. Love.az

Sefeq Iran Qezeti - Wikipedia - Love.az

Ana Səhifə - Sefeq Iran Qezeti
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz. (avqust 2024)
Bu adın digər istifadə formaları üçün bax: Şəfəq (dəqiqləşdirmə).

Şəfəq qəzeti — 1910-cu ildə Məşrutə inqilabı illərində yaranan və Təbrizdə gizli iş aparan demokrat təşkilatının qeyri-leqal mətbuat orqanı.

Şəfəq
Növ İctimai-siyasi qəzet
Yaranma tarixi 1910
Ünvan Təbriz


Fəaliyyəti

redaktə

Bu qəzet öz kəsərli yazıları ilə xüsusilə fərqlənir, milli istiqlaliyyət və demokratiya uğrunda mücadilənin inkişafına mühüm təsir göstərirdi. «Şəfəq» qəzetinin şücaət və cəsarətli, kəskin mübarizə xətti, xüsusilə atəşin vətənpərvərlik ruhundakı məqalələri çarizmin hiddət və qəzəbinə səbəb olurdu.

Mətbuatın ifşaçılıq fəaliyyətində intibahnamələrlə yanaşı kitabçalar nəşrindən geniş istifadə olunurdu. 1909-cu ilin may-iyun aylarında müdaxiləçilərin inqilabçılara və dinc əhaliyə qarşı azğınlıq və soyğunçuluq əməllərini ifşa edən çoxlu kitabça buraxıldı, onların mətni «Mükafat» qəzetində, habelə mühcir mətbuatında dərc olunub yayılırdı[1] .

Həmçinin bax

redaktə
  • Cənubi Azərbaycan mətbuatı

İstinadlar

redaktə
  1. ↑ "Pərvanə Məmmədli. MƏŞRUTƏ İNQİLABI İLLƏRİNDƏ DEMOKRATİK ƏNƏNƏLƏRİN FORMALAŞMASI (1905-1911) səh 7". (#cite_web_url); (#accessdate_missing_url)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şəfəq_(qəzet,_İran)&oldid=7747866"
LOVE.AZ