. Love.az

Sukrulla Xan Sedrai - Wikipedia - Love.az

Ana Səhifə - Sukrulla Xan Sedrai

Şükrulla xan Hacı Məhəmmədhüseyn xan oğlu Sədrai (1873, İsfahan – Tehran) — Xalxal hakimi, nazir, Məşrutə hərəkatının üzvü.

Şükrulla xan Sədrai
Doğum tarixi 1873
Doğum yeri
  • İsfahan, Mərkəzi bəxşi[d], İsfahan şəhristanı, İsfahan ostanı, İran
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Fəaliyyəti dövlət qulluqçusu

Həyatı

redaktə

Şükrulla xan 1878-ci ildə İranın İsfahan şəhərində anadan olmuşdur. Atası Hacı Məhəmmədhüseyn xan Sədrəddövlə Müzəffərəddin şah Qacarın təşrifat rəisi idi.

Şükrulla xan ibtidai təhsilini molla yanında, ali təhsilini mədrəsədə almışdı. Atası Xalxalın hakimliyindən Təbrizə, vəliəhd Müzəffərəddin mirzənin sarayına gətirilmiş, onu həmin vilayətə göndərmişdilər. Atasının vəfatından sonra şahzadənin təşrifat işlərinə başçılıq etmişdi. Mötəmədi-Xaqan ləqəbini daşıyırdı. Sonra Qəvamüddövlə ləqəbinə yiyələnmişdi.

Müzəffərəddin mirzə 1896-cı ildə Tehrana yollanarkən Şükrulla xanı da özü ilə saraya aparmışdı. O, sarayda iç xidmətlərin birinə, rəisi-xəlvət deyilən bir vəzifəyə təyin olunmuşdu. Xəlvətin sirrini yaydığına görə işdən çıxarılmış, Mazandaran əyalətinə sürgün olunmuşdu.

Şükrulla xan Sədrai Mazandaran əyalətində olarkən oranın soylu şəxslərindən biri Sepahdari-Əzəmlə yaxından tanış olmuşdu. Onun vasitəsilə Məşrutə hərəkatına qoşulmuşdu.

Şükrulla xan Sədrai Sepahdari-Əzəmin baş nazirliyi dönəmində (16 oktyabr 1920 — 21 fevral 1921) hökumətdə təmsil olunmuşdu.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

Xarici keçidlər

redaktə
  • Şükrulla xan Sədrai  (fars.)
  • Sədrai, Şükrulla  (fars.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şükrulla_xan_Sədrai&oldid=6079808"
LOVE.AZ