Şəfəq Əliyeva (tam adı: Şəfəq Rəsul qızı Əliyeva; 6 noyabr 1956) — Azərbaycan teatr, televiziya, kino və dublyaj aktrisası, Azərbaycanın əməkdar artisti (2013).
Şəfəq Əliyeva | |
---|---|
Şəfəq Rəsul qızı Əliyeva | |
Doğum tarixi | 6 noyabr 1956(1956-11-06) (68 yaş) |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Həyat yoldaşı | Rafiq Əliyev |
Fəaliyyəti | aktrisa |
Mükafatları |
![]() |
Şəfəq Rəsul qızı Əliyeva 1956-cı ildə anadan olmuşdur. Səhnədə 1976-cı ildən fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. "Sən nə üçün yaşayırsan?" tamaşasında Leyla ilk roludur. Adil İsgəndərovun yetirməsidir. Teatrda Viktoriya ("Yaddaş ağrısı"), Qətibə (Ə. Əmirli, "MMS"), Yasəmən ("Qaraca qız"), nağılçı (Əlibaba və qırx quldur) kimi obrazları yaratmışdır. Aktrisa dublyaj sahəsində də ixtisaslaşmış aktrisalardan biridir. Bir çox yerli filmi səsləndirmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. Bir neçə televiziya tamaşalarında, reklam filmlərində rol almışdır.[1]
Həyat yoldaşı Rafiq Əliyev də Gənc tamaşaçılar tetarında rejissor vəzifəsində çalışır. Bir oğlu, bir qızı var. 25 iyun 2013-cü ildə əməkdar artist fəxri adına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir.[2] 10 may 2019-cu ildə[3], 7 may 2020-ci ildə[4] və 7 may 2021-ci ildə[5] Prezident Mükafatına layiq görülmüşdür.