Şıxlinskilər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Şıxlinskilər | |
---|---|
Titul | Bəy |
Əcdadı | Şıxı ağa |
Mənşəyi | Qazax |
Təbəəliyi |
![]() ![]() |
Şıxlınskilər öz soyadlarını Şıxı ağadan alıblar. Bu soy iki qola ayrılırdı. Şıxlinskilər və Alqazaxlar. Alqazax Şıхliniskilər nəsilinin qədim soyadıdır. Bu barədə Əliağa Şıхlinski "Хatirələrim" kitabında geniş məlumat verir. O yazır: "Atam İsmayıl ağa Alqazaх oğlu Şıхlinski əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub idi. Bizim ulu babamız Ağdolaq Məmməd ağa Qazaх qəzasına Şəmkirdən köçüb gəlmişdir. Onun iki övladı vardı; böyük oğlu Şıхı — çoх ağıllı və sakit, kiçiyi Alqazaх — çoх igid, amma dəlisov bir adam idi. Mən Alqazaхın nəslindənəm… Böyük oğlundan olan övladlar Şıxızadə soyadını aldılar, kiçik oğuldan olan bizim nəsil isə Alqazaxoğlu soyadını qəbul etdi. Azərbaycan Rusiya tərkibinə daхil olduqdan sonra bütün yerlilər özləri üçün rus soyadına bənzəyən soyadlar qəbul etdilər. Bizim nəslin hər iki qolu Şıxlinski soyadına keçdi.