Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Şəfəqət Cəbrayıl qızı Mahmudova — texnika üzrə fəlsəfə doktoru, dosent. İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi. Fotoportretlər əsasında insan sifətinin tanınması tədqiqatları üzrə Azərbaycanda ilk mütəxəssislərdən biri[1] Azərbaycanda informatika üzrə dərsliklərin və elmi kitabların müəllifidir. Onun "Proqramlaşdırma və onun inkişaf mərhələləri", "Proqramlaşdırmanın elmi-texnoloji əsasları" və s. kitabları universitet dərsliklərinə daxil edilib.
Şəfəqət Mahmudova | |
---|---|
Şəfəqət Mahmudova Cəbrayıl qızı | |
![]() | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcələri | texnika üzrə fəlsəfə doktoru, dosent |
Elmi adı | İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi |
İş yerləri | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin |
Mühüm layihəsi | "Tanınma" avtomatlaşdırılmış identifikasiya sistemi |
Üzvlüyü | |
Mükafatları |
Şəfəqət Cəbrayıl qızı Mahmudova 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" fakültəsini bitirmişdir[2].
1979-cu ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda proqramçı vəzifəsində işə qəbul edilmiş və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuşdur.
1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsinə böyük proqramçı, bir müddətdən sonra aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. EHM-lər arasında müxtəlif təyinatlı sistemlərin informasiya mübadiləsinin proqram təminatlarını işləyib hazırlamış və müxtəlif AİS-lərin təşkilində iştirak etmişdir. Ş. Mahmudova Azərbaycanda olan ilk qadın proqramçılardan biridir.
Müxtəlif təyinatlı "Poliklinika", "Təhsil" verilənlər bazası idarəetmə sistemləri, "Kadrlar" və "Tədris-İnnovasiya Mərkəzi" korporativ informasiya sistemləri, "Tanınma" avtomatlaşdırılmış identifikasiya sistemi, "Layihələrin qeydiyyatı" informasiya axtarış sistemi, İnformasiya Texnologiyaları Problemləri və İnformasiya Cəmiyyəti Problemləri jurnalları üzrə "Qeydiyyat-Jurnal" informasiya axtarış sistemi hazırlamış və istismara vermişdir.
Ş. Mahmudova "Fotoportretlər əsasında insan sifətinin tanınması üçün metod və alqoritmlərin işlənməsi" mövzusu üzrə 3338.01 — "sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə dissertasiya işi müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır, dosentdir. Hazırda "Fotoportretlər əsasında insan sifətinin irqi mənsubiyyətinin tanınması üçün metod və alqoritmlərin işlənməsi" mövzusu üzrə elmi tədqiqatlarla məşğuldur[3][4].
1998-ci ildən 2014-cü ilə qədər Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" fakültəsində "İnformatika" fənnini tədris etmişdir. Hal-hazırda İnformasiya Texnologiyalar İnstitutunun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.
Ş. C. Mahmudova "International Journal of Intelligent Information Prosessing (IJIIP)", "Communications"[5], "International Journal of Advanced Engineering and Manecment", "Biomedical Statistics and Informatics" jurnallarının və Gconference. NET portalının redaksiya heyətinin üzvü seçilmişdir.
The International Association for Pattern Recognition (IAPR)-nın və American Association for Science and Technology (AASCIT) üzvüdür.
Ş. C. Mahmudovanın rəyçi seçildiyi beynəlxalq elmi jurnalların siyahısı:
Mahmudova Ş. Hindistanda VDGOOD Peşəkar Asossiasiyası tərəfindən nüfuzlu "Mühəndislik, Elm və Tibb üzrə Beynəlxalq Alim Mükafatları 2020" nominasiyası üzrə beynəlxalq alim adına və mükafatına və sertifikata layiq görülüb.[6]
69 elmi məqalə və 60 tezisin müəllifidir. Bunların 75-ü beynəlxalq elmi jurnallarda dərc olunub. 8 kitabın müəllifidir.
Vikikitabda Kateqoriya:Şəfəqət Mahmudova mövzusuna dair mətn var. |