже если сравнивать с кварталами стран Востока, то в Баку почти нет моноэтнических кварталов. В Баку проживают разбросано, в разных частях города. С галешами ОК, вопросов у меня нет.
Qalışların mühüm hissəsi İranda yaşayır, bu düzdür. Əslən Talış mahalının indiki İranda (daha dəqiq desək, Gilanda) qalan hissəsindən olduqlarını fərz etmək mümkündür. Lakin qeyd edildiyi kimi, qalışların bir hissəsi talışların subetnik qrupu olaraq Azərbaycanın bəzi rayonlarında yaşayırlar.
Ərəblərə gəlincə, yazıda heç müasir ərəb ölkələrindən "yenilikcə köçən"lər haqda söz getmirdi (heç ona qalsa Azərbaycana miqrasiya edən, Azərbaycan vətəndaşlığı alan ərəblər (və xüsusilə böyük bir ərəb diasporası) belə baxdıqda yoxdur) - söhbət Azərbaycan ərazisində, lap Ərəb Xilafəti dövründən bəri əsrlər boyu yaşamış ərəbsoylu toplumlardan gedir. Ona qalsa, məsələn, Azərbaycanda yaşayan dağ yəhudiləri də ana dili olaraq ivritcə danışmırlar, dillərini o cəhətdən 'itiriblər', lakin onlar var və bu faktın özü bəsdir. Eləcə də ərəblərlə. Əslinə qalsa, Abbasqulu Ağa Bakıxanovun qeydlərinə əsasən, ən azı 18-19-cu əsrlərə qədər Şirvan ərazisindəki bəzi toplumlarda (dilşünaslar tərəfindən) "Şirvan ərəbcəsi" adlanan, ərəb dilinin qalığı olan özünəməxsus bir dildə danışırdılar; buna oxşar şəkildə Dağıstanda da bir müddət ərəbcə bir danışıq dili mövcud idi. İndi isə o dil tamamilə məhv olub gedib, lakin əslən ərəb olan insanlar var, bunu danmaq, inkar etmək doğru olmaz. Şablona qoymaqla da məqsəd "bilməyənlər də bilə bilsin" prinsipi ilə edilib, çünki çoxları ərəblərin qədimlərdə Azərbaycanı zəbt etmələrini bilə bilər, lakin çoxunun ərəb əsilli insanların indinin indisində də Azərbaycanda yaşadıqlarından xəbəri yoxdur.
Şablonda müəyyən düzəlişlərin edilməsinə mən tam açığam. Təbii ki indi, məsələn, polyak ya da ukrayınların yığcam şəkildə yaşadıqları kəndlər yoxdur (olsa olsa Bakıda olar); almanların vaxtilə mövcud olan toplumları sonradan ölkəni tərk etdilər - indi isə oralarda yerli sakinlərin arasında nəslində alman əcdadları olan azsaylı azərbaycanlılar var. Ancaq bu şablonda Azərbaycanda ta qədimdən və həmçinin yeni tarixi dövrdən düz indiki günümüzədək yaşamış mühüm, qeydə layiq toplum və xalqlardan söz açılmalıdır - xüsusilə də az bilinənlərdən (məsələn, Axaxdərə kəndində yaşayan axvaxlar, və ya Şin və Şorsuda yaşayan rutullar, və s.); bunun kimi "xırda para" məlumatları bir araya gətirməklə çox böyük iş görmək olar, və ölkəmiz haqqında çoxlarının xəbəri olmadığı şeyləri onlara tanıtmaq olar. Bunu əsas məqsəd kimi almaq düzgündür. -- Trxch, 4 mart 2018
<nowiki>Salam əleyküm Babək bəy. Anlamadım, durduğu-durmadığı yerdə niyə birdən edilən dəyişiklikləri ləğv etdiniz? Heç diqqət yetirdinizmi məqaləyə? Trxch (müzakirə) 22:14, 14 mart 2018 (UTC)Cavabla
Salam Aleykum. Zəhmət olmasa digər istifadəçilərə qarşı sayqı ilə yanaşın. Etdiyiniz dəyişikliyi əsaslandırmaq üçün gətirdiyinizin əsası yoxdur. Rus dilində adın göstərilməsi viki məqalələrin yazılması qaydasına əsasən edilmişdir. Əgər birdə belə əsassız geri qaytarmalar həyata keçirsəniz bloklanacaqsınız__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 16:45, 27 mart 2018 (UTC)Cavabla
Əleykümə salam. Haradan bunu zənn etdiyiniz maraqlıdır; burada heç kimə qarşı hörmətsizlik göstərilməyib. Siz isə nəyəsə görə blok ilə təhdidləyirsiniz. Ara sıra elə gəlir ki, sanki siz mənim istifadəçi səhifəmi elə bil "güdürsüz" və üzərində işlədiyim istənilən məqaləyə girirsiniz; ki bu da açığını deyim müəyyən çaşqınlıq yaradır. ... Açıqlamalarıma da gəlincə, onları əsassız etməmişəm təbii ki, diqqət yetirsəz bunda heç bir problemin və ya əsassızlığın olmadığını görmək mümkündür. Birincisi, əvvəlcə qeyd etdiyim kimi, çoxları kiril əlifbasında yazılanları oxuya bilmir, onlar üçün də öz dilimizin əlifbasından istifadə edərək adları köçürürük-burada yanlış nə vardırki? İkincisi də ki (və ən əsası), başqa dillərdə (xüsusi ilə də başqa əlifbalarla yazılan dillərdə) verilən adların/isimlərin Azərbaycan dilinə transkripsiyası tamamilə normal və qəbul edilmiş, habelə bu saytda da görülən bir haldır. Bu təkcə şəhər (Şanxay, Mançester, Los Anceles), ölkə və şəxs (Donald Tramp, Jak Şirak) adlarına limitli deyil; eləcə də başqa tərtəmiz xarici dillərdə olan adlara (məsələn, deyək "Nyu-York Tayms", "Zerkalo" kimi adlara) da şamil olunur - heç kəs onları elə belə "New York Times", "Зеркало" deyə yazıb boş boşuna oxucuların anlayışına qoymur - həmişə öz hərflərimizlə transkripsiyalar verilir. Ona görə sizin buna qarşı yönəlmiş arqumentlər etməyiniz də çox da doğru sayılmaz. Yenə də təkrar edirəm ki, burada heç kəsə "hörmətsizlik" və ya "sayqısızlıq" heç bir zaman göstərilməyib və elə də qəbul edilməməlidir, burada heç kəsə qarşı yönələn addımlar atılmır. Ümidvaram yazdıqlarım aydınlıq gətirər. Trxch (müzakirə) 03:32, 28 mart 2018 (UTC)Cavabla
Salam. Birincisi hər hansı etnosun məqaləsinə qeyri ensiklopedik məlumat, yəni atalar sözləri və s əlavə etmək lazım deyil, ikincisi isə ümumiyyətlə tərəkəmələr ilə qarapapaqlar eyni etnos deyil.--Nicat49 ⋠müzakirə⋡ 00:54, 4 iyul 2018 (UTC)Cavabla
Salam, xahiş edirəm, Şəki məqaləsində ki, kimi qərəssiz olan mətnləri silməyin. Təkrar halda, cəza ala bilərsiz --Azerifactory (müzakirə) 23:24, 11 sentyabr 2018 (UTC)Cavabla
Salam. Anlamadım, mən ki Şəki məqaləsində məlumat silmədim; əksinə, bəzi paraqrafların yerlərini bir-birləriylə dəyişdim və əlavə məlumat yerləşdirdim. Trxch (müzakirə) 13:06, 12 sentyabr 2018 (UTC)Cavabla
Görürəm ki, Qafqaz Albaniyası məqaləsindəki dəyişiklikləri ləğv edibsiniz. Elə orada da heç bir qərəzsiz mətn silinməmiş, yalnız keçmişdə həmin məqaləyə özüm tərəfimdən əlavə edilmiş qismdəki məlumatları genişləndirmişəm. Nə Şəki, nə də Qafqaz Albaniyası məqalələrində problemli bir şey edilməyib, və dəyişikliklərin ləğv edilməsi də yanlış əsaslara dayanaraq edilmişdir, bu qədər. Trxch (müzakirə) 13:11, 12 sentyabr 2018 (UTC)Cavabla
İstifadəçi Azerifactory, siz yenidən Qafqaz Albaniyası məqaləsindəki dəyişiklikləri ləğv edibsiniz. Sizdən xahiş edirəm cavab verəsiniz və təkrarən etdiyiniz ləğvlərin əsasını bildirəsiniz. Trxch (müzakirə) 00:15, 13 sentyabr 2018 (UTC)Cavabla
Başlayaq, ondan ki, Alpan kəndi niyə qaralanıb? -Azerifactory (müzakirə) 22:24, 12 sentyabr 2018 (UTC)Cavabla
Pis və ya kobud çıxmasın, amma bunun nəyi başa salınasıdırki? Əvvəla, orada təkcə Alpan kəndinin adı qalın şəkildə yazılmayıb, həmçinin digər yer adları da (müvafiq yerlərdə) qalınlaşdırılıblar. Həmin "Toponimlər" alt başlığı Qafqaz Albaniyasına və "alban/alpan" etnoniminə aidiyyəti olan cürbəcür yer adlarını (toponimlər, hidronimlər, və s.) bir yerə yığıb siyahı şəklinə salmaq üçün mənim tərəfimdən qurulmuşdu (çünki istər Vikipediya səhifələrində, istərsə də internetdəki qaynaqlarda bu yer adlarını bir siyahı şəklinə salan yerlər ümumi götürəndə yoxdur). Mən də orada qeyd olunan hər yer adının məhz hansı hissəsinin "alban" adıyla əlaqədar olduğunu göstərmək üçün onları müvafiq yerlərdə qalınlaşdırmışam (nəzərə alınmalıdır ki, bir neçə halda müvafiq toponim və ya hidronimlər artıq qədim sayılıb istifadədən çıxmış adlardırlar, hazırda başqa adlar daşıyan yerlərdirlər). Yəni xülasə, qərəzli, problem ediləsi bir şey yoxdur. Həmçinin, sizin etdiyiniz ləğvlər təkcə o qalınlaşdırmaları aradan qaldırmayıb, həm də həmin siyahıya yenicə əlavə olunmuş yer adlarını da pozublar. Xahiş edirəm bunu da nəzərə alasınız. Trxch (müzakirə) 00:52, 13 sentyabr 2018 (UTC)Cavabla
Salam. Artıq bir neçə müddətdir ki, "Gilanmehr" adında naməlum bir istifadəçi (Xüsusi:Fəaliyyətlər/Gilanmehr)(istifadəçi adı, qlobal töhfələri və etdiyi redaktələrdən görünür ki, o iranlıdır) "İran körfəzi" məqaləsindəki sadalanan alternativ adlardan olan "Ərəb körfəzi" və "Bəsrə körfəzi" adlarını pozur, körfəzin ərəbcə adlarından birisi olan əl-Xəlic əl-Ərəbi adındakı "Ərəbi" sözünü "Farsi" ilə əvəz edir (halbuki o addan əvvəl həmin sifətlə yazılmış iki başqa ad gəlir). Hər dəfə də redaktələrini ingiliscə "Fixed typo" (yəni "yazılışdakı səhvləri düzəltdim") deyə izahlayır, ki onun sadəcə "yazılışdakı səhvləri" düzəltmədiyi aydındır. Məqalənin tarixçəsinə nəzər yetirə bilərsiniz (https://az.wikipedia.org/wiki/?q=%C4%B0ran_k%C3%B6rf%C9%99zi&action=history).
Bu istifadəçini davamlı olaraq səhifədə özbaşınalıq etməsinə görə Azərbaycan Vikipediyasında bloklamağınızı xahiş edirəm.
Öncədən minnətdaram. Trxch (müzakirə) 15:24, 27 noyabr 2019 (UTC)Cavabla