İvan Lvoviç Lipa (ukr. Іван Львович (Левкович) Липа; 24 fevral 1865, Kerç, Tavriya quberniyası[d] – 13 noyabr 1923[3]) — Ukrayna Xalq Respublikasının ictimai-siyasi və dövlət xadimi, yazıçı, ədəbiyyatşünas və həkimi.
İvan Lipa | |
---|---|
ukr. Іван Львович (Левкович) Липа | |
![]() İvan Lipa 1919-cu ildə | |
avqust 1920 – 1922 | |
Baş nazir | Vyaçeslav Prokopoviç (may-oktyabr 1920) Andrey Livitski (oktyabr-mart 1921) Vyaçeslav Prokopoviç (may-avqust 1921) Filip Pilipçuk (avqust 1921-yanvar 1922) Andrey Livitski (yanvar 1922) |
Hökumət başçısı | Semyon Petlyura |
26 dekabr 1918 – 27 avqust 1919 | |
Baş nazir | Vladimir Çexovski (dekabr 1918-fevral 1919) Sergey Ostapenko (fevral-aprel 1919) Boris Martos (aprel-avqust 1919) |
Hökumət başçısı | Vladimir Vinniçenko (dekabr 1918—fevral 1919) Semyon Petlyura (fevral 1919—noyabr 1920) |
Sonrakı | İvan Oqiyenko |
15 mart 1917 – 29 aprel 1918 | |
Əvvəlki | İvan Sosnovski |
Sonrakı | Nikolay Boqdonoviç |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 fevral 1865(1865-02-24) |
Doğum yeri |
|
Vəfat tarixi | 13 noyabr 1923(1923-11-13) (58 yaşında) |
Partiya | Ukrayna Sosialist-Müstəqillər Partiyası[1] |
Təhsili | Kazan Dövlət Universiteti |
Fəaliyyəti | şair, ədəbi tənqidçi, yazıçı, həkim, siyasətçi |
Həyat yoldaşı | Mariya Buldovskaya |
Elmi fəaliyyəti | |
Elm sahəsi | ədəbiyyat[2], tibb[2] |
![]() |
İvan Lipa sadə burjua ailəsində dünyaya göz açıb. O, yunan kilsəsi nəzdində dövlət məktəbində təhsil almış və buranı yunan dilini mükəmməl bilən ən yaxşı tələbələrdən biri kimi bitirmişdir. 1880-1888-ci illərdə Kerç Aleksandrovskaya Kişi Gimnaziyasında təhsilini davam etdirmiş və buranı da əla qiymətlərlə bitirmişdir.[4]
1888-ci ildən Xarkov Universitetinin tibb fakültəsində təhsil alıb.
Tələbəlik illərində o, yeni yaranmış Ukrayna milli-azadlıq hərəkatının fəalı olub. 1891-ci ilin yayında (bəzi mənbələrə görə, 1892-ci ildə) V.Borovik, B.Qrinçenko və N.Mixnovski ilə birlikdə millətçi təşkilat olan "Tarasov qardaşlığı"nı yaradır. Məqsədi müstəqil (özünü idarə edən) Ukrayna yaratmaq olduğunu elan etmiş ilk təşkilatın: "Qardaşlıq" proqramının müəllifi olub. Məktəb, tələbə və iş mühiti arasında təbliğat işlərində fəal iştirak etmişdir. 1893-cü ildə "Qardaşlar"ın fəaliyyəti hakimiyyət tərəfindən dayandırılaraq, üzvləri həbs olundu. 13 aylıq həbsdən sonra o, üç il Kerçdə polis nəzarəti altında yaşayıb.
1897-ci ildə Kazan Dövlət Universitetində təhsilini başa vurduqdan sonra, Xerson quberniyasında və Poltavada həkim işləmişdir. 1900-cü ildə Lvov Şevçenko Elmi Cəmiyyətinin üzvü olub, 1902-1918-ci illərdə Odessada yaşayıb, həkimliklə məşğul olub.
O, Ukrayna milli azadlıq hərəkatında fəal iştirak edib. Qəzetlərdə publisistik məqalələr dərc etdirmiş, "Odessa Literary Union" nəşriyyatını təşkil etmişdir.
1917-ci il inqilabını müsbət qarşılamış, Ukrayna Xalq Respublikası Mərkəzi Soveti tərəfindən Odessa komissarı təyin edildikdən sonra o, şəhəri mer kimi idarə etmiş, Şəhər İdarəetmə Komitəsinin üzvü (1917), Odessanın tibb müfəttişi olmuşdur. Oğlu ilə birlikdə 1918-ci ilin payızına qədər Odessada fəaliyyət göstərmiş Ukraynanın "Narodnıy styaq" nəşriyyatını yaratmışdı.
Daha sonra Kiyevə köçən İvan Lipa, Ukrayna Xalq Respublikası Direktoriyasının üzvü, Mədəniyyət və Din naziri (1919),[5] UXR-nın ilk Konstitusiya layihəsinin müəlliflərindən biri (1920), sonra UXR hökumətinin Səhiyyə naziri olmuşdu.
1920-ci ilin payızında Qırmızı Ordunun təzyiqi ilə o, oğlu Yuri ilə birlikdə Kamenets-Podolskiyə qaçır, sonra isə Polşaya mühacirət edir.
Sürgündə olarkən Ukrayna Respublikası Soveti Rəyasət Heyətinin sədri (1921) olmuşdur.
İvan Lipa 1923-cü il noyabrın 13-də Lvovda (o zaman Polşa) şəhər ətrafında vəfat edib.
İvan Lipa bir sıra şeir, esse və hekayələrin müəllifidir. Onun ədəbi yaradıcılığına "On üç məsəl", "Ölüm, müharibə və məhəbbət haqqında qeydlər" və daha çox vətənpərvər mahnıları da daxildir. Onun haqqında bir sıra əsərlər ərsəyə gətirib, məsələn, 1924-cü ildə "Çernomor" tərəfindən nəşr olunan "Sönməz lampa" əsəri.