. Love.az

Sefahet Imranov - Wikipedia - Love.az

Ana Səhifə - Sefahet Imranov

Şəfahət İmranov — Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru.

Şəfahət İmranov
Şəfahət Aydın oğlu İmranov
Doğum tarixi 1972
Doğum yeri Göyçay rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Respublikası, SSRİ
Atası Aydın
Milliyyəti azərbaycanlı
İxtisası hüquqşünas
Təhsili ali
Tanınır
Ədliyyə general-mayoru
Mükafatları "Tərəqqi" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
    • 2.1 Ailəsi
  • 3 İstinadlar

Həyatı

redaktə

İmranov Şəfahət Aydın oğlu 1972-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1994-cü ildən Azərbaycan Respublikası Prokurorluğuna işə qəbul olunaraq, Bakı şəhəri Əzizbəyov rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru və müstəntiqi, 1999-cu ildən Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi və böyük müstəntiqi vəzifələrində çalışmışdır.

2004-cü ildən Bakı şəhər prokurorluğunun Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsində çalışmış, 2005-ci ilin mart-dekabr aylarında isə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini vəzifəsini icra etmişdir.

2005-ci ilin dekabrında icrası həvalə olunmuş vəzifəyə, 2006-cı ildə isə Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Baş prokurorunun 04 dekabr 2009-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilmişdir. Ədliyyə general-mayoru hərbi rütbəsindədir. [1][2][3]

Mükafatları

redaktə

Ölkə Prezidentinin 2018-ci il 28 sentyabr tarixli Sərəncamı ilə isə Ş.İmranov “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəsi

redaktə

Ailəlidir, iki övladı var.

İstinadlar

redaktə
  1. ↑ "İmranov Şəfahət Aydın oğlu - Ədliyyə General-Mayoru". Genprosecutor.gov.az. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-11.
  2. ↑ "Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşı Şəfahət Aydın oğlu İmranova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin". President.az.
  3. ↑ "Hərbi prokurorunun müavini - Şəfahət İmranov". goychay-encyclopedia.az. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-11.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şəfahət_İmranov&oldid=8145451"
LOVE.AZ