. Love.az

Ivan Vladislav - Wikipedia - Love.az

Ana Səhifə - Ivan Vladislav

İvan Vladislav — Bolqarıstan çarı. Əmisi oğlu Qavril Radomir tərəfindən ölümdən qurtarılsa da, onu öldürərək taxta keçmişdir. 1018-ci ildə müharibədə öldürülmüşdür.

İvan Vladislav
bolq. Иван Владислав
yun. Ιωάννης Βλαδισλάβ
Birinci Bulqar dövlətinin XXVI imperatoru
1015 – 1018
ƏvvəlkiQavril Radomir
SonrakıII Presian
Şəxsi məlumatlar
Doğum tarixi təqr. 975
Vəfat tarixi 1018
Vəfat yeri Durrës
Fəaliyyəti hökümdar[d]
Atası Aaron Kometopuli
Həyat yoldaşı Mariya
Uşaqları II Presian, Aaron, Alusian, Trayan, Katerina və 5 qız.
Dini Xristian
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Hakimiyyətdən öncə həyatı
  • 2 Hakimiyyəti
  • 3 Ölümü
  • 4 Ailəsi
  • 5 İstinad və mənbələr

Hakimiyyətdən öncə həyatı

redaktə

İvan Vladislav Kometopuli qardaşlarının ən böyüyü Aaron Kometopulinin oğlu olaraq, təqribən 975-ci ildə dünyaya gəlmişdir. Çar Samuilin edam hökmündən əmisi oğlu Qavril Radomir tərəfindən qurtarılmışdır. Lakin Qavrilin zəifliyi, əyanlar tərəfindən İvan Vladislavın dəstəklənməsinə və Qavrilin ölümünə gətirib çıxarmışdı. 1015-ci ildə Qavril öldürülmüş, İvan çar elan olunmuşdur.[1]

Hakimiyyəti

redaktə

Hakimiyyətə gələndən sonra II Basilə nümayəndə göndərən İvan bununla özünə vaxt qazanmaq istəyirdi. İmperator bundan xəbərdar olandan sonra kovxan Fyodora rüşvət verdi ki, çarı öldürsün. Fyodor öz növbəsində bir muzdlu qatilə sifariş verdi. Lakin qatil elə Fyodorun özünü öldürdü.[2] Bu zaman II Basil artıq dövlətin içlərinə doğru gəlmiş, paytaxt Ohridi ələ keçirmişdi. Lakin Vladislav onun ərzaq yolunu tutandan sonra çarəsiz qalan Basil paytaxta qayıtdı və əvəzinə iki komandan qoydu. 22 may, 1016-cı ildə vassalı Serbiya knyazı Yovan Vladimiri hüzuruna çağıraraq edam etdirən İvan Vladislav, Peçeneqlərə kömək üçün müraciət etsə də müttəfiqlik cəhdi uğursuz oldu. 1017-ci ildə Bizans ordusunu tələyə salsa da əlavə qüvvələrin gəlişi ilə geri çəkilməli oldu.

Ölümü

redaktə

1018-ci ilin fevral ayında, Durryos şəhərini mühasirəyə alarkən öldürülmüşdür. Ölümünün səbəbi sir olaraq qalmaqda davam edir. Bəzi müəlliflər onun öz əyanları tərəfindən öldürüldüyünü, bəziləri şəhərin hakimi ilə təkbətək döyüşdə öldürüldüyünü, bəziləri isə Yovan Vladimirin ruhu tərəfindən öldürüldüyünü qeyd edirlər.[3] İvan Vladislavın ölümü imperiyanın çöküşünü sürətləndirdi, bir çox sərkərdə və valilər Bizansa təslim oldular. II Presianın rəhbərlik etdiyi kiçik bir qrup isə mübarizəyə davam etdi.

Ailəsi

redaktə
İvan Vladislavın soy ağacı[4][5][6]
                       
Komita Nikola   Ripsimia
     
     
       
David Mozes Aaron Samuil
(hak. 997–1014)
Aqata
İohannn Kriselliosun qızı
         
   
         
    Qavril Radomir
(† 1015, hak. 1014-1015)
Teodora Kosara Miroslava
  Maria Ivan Vladislav
(reign 1015–1018)
     
       
                 
  Alusian   Aaron   Radomir Katerina
imperator I İsaakın həyat yoldaşı
II Presian
hak (1018)
    Trayan Adsız oğul 5 adsız qız
         
               
Anna
Roman IV Diogenin həyat yoldaşı
Basil Teodora
Maria
Andronikos Dukasın xanımı
Manuel Maria
  Samuil
Ermənistan sərkərdəsi
Radomir    
     
               
Konstantin Diogen
  Aaron Aaronios
  İrene Dukayana Teodora İohann Dukas
böyük hersoq
  Anna
Georgi Paleoloqun həyat yoldaşı
Mixail Dukas

protostrator

İstinad və mənbələr

redaktə
  1. ↑ Zlatarski, Vasil (1971) [1927]. Orta əsrlər Bulqar dövləti tarixi. Arxivləşdirilib 2020-02-23 at the Wayback Machine Cild I (Bolqarca) Sofia: Nauka i izkustvo. OCLC 67080314.
  2. ↑ Andreev, Jordan; Milcho Lalkov (1996). The Bulgarian Khans and Tsars. Abagar. ISBN 954-427-216-X.
  3. ↑ Kazhdan, Alexander, ed. (1991), Oxford Dictionary of Byzantium, Oxford University Press, ISBN 978-0-19-504652-6
  4. ↑ Wasilewski, T. History of Bulgaria (Polish). səh. 290.
  5. ↑ Runciman, pp. 226, 232–233, 250
  6. ↑ Zlatarski, Appendix 19 Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İvan_Vladislav&oldid=7074425"
LOVE.AZ