. Love.az

Ivan Kojedub - Wikipedia - Love.az

Ana Səhifə - Ivan Kojedub

İvan Nikitoviç Kojedub (ukr. Іван Микитович Кожедуб; 8 iyun 1920[1][2][…] – 8 avqust 1991[3], Moskva)— sovet hərbi xadimi, Böyük Vətən müharibəsi dövründə hərbi təyyarəçi. Üç dəfə Sovet İttifaqı Qəhrəmanı (04.02.1944[4], 1944, 1945).

İvan Kojedub
rus. Ива́н Ники́тович Кожеду́б
ukr. Іва́н Мики́тович Кожеду́б
Şəxsi məlumatlar
Doğum tarixi 8 iyun 1920(1920-06-08)[1][2][…]
Vəfat tarixi 8 avqust 1991(1991-08-08)[3] (71 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Vətəndaşlığı
  •  SSRİ
Təhsili
  • Qaqarin adına Hərbi Hava Qüvvələri Akademiyası[d] (–1949),
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d] (–1956)
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Sovet Hərbi Hava Qüvvələri
Xidmət illəri 1940-cı ildən
Döyüşlər
  • Böyük Vətən müharibəsi,
  • Koreya müharibəsi
Təltifləri Sovet İttifaqı Qəhrəmanı — 1944 Sovet İttifaqı Qəhrəmanı — 1944 Sovet İttifaqı Qəhrəmanı — 1945
"Lenin" ordeni — 1944 "Lenin" ordeni — 1978 "Qırmızı bayraq" ordeni — 1943 "Qırmızı bayraq" ordeni — 1943 "Qırmızı bayraq" ordeni — 1945 "Qırmızı bayraq" ordeni — 1945 "Qırmızı bayraq" ordeni — 1951 "Qırmızı bayraq" ordeni — 1968 "Qırmızı bayraq" ordeni — 1970 "Aleksandr Nevski" ordeni — 1945 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985 "Qırmızı ulduz" ordeni — 1955 "Qırmızı ulduz" ordeni — 1955 II dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni — 1990 III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni — 1975 "Döyüş xidmətlərinə görə" medalı — 1950 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Berlinin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı "Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni "Kiyevin 1500 illik xatirəsinə" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı Knight of the Order of Polonia Restituta (Polşa) — 1973 "Qırmızı bayraq" ordeni (Monqolustan Xalq Respublikası) — 1985 Patriotic Order of Merit in Bronze (ADR) — 1975 "Dövlət bayrağı" ordeni (Şimali Koreya) "Çin-Sovet dostluğu" medalı "Monqolustan Xalq Ordusunun 50 illiyi" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Hərbi rütbələri
  • 3 Mükafatları
  • 4 Qalereya
  • 5 Ədəbiyyat
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar

Həyatı

redaktə

İvan Kojedub 8 iyul 1920-ci ildə Ukrayna SSR-in Çerniqov quberniyasının (indiki Sumı vilayəti) Obrejievka kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun arzusu təyyarəçi olmaq idi. Buna görə də, o əvvəlcə aerokulbda məşğul oldu, sonra təyyarəçilik məktəbini bitirdi. 1934-cü ildə Şostka şəhərində kimya-texnologiya texnikumunu bitirmişdir. 1940-cı ildə Qırmızı Ordu sıralarında hərbi xidmətə yola düşmüşdür. Elə bundan bir qədər sonra — 1941-ci ildə çavuş, 23 fevral 1942-ci ildə baş çavuş rütbəsinə layiq görülmüşdür. O, Böyük Vətən müharibəsi başladıqdan sonra, bir qədər gec — 1943-cü ilin iyulunda cəbhəyə göndərilmişdir. İvan Kojedub ilk qələbəsini Kursk səmasında, sonuncu qələbəsini Berlin göylərində qazanmışdır. 330 döyüş uçuşu keçirmiş, 120 hava döyüşündə iştirak etmiş, artıq 25 yaşında düşmənin 62 təyyarəsini vurmuşdur. O, bütün bu uğurları cəmi 2 ilə qazanmışdır. Müharibədən sonra Kojedub yazmışdır:

" Döyüşdə o kəs qələbə qazanır ki, təyyarə və silaha çox yaxşı yiyələnir, düşməni hücumda qabaqlayır, lazımi manevr edir və təşəbbüsü ələ alır". İ. N. Kojedub

İvan Kojedub da belə təyyarəçi olub. Elə buna görə də 2 ilə üç dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. (04.02.1944, 19.08.1944, 18.08.1945) Onun hazırladığı təyyarəçilərin bəziləri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Əlli ilə yaxın Sovet ordusunda xidmət edən Kojedub SSRİ Ali Sovetinin deputatı olmuş, dəfələrlə Sovet İttifaqı Kommunist Partiyasının qurultaylarında nümayəndə seçilmişdir. Aviasiya marşalı İvan Kojedub 8 avqust 1991-ci ildə Moskva şəhərində vəfat etmişdir.

Hərbi rütbələri

redaktə
  • çavuş (1941),
  • baş çavuş (23.02.1942),
  • kiçik leytenant (15.05.1943)
  • leytenant (5.08.1943),
  • baş leytenant (10.11.1943),
  • kapitan (24.04.1944),
  • mayor (19.11.1944),
  • podpolkovnik (20.01.1949),
  • polkovnik (3.01.1951),
  • Aviasiya general-mayoru (3.08.1953),
  • Aviasiya general-leytenantı (27.04.1962),
  • Aviasiya general-polkovniki (29.04.1970),
  • Aviasiya marşalı (7.05.1985).

Mükafatları

redaktə
  • Üçqat Sovet İttifaqı Qəhrəmanı (04.02.1944, № 1472; 19.08.1944, № 36; 18.08.1945, № 3).
  • İki dəfə Lenin ordeni (04.02.1944; 21.02.1978).
  • Yeddi dəfə Qırmızı Bayraq ordeni (22.07.1943, № 52212; 30.09.1943, № 4567; 29.03.1945, № 4108; 29.06.1945, № 756; 02.06.1951, № 122; 22.02.1968, № 23; 26.06.1970, № 537483).
  • Aleksandr Nevski ordeni (31.07.1945, № 37500).
  • I dərəcəli Vətən müharibəsi Ordeni (06.04.1985)
  • İki dəfə Qırmızı Ulduz ordeni (04.06.1955; 26.10.1955)

Qalereya

redaktə
  •  
    Sum şəhərində abidə
  •  
    Obrajievka kəndində abidə

Ədəbiyyat

redaktə
  • Uşaq ensiklopediyası. II cild. Bakı, 1988. səh. 120
  • Кожедуб И.Три сражения.—М.: Воениздат НКО СССР, 1945.— 40с.
  • Служу Родине.— М.— Л.: Детгиз, 1949.
  • Праздник Победы.— М., 1963.
  • Кожедуб И. Н.Верность отчизне.—М.: Детская литература,, 1969, 1975.— 430с.—100000 экз.
  • Друзья-однополчане.— М.: Детская литература, 1975.
  • Иван Кожедуб.Верность отчизне. Ищущий боя.—М.: Яуза, Эксмо, 2006.— 608с.— (Сталинские соколы).—5000 экз.
  • Кожедуб И. Н.Неизвестный Кожедуб. Служу Родине Arxivləşdirilib 2017-04-17 at the Wayback Machine.—М.: Яуза, Эксмо, 2009.— 368с.— (Величайшие советские асы).—4000 экз.

Xarici keçidlər

redaktə
  • Очерк о жизни и творчестве И. Кожедуба[ölü keçid].(укр.).
  • Биография Ивана Кожедуба/Бодрихин Н. Г.Советские асы. Очерки о советских лётчиках.—М.: ЗАО КФК "ТАМП", 1998.
  • Подробно обснятый Ла-7 Ивана Кожедуба в музее Монино (50 фото).
  • Fotoşəkillər 176 GIAP
  • Кожедуб И.Три сражения.—М.: Воениздат НКО СССР, 1945.— текст книги на сайте"Военная литература".
  • Кожедуб И. Н.Верность Отчизне.
  • Биография Ивана Кожедуба.
  • АвиаХобби. Самолёт Кожедуба.
  • Иван Кожедуб.
  • Трижды Герой Советского Союза Кожедуб И. Н. и Кременчуг Arxivləşdirilib 2013-12-24 at the Wayback Machine.
  • Советский ас Иван Кожедуб, две стороны одной медали.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Кожедуб Иван Никитович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. ↑ 1 2 Bibliothèque nationale de France Ivan Nikitovič Kožedub // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. ↑ 1 2 Ivan Nikolayevich Kozhedub // TracesOfWar.
  4. ↑ Указ Президиума Верховного Совета СССР "О присвоении звания Героя Советского Союза офицерскому составу военно-воздушных сил Красной Армии" от 4 февраля 1944 года Arxivləşdirilib 2022-01-13 at the Wayback Machine // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1944. — 17 февраля (№ 10 (270)). — С. 1
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İvan_Kojedub&oldid=8120881"
LOVE.AZ