İzu adaları (yap. 伊豆諸島) — Sakit okeanda yerləşən silsilə adalardan ibarətdir. Honşu adasında[1] yerləşən İzu yarımadasından cənub-şərqdə yerləşir. İnzibati cəhətdən Tokio perfekturasına[2] daxildir.
İzu adaları | |
---|---|
yap. 伊豆諸島 | |
![]() | |
Ümumi məlumatlar | |
Adaların sayı | 17 |
Ümumi sahəsi | 301,39 km² |
Hündür nöqtəsi | 1050 m |
Əhalisi | 24.960 nəfər (2007-ci il) |
Yerləşməsi | |
34°44′00″ şm. e. 139°24′22″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Akvatoriya | |
![]() |
İzu adaları Tokiodan yerləşməsindən asılı olaraq 100–350 km aralıda yerləşir. İzu adalarından 290 km cənub-şərqdə Bonin adaları yerləşir. Adalar Filippin dənizinin şimal sərhədlərini təşkil edir. Adalar vulkan[3] məşəllidir.
İzu adaları Fudzi-Xakone-İzu milli parkının əsas hissəsini təşkil edir. Bura tokioluların əsas istirahət mərkəzi rolunu oynayır[4]. Adalarda dəniz idmanları üçün münbüt şərait vardır.
İzu arxipelaqı aşağıdakı adalardan ibarətdir:
İzu-oşima adası adalar silsiləsinin şimal nöqtəsini təşkil edir. Adalar insanları Mixara vulkanı xüsusi ilə cəlb edir. Edo dövründə Miyakedzima və Хаtidedzima adaları dustağların həbsxanası rolunu oynayırdı.