. Love.az

Ittifaq Partiyasi Tataristan - Wikipedia - Love.az

Ana Səhifə - Ittifaq Partiyasi Tataristan
Bu adın digər istifadə formaları üçün bax: İttifaq Partiyası.

Tatar Milli Azadlıq İttifaq Partiyası (tatar. Татар милли бәйсезлек партиясе "Иттифак", rus. Тататрская партия национальой независимости "Иттифак") 1990-cı ilin aprel ayında Tatarıstan MSSR-da əsası qoyulan siyasi partiya. 3 yanvar 1992-ci il tarixində rəsmi olaraq qeydiyyatdan keçmişdir.[1] İttifaq Tatarıstanda yaradılmış ilk qeyri-kommunist partiya olaraq tarixə keçmişdir. Bu ad Çar Rusiyasının parlamentində (Duma) müsəlman partiyası olmuş İttifaqi-əl-Müslimin partiyasının şərəfinə verilmişdir.

İttifaq Partiyası
Sədri Fevziyyə Bayram
Qurucu
  • Fevziyyə Bayram
Quruluş tarixi aprel 1990
Baş qərargah
  • Naberejnıye Çelnı
İdeologiya millətçilik, İnsan hüquqları, Türkçülük, Separatçılıq

Partiya aşağıdakı vəzifələri yerinə yetirməyi qarşısına məqsəd qoymuşdur:

  • Tatar xalqının dirçəlişi;
  • Tatar dövlətçiliyinin bərpası;
  • Tatar dövlətinin beynəlxalq birlik tərəfindən tanınması.

Partiyanın lideri Fəvziyə Bayramovadır. O, bu partiyaya 20 ildən daha çox müddətdir ki, rəhbərlik etməyə davam edir. İttifaq Partiyasının mətbu orqanı 1993–1998-ci illər aralığında fəaliyyət göstərmiş "Altın Urda" qəzeti olmuşdur.

Həmçinin bax

redaktə
  • Tatarlar
  • İttifaqi-əl-Müslimin

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2016-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-19.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İttifaq_Partiyası_(Tatarıstan)&oldid=7384559"
LOVE.AZ