İvan Ballau ( isp. Iván Salvador Balliu Campeny, 1 yanvar 1992[3][4][…]) — Albaniyalı peşəkar futbolçudur. Hazırda İspaniyanın "Rayo Vallekano" klubunda və Albaniya milli futbol komandasında sağ cinah müdafiəçisi mövqeyində çıxış edir.
İvan Balliu | ||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Iván Balliu Campeny | ||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Iván Balliu Campeny | |||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 1 yanvar 1992 (1992-01-01) (33 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Caldes de Malavella, İspaniya | |||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Albaniya, İspaniya [1] | |||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.72 m | |||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 63 kq [2] kq | |||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Sağ cinah müdafiəçisi | |||||||||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | Sağ [1] | |||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub |
![]() |
|||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 20 | |||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() |
Tam adı, İvan Salvador Balliu Kampenidir. İvanın atası alban, anası isə ispandır.
İspaniyada doğulmuş İvan, kiçik yaşlarında "UE Caldes" futbol məktəbinə gedir. Daha sonra, 2001-ci ildə, İspaniyanın Jirona klubunun uşaq məktəbinə qoşulur.
Balliu 2004-cü ildə Barselona klubunun akademiyasına qoşulmuş və 2011-ci ildə Barselona B komandasında peşəkar karyerasına başlamışdır. 2010/11 mövsümündə o, Barelona klubunun ikinci komandası olan "Barselona B" komandasında debüt edərək mövsümdə iki oyun keçirir. Ümumilikdə İvan “Barselona B”nin heyətində əlli üç oyun keçirib. 30 may 2013-cü ildə o, klubla müqaviləsinə xitam verir.[5]
2013-cü ildə Portuqaliyanın "Arouka" klubuna transfer olur və klubla 2 illik müqavilə imzalayır.[6] Sentyabrın 1-də o, Portuqaliyanın yüksək liqasında "Rio Ave" klubu ilə oyunda, "Arouka" klubunda debüt edir. İvan "Arouka"da iki mövsüm ərzində 58 oyunda iştirak edir.[7]
2015-ci ildə azad agent kimi Fransanın "Metz" klubuna keçir və klubla iki illik müqavilə imzalayır.[8] Ümumilikdə "Metz" klubunda dörd mövsüm keçirmiş və burada 104 oyunda 1 qol vurmuşdur.
2019-cu ildə İspaniyanın Almeriya klubuna transfer olur və burada 62 oyunda meydana çıxaraq 1 qol vurur.
2021-ci ildə İspaniyanın Rayo Vallekano klubuna keçmiş və 2025-ci ilin aprel ayına qədər 125 oyunda meydanda olaraq 1 qol vurmuşdur.
Balliu, İspaniyanın U16 və U17 komandalarında çıxış etdikdən sonra 2017-ci ildə Albaniya milli futbol komandasına qoşulmuşdur. O, Albaniya millisində 19 oyunda iştirak etmişdir.