. Love.az

Sovket Selimova - Wikipedia - Love.az

Ana Səhifə - Sovket Selimova

Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası – 2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964);[1] Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur.[2]

Şövkət Səlimova
Doğum tarixi 25 dekabr 1920(1920-12-25)
Doğum yeri
  • Lahıc, Şamaxı qəzası, Azərbaycan SSR
Vəfat tarixi 2 iyul 1999(1999-07-02) (78 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Mükafatları "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1971
"Qırmızı ulduz" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Müharibə illəri
  • 4 Elmi-pedaqoji fəaliyyəti
  • 5 Mükafatları
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur.

1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir.

1999-cu ildə Bakı şəhərində vəfat etmişdir[3].

Ailəsi

redaktə

Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur[1].

Müharibə illəri

redaktə

İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı[1]. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur[1].

Elmi-pedaqoji fəaliyyəti

redaktə

1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti[1], tərbiyə üzrə prorektor[1] və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir[1][4].

1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır[3].

Mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1971
  • "Qırmızı Ulduz" ordeni
  • 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni
  • "Qafqazın müdafiəsinə görə" medalı
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 Qadın gəmi kapitanı Azərbaycan vətəndaşı Şövkət Səlimova [ölü keçid]  (az.)
  2. ↑ Şövkət Səlimova qadin.net saytında Arxivləşdirilib 2015-03-22 at the Wayback Machine  (az.)
  3. ↑ 1 2 "SƏLİMOVA Şövkət Şahbaz qızı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-08.
  4. ↑ İctimai elmlər kafedrası [ölü keçid]

Xarici keçidlər

redaktə
  • Azərbaycan tarixində iz qoyan qadınlar — SİYAHI Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şövkət_Səlimova&oldid=8009450"
LOVE.AZ