. Love.az

Sefeq Goranboy - Wikipedia - Love.az

Ana Səhifə - Sefeq Goranboy
Bu adın digər istifadə formaları üçün bax: Şəfəq (dəqiqləşdirmə).

Şəfəq (keçmiş adı: Mollavələdli) — Azərbaycan Respublikasının Goranboy rayonunun Şəfəq kənd inzibati ərazi dairəsində kənd.[1]

Şəfəq
40°27′07″ şm. e. 46°38′32″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 678 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Şəfəq xəritədə
Şəfəq
Şəfəq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 Tarixi abidə
  • 4 Əhalisi
  • 5 Şəkilləri
  • 6 Həmçinin bax
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Tarixi

redaktə

Gəncə-Qarabağ əyalətinin 1727-ci il tarixli müfəssəl dəftərində Gəncə qəzasının Şuturbasan nahiyəsində Mollavələdli kəndinin olduğu göstərilir. 1804-cü il Gəncəbasarın kameral təsvirində 6 ev olmaqla Mollavələdli kimi qeydə alınmışdır.

Toponimikası

redaktə

Kəndin keçmiş adı Mollavələdli olmuşdur. Yaşayış məntəqəsini mollavələdli (mollauşağı) nəslinə mənsub ailələr salmışlar. 1930-cu ildə kəndin adı dəyişdirilmiş və rəsmi olaraq Şəfəq adlandırılmışdır. Oykonim "işıqlı" həyata, gələcəyə inamı əks etdirir.[2]

Kənd Murovdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində, dəniz səviyyəsindən 678 metr hündürlükdə yerləşir. Qərbdən Qaraçinar, şərqdən Zeyvə kəndləri ilə qonşudur.

Tarixi abidə

redaktə

Goranboy rayonu Şəfəq kənd qəbiristanlığının ərazisində yerləşən, XII–XIII əsrlərə aid memarlıq abidəsidir. Kəsik dairə formalı türbə qırmızı kərpic və çay daşından Arran memarlıq üslubunda hörülmüşdür. Hündürlüyü 1.2 m, divarın eni 40 sm, giriş qapısının hündürlüyü 0.5 metrdir. Eni 1 metr olan səkkiz guşədən ibarətdir. Guşələr arasında kərpiclər 7 sm kənara çıxmışdır. Yarı uçuq vəziyyətdədir. Arxeoloq A. Məmmədov tərəfindən tədqiq olunmuşdur.

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 745 nəfər yaşayır.[3]

Şəkilləri

redaktə
  •  
  •  
  •  

Həmçinin bax

redaktə
  • Goranboy rayonu

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şəfəq_(Goranboy)&oldid=7821265"
LOVE.AZ