. Love.az

Ivan Anaskin - Wikipedia - Love.az

Ana Səhifə - Ivan Anaskin

İvan Anaşkin (tam adı: İvan İvanoviç Anaşkin, 1880, Tambov quberniyası -1938) — fəhlə hərəkatı iştirakçısı.

İvan Anaşkin
İvan İvanoviç Anaşkin
Doğum tarixi 1880
Doğum yeri Tambov quberniyası
Vəfat tarixi 1938
Vəfat səbəbi Repressiya
Vətəndaşlığı Rusiya Rusiya
Milliyyəti rus

Mündəricat

  • 1 Haqqında
  • 2 Həmçinin bax
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar

Haqqında

redaktə

İvan Anaşkin Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparmışdır. 1901-ci ildə Bakıya gəlmiş, 1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) və Bakı fəhlə deputatları sovetinin üzvü olmuşdur. 1917-ci il Fevral inqilabından sonra bir sıra vəzifələrdə çalışmışdır:

  • RSDFP-nin bolşevik Bakı komitəsinin üzvü
  • Qırmızı hərbi drujinanın üzvü
  • Bakının Qaraşəhər rayonu fəhlə deputatları sovetinin sədri
  • Bakı Fəhlə Konfransı rəyasət heyətinin üzvü
  • 1919-cu ilin aprelində Zaqafqaziya həmkarlar ittifaqları ölkə şurasının sədri, həmin ilin mayında RK(b)P Qafqaz ölkə komitəsinin üzvü seçilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra dövlət əleyhinə geniş pozuculuq fəaliyyəti göstərmişdir. Belə ki, Azərbaycan Hökumətinin yasaqlarına baxmayaraq, tətil komitəsinin əsas rəhbərlərindən biri olan Anaşkin ardıcıl tətillər təşkil etmiş, fəhlələri Hökumətə qarşı itaətsizliyə çağırmışdır. Bununla əlaqədar, dəfələrlə həbs olunmuşdur.

1920-ci ilin yazında Moskvaya, III Ümumrusiya Həmkarlar İttifaqları Qurultayına nümayəndə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti elan edildikdən sonra Bakıya qayıtmış, partiya və təsərrüfat işlərində çalışmış, 1928-ci ildən AK(b)P MK-nın Mərkəzi Nəzarət Komissiyasında işləmişdir. Bir müddət Saratovda fəaliyyət göstərdikdən sonra, yenidən Azərbaycana qayıtmış, neft sənayesində texniki təhlükəsizlik üzrə institutun direktoru işləmişdir. Repressiya olunmuşdur.[1]

Həmçinin bax

redaktə
  • Oktyabr inqilabı
  • Azərbaycan Xalq Cümhuriyyəti

Xarici keçidlər

redaktə
  • Anaşkin İvanoviç İvan

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 119-120
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İvan_Anaşkin&oldid=6219854"
LOVE.AZ