İtaliya faşizmi (it. fascismo italiano), həmçinin klassik faşizm və ya sadəcə faşizm — İtaliyada inkişaf etmiş faşist ideologiyası. Bu ideologiya Benito Mussolininin rəhbərliyi altında 1922–1943-cü illərdə İtaliya krallığını idarə edən Milli Faşist Partiyası, 1943–1945-ci illərdə hakimiyyətdə olmuş Respublikaçı Faşist Partiyası, İtaliya Sosial Hərəkatı və digər neofaşist hərəkatları ilə əlaqələndirilir. İtaliya faşizmi italyan milliyətçiliyindən və İtaliya ərazisini genişləndirmək istəyindən qaynaqlanır.[1] Faşistlər millətin üstünlüyünü və gücünü bəyan etməkdə bunu vacib hesab edirlər. İtaliya faşistləri müasir İtaliyanın Qədim Romanın varisi olduğunu iddia edirdilər.[2]
Vikianbarda İtaliya faşizmi ilə əlaqəli mediafayllar var. |