İtaliya bulqarları — Altsek xan ilə birlikdə VII əsrdə İtaliyada məskunlaşmış bulqarlara verilən ad. Altsek xan Kubrat xanın ən kiçik oğlu idi. 631-ci ildə qardaşı Batbayan xandan ayrılaraq Avar xaqanlığına sığınmışdı. Lakin burada çox qala bilməyərək üsyan etmiş və xaqanın qəzəbinə uğramışdır. Bundan sonra Bavariyaya gedən və I Daqobertdən sığınacaq tələb edən şahzadə xəyanətə uğradı və bu dəfə İtaliyaya köçməyə məcbur oldu. 9000 qəbilə üzvündən 800ü sağ qalmışdı. Lombard kralı I Qrimoald tərəfindən ona "qastald" titulu verilərək cənubi İtaliyadakı Sepino, Boyano, İserniya şəhərləri onun sərəncanıma verildi.[1]
Bulqarlar İtalyanın indiki Kampaniya və Molize bölgələrində məskunlaşmışdılar. 787-ci ildə "Lanqobard tarixi" əsərinin müəllifi Pavel yazırdı ki, "bulqarlar Latın dilini mükəmməl danışır, bununla belə onlar öz dillərini unutmamışlar".[2] Bulqarlar indi İtaliyada qəsəbə və şəhər statusuna sahib olan məskənlər də salmışlar. Məsələn:
Bulqarlar İtaliyaya köçəndən sonra atla basdırılma ənənəsi davam etdirmişlər. Boyano yaxınlığındakı Viçenne-Kampoçiaro arxeolojik qazıntısında 130dan çox qəbir aşkarlanmış, bunların 13ündə atları ilə birlikdə basdırılan şəxslər aşkar olunmuşdur.[5]