. Love.az

Sefili - Wikipedia - Love.az

Ana Səhifə - Sefili

Şəfili — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Şəfili kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çarxana kəndi mərkəz olmaqla, Çarxana kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Şəfili
40°50′ şm. e. 47°41′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 347 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Şəfili xəritədə
Şəfili
Şəfili

Mündəricat

  • 1 Toponimikası
  • 2 Coğrafiyası və iqlimi
  • 3 Əhalisi
  • 4 İqtisadiyyatı
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Toponimikası

redaktə

Yaşayış məntəqəsi şəfili nəslinin məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə şəfililər maldarlıqla məşğul olan kiçik elat kimi təsvir olunurlar.[2]

Coğrafiyası və iqlimi

redaktə

Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Kəndin mərkəzi yolla arası 3 km-dir.

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 206 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

redaktə

Kənddə 53 təsərrüfat var. Kəndə mavi yanacaq verilir. Yeni tikintilər aparılır. Ərazi nümayəndəliyi üçün yeni bina inşa olunub. Burada meyvə bağlarına, tərəvəz sahələrinə xüsusi qulluq olunur və heyvandarlıq inkişaf etdirilir.[4]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
  2. ↑ Şəfili // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. ↑ Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz Eli, 2009.

Həmçinin bax

redaktə
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şəfili&oldid=8143466"
LOVE.AZ