İxtisas
Peşə və ixtisas insanın yaşaması və inkişafı üçün maddi imkan yaradır. O bu baxımdan hobbidən fərqlənir. İxtisas peşə daxilində formalaşır və peşə bir və ya bir neçə ixtisası əhatə edə bilər. Məsələn, müəllimlik peşəsi fizika müəllimi, kimya müəllimi, tarix müəllimi və s., mühəndislik peşəsi tikinti mühəndisi, elektrik mühəndisi və s. ixtisasları əhatə edir.