Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 14 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz. |
Şövkətxanım Ataməliyeva – əməkdar həkim.
Şövkətxanım Ataməliyeva | |
---|---|
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (92 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
![]() |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | Əməkdar həkim |
Şövkətxanım Ataməliyeva 1925-ci ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1948-ci ildə oranı bitirmişdir. İlk əvvəl təyinatla Ordubada göndərilib. 5 il orada fəaliyyət göstərəndən sonra 1953-cü ildə Bakıya qayıtmış, aviasiya tibb xidməti sahəsində çalışmağa başlamışdır. O, ömrünün 64 ilini aviasiya tibb- sanitar xidməti işinə həsr edib və ömrünün sonuna qədər bu sahədə çalışıb. Şövkətxanım xanım 2008 -ci ildə Mülki Aviasiyanın 70 illik yubileyində Prezident təqaüdünə layiq görülüb və Mülki Aviasiyanın inkişafında mühüm xidmətlərinə görə yubiley medalı ilə təltif edilib.
Həmçinin fəaliyyətinə görə o, "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı, eləcə də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərman və mükafatları ilə təltif olunmuşdur. 2 övladı, 2 nəvəsi və 3 nəticəsi vardır..
Şövkətxanım Ataməliyeva 30 mart 2017-ci ildə 92 yaşında Bakı şəhərində vəfat edib.[1]