Şükürbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli kənd inzibati ərazi dairəsində kənd.[1]
Şükürbəyli | |
---|---|
39°31′17″ şm. e. 47°20′08″ ş. u.HGYO | |
Ölkə | |
Başçı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 19 |
Xəritəni göstər/gizlə
|
Bu kənd "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanunu[2] ilə Füzuli rayonunun Kərimbəyli bələdiyyəsinin[3] ərazisinə daxil edilib.
Kəndin keçmiş adı Əyrili olmuşdur. Yaşayış məntəqəsi əvvəllər Əyrili adlı sahədə salınmış, sonralar yerini dəyişmişdir. Yeni ərazidə kəndin əsasını qoymuş Şükürbəyin adı ilə adlandırılmışdır.[4]
Şükürbəyli Füzuli şəhərinin işğalından 5 gün sonra — 1993-cü il avqustun 28-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğaldan sonra kənd 4 ay müddətində talan edilib. 1994-cü il yanvarın 4-dən 5-nə keçən gecə Azərbaycan ordusunun hücum əməliyyatı ilə Füzulinin işğaldan azad edilən yaşayış məntəqələrindən biri Şükürbəyli olub.[5]
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyası Füzuli rayonunda "Bərpa və Vətənə Qayıdış Proqramı" çərçivəsində 1999–2001-ci illərdə rayonun bu kəndində dağılmış evləri bərpa etmiş və köçkün ailələrin geri qayıtması üçün şərait yaratmışdı.[6][7]
Kənd Quruçay ilə Köndələnçay arasında, düzənlikdə yerləşir.
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Füzuli rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |