İzzət Rüstəmov (15 fevral 1932, Düzrəsullu, Gədəbəy rayonu) – fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Sosiologiya fakültəsinin məsləhətçi, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının xarici həqiqi üzvü.[1]
İzzət Rüstəmov | |
---|---|
1994 – 1999 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 fevral 1932(1932-02-15) (93 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | filosof |
Uşağı | |
|
|
Təltifləri |
![]() |
İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci il fevral ayının 15-də Gədəbəy rayonunun Şınıx mahalının Düz-Rəsullu kəndində anadan olub. 1949-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən[2] Rüstəmov Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Fəlsəfə şöbəsinə daxil olub. 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib və onu fəlsəfə kafedrasında saxlayırlar.[3]
İzzət Rüstəmov 1961-ci ildə "Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.[4] 1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını alıb.[3]
İzzət Rüstəmov 20-dən çox elmlər namizədi və 6 elmlər doktoru yetişdirmişdir. 10 kitab, 4 monoqrafiya, 170-ə yaxın məqalənin müəllifidir.[3]
Əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasında başlayan İzzət Rüstəmov 1984-cü ilədək həmin kafedrada laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 1984–1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1987–1988-ci illərdə Azərbaycan KP yanında Partiya Tarixi İnstitutu direktorunun elmi işlər üzrə müavini, 1994–1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1999–2004-cü illərdə Baki Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib. 1977-ci ildən 2019-cu ilədək Sosiologiya kafedrasının professoru kimi çalışan İ. Rüstəmov 2004-2019-cu illərdə həmin kafedraya rəhbərlik edib. 2019-cu ildən kafedranın məsləhətçi professorudur. O, eyni zamanda BDU-da və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Müdafiə şuralarının, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Problem Şurasının üzvü kimi fəaliyyətini davam etdirir. Xətai Rayon Ağsaqqallar Şurasının sədridir.[1]
Milli Qəhrəman Məzahir Rüstəmovun atasıdır.[3]
1991-ci ildə Akademik S. İ. Vavilov adına medalla, 2007-ci ildə Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni,[5]. 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.[1] Azərbaycan mətbuat tarixinin araşdırılmasında xidmətlərinə görə fəxri "Həsən bəy Zərdabi" diplomuna layiq görülüb.[3]