. Love.az

Iyli Bitisikmeyve - Wikipedia - Love.az

Ana Səhifə - Iyli Bitisikmeyve

İyli bitişikmeyvə (lat. Symphyoloma graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin bitişikmeyvə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

İyli bitişikmeyvə
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Kampanulidlər
Dəstə:
Çətirçiçəklilər
Fəsilə:
Çətirkimilər
Yarımfəsilə:
Apioideae
Triba:
Tordylieae
Yarımtriba:
Tordyliinae
Cins:
Bitişikmeyvə
Növ:
İyli bitişikmeyvə
Beynəlxalq elmi adı
  • Symphyoloma graveolens C.A.Mey., 1831
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
NCBI  327895

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Sayı və tendensiyası
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Mühafizə tədbirləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Çoxillik ot bitkisidir. Gövdələri inkişafdan qalmışdır. Bütün yarpaqları kökətrafı, 3-9 sm uzunluğunda, sapları enli, parlaq, kənarları zarlı qına geniişlənmişdir. Çətirləri 5-7 şüalıdır. Çiçəkləri çoxsaylıdır. Meyvələri 4 mm uzunluqda, çılpaq, yastılaşmış, enli tərs-yumurtavari, bel hissədə sapvari qabırğalıdır. Sütuncuğu əyilmişdir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləmə iyul-avqust, meyvəvermə avqust aylarına təsadüf edir. Yuxarı dağ qurşağında (dəniz səviyyəsindən 2700–3000 m yüksəklikdə) daşlı töküntülərdə rast gəlinir.

Yayılması

redaktə

Daşlı töküntülərdə bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür. Böyük Qafqazın Quba sahəsi və Şərq hissələrində yayılmışdır.

Sayı və tendensiyası

redaktə

Populyasiyanın təbii bərpasının iqlim amillərinin mənfi təsirlərin dəyişilməısində asılılığı müşahidə olunur. Azalma tendensiyasına meyillidir.

Məhdudlaşdırıcı amillər

redaktə

Ətraf mühitin amillərinə həssaslıq, otarılma və yayıldığı ərazilərin deqradasiyası-eroziyadır.

Mühafizə tədbirləri

redaktə

Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur. 

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İyli_bitişikmeyvə&oldid=7822459"
LOVE.AZ